XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

02 Fevral 2019 - 12:19

“MÜSƏLMAN QARDAŞLAR” VƏ ŞİƏ SİYASİ İSLAMI:bu ittifaqda iki ölkə Yaxın Şərqin yeni siyasi xəritəsini hazırlayır

Marko Karnelos

“Middle East Eye”, 01.02.2019

 

Camal Xaşuqcinin qətlinin ən maraqlı, gözlənilməz nəticələrindən biri müsəlman dünyası liderlərinin üz-üzə gəlməsidir.

Türkiyə Səudiyyə Ərəbistanının mövcud hökmdarını utandıracaq dəlillərlə bu ölkəni küncə sıxıb. Səud ailəsinin Məkkə və Mədinədə iki müqəddəs məscidin mühafizəçisi olmaqla, İslam aləminin liderliyinə dair iddiası artıq şübhəyə alınıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müsəlman dünyasında aparıcı rola iddiası özlüyündə yeni məsələ deyil. Onun Qətərlə yanaşı, “Müsəlman Qardaşlar”a dəstəyi Səudiyyə Ərəbistanı, BƏƏ və Misirlə münasibətləri gərginləşdirib. Bu iki düşərgə Liviyada qarşı-qarşıya gələn qrupları illərdir dəstəkləyib və Ankara, Qətərin Səudiyyə liderliyindəki blokadasında rəsmi Dohanın tərəfini tutