XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

01 Fevral 2019 - 17:14

Taleyində beş uşaq, dörd ər və iki həbs cəzası olan İŞİD-çi –İRAQ VƏ SURİYADAN RUSİYAYA QAYITMAQ İSTƏYƏN 2 MİNƏDƏK QADIN VƏ AZYAŞLI VAR

İlya Arxipov

“Bloomberg”, 01.0.2019

 

Zalina Qabibulayevanın taleyində beş uşaq, dörd ər və iki həbs cəzası var. Onun bütün ərləri – ölən, ya da həbsxanada olan “islamçı” yaralılardır. Son iki ilini Zalina Suriyada keçirib, səlahiyyətlilərin onu Rusiyaya geri qaytarmasından əvvəl müharibə ilə üzləşən yüzlərlə qadın arasında olub.

37 yaşlı Qabibulayeva Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərindən telefonla bildirib ki, o və uşaqları ayda 40 min rubl (610 dollar) müavinət alacaqlar.

Prezident Vladimir Putin terrorçulara qarşı amansız yanaşması ilə tanınır və bir dəfə “onları hətta tualetdə məhv edəcəyi”nə söz verib. Amma Rusiya İŞİD döyüşçüləri ilə əlaqəli qadın və uşaqların evlərinə qayıtmasına, Qərb ölkələrinə nisbətən, daha istəklidir.

Putin uşaqların münaqişə zonasına getməyi könüllü seçmədiyini söyləyərək motivasiyasını izah edib: “Onları orada taleyin ixiyarına buraxmaq haqqımız yoxdur”.

Suriya və İraqdan təxminən 100 ailə üzvü 2017-ci ilin sonlarında evlərinə qaytarılıb. Rusiya təcrübəsi İŞİD tərkibində olmuş şəxslərlə necə davranmaq lazım olduğunu ABŞ və Avropaya göstərir.

Hökumətlər keçmiş döyüşçüləri geri qaytarmaq istəmirlər. “Cihadçı”ların çoxu öldürülsə də, “İŞİD xilafəti”nin dağılmasından sonra minlərlə qadın və uşaq həbsxanalarda və həbs düşərgələrində olmaqla humanitar problem yaradır və onların gələcək taleyi müəmmaldır.

 

“Ən aktiv proqram”

“Human Rights Watch” təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Tanya Lokşinanın sözlərinə görə, “Rusiyanın insan haqları ilə bağlı vəziyyəti dərin problemdir, lakin o, Qərb demokratiyaları ilə müqayisədə, qayıdış məsələsində daha çox səy göstərib. Qlobal miqyasda Rusiyada, xüsusilə də uşaqlardan İraq və Suriyadan geri qaytarılmasına dair ən aktiv proqram mövcuddur”.

Paradoksal olsa da, proqramın təşəbbüsçüsü Çeçenistanın əzazil lideri Ramzan Kadırovdur – 2017-ci ilin dekabrında ABŞ-ın sanksiyalar siyahısına salımış şəxs. Elə həmin ay Putin Kadırovun uşaqların xilası üzrə “nəcib” səylərini dəstəkləyib və müharibə zonasında tələyə düşən qadınlar barədə mənfi heç bir söz deməyib.

Prezidentin xeyir-duası Rusiyanın 25 milyonluq müsəlman kütləsi, ölkənin ikinci ən böyük dini qrupu üçün mühüm bir siqnal olub. Kreml Çeçenistanda və Şimali Qafqazda yetişdirilən yaraqlılarla döyüşə-döyüşə Avropanın ən böyük müsəlman azlığının sədaqətini qorumağı bacarıb.

Bununla belə, Yaxın Şərqdən gətirilən qadınlar təhlükəsizlik xidməti tərəfindən nəzarət altında saxlanılır və başqalarını ekstremizmdən yayındırmaq üçün onlar mütəmadi olaraq İŞİD-lə əleyhinə çıxışlar etməlidirlər.

“Kavkazski uzel”in rəhbəri Qriqori Şvedovun sözlərinə görə, Kadırov bunu “Rusiya müsəlmanları arasında liderliyini vurğulamaq” və ictimai imicini artırmaq üçün edib.

 

Terrorizm təhlükəsi

Çeçen hüquq müdafiəçisi Çeda Saratovanın sözlərinə görə, ümumilikdə 21 qadın və 105 uşaq Rusiyaya qayıdıb. Rəsmilər 2017-ci ilin avqustundan 11-ə qədər uçuş reysi təşkil ediblər və təşəbbüs 10 aylıq fasilədən sonra, dekabrın 30-a yenidən bərpa olunub: İraqdan gələn bir təyyarə ilə 15 yaşadək 30 uşaq gətirilib.

Kremlin uşaq haqları üzrə müvəkkili Anna Kuznetsova bildirib ki, fevral ayında Rusiyaya İraqdan təxminən 40 yetkinlik yaşına çatmayan uşağın qaytarılması nəzərdə tutulur. Növbəti reysdə Rusiyaya 27 uşaq gətiriləcək və rəsmi şəxslər İraqda yetim qalmış bəzi gənclərin problemlərini həll etməyə çalışırlar.

“İndi bu uşaqlar üçün məsuliyyəti üzərinə götürən Kadırov və ya başqası deyil, Rusiyadır”, – uzun müddət Putinin müttəfiqi olan, Berlində yerləşən “Mədəniyyətlərarası Dialoq” tədqiqat qrupunun baş analitiki Aleksey Malaşenko bildirib.

 

Uşaqları geri qaytarmaq

Londondakı Kral Kollecində Radikalizasiya Tədqiqatı Beynəlxalq Mərkəzinin əməkdaşı Cina Veyl bildirib ki, “Rusiya və Çeçenistan hakimiyyət orqanları kiçiklər üçün ən çox repatriasiya həyata keçiriblər”.

İŞİD uşaqları zorakılıq törətməyə hazırlayıb, ancaq bu günə qədər yetkinlik yaşına çatmayanların qayıtması və onların münaqişə zonalarını tərk etməsi ilə əlaqədar təhlükəsizlik riskləri baş qaldırmayıb.

Rusiyanın İŞİD üzvü kimi həbs olunan qadınların cəzalarını vətəndə çəkməsinə dair Suriya və ya İraqla heç bir müqaviləsi yoxdur. Kremlin insan haqları ombudsmanı Tatyana Moskalkova bildirib: “Uşaqlar üçün xüsusi mexanizmlər var”.

 

Terrorçu ər

Qabibulayevanın ilk əri Rusiyanın cənubundakı Dağıstan bölgəsində öldürülüb, ikincisi ABŞ həbsxanası Quantanamoda cəza çəkmiş şəxsdir və o, indi Rusiya həbsxanasında ömürlük həbsə məhkumdur. Onun son iki əri Suriyada İŞİD üzvü olub: biri öldürülüb, sonuncu Avropadakı həbsxanadadır.

2012-ci ildə polis avtomobilin baqajında bomba tapdıqdan sonra qadın iki il həbs cəzasına məhkum edilib. Sərbəst buraxıldıqdan sonra Qabibulayeva Türkiyəyə köçüb və Suriyada İŞİD-ə qoşulub. Qayıtdıqda, qanunsuz silahlı qrupun üzvlüyünə görə ona 6 il azadlıqdan məhrumetmə cəzası verilib.

Çeda Saratovanın Moskvada Xarici İşlər Nazirliyinə göndərdiyi məktuba əsasən, Suriya və İraqda vətənə dönmək istəyən ən azı 1779 qadın və uşaq var.

O deyib: “Vəziyyət hər gün daha da pisləşir. Qayıdış sürətləndirilməlidir”.

Tərcümə: Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə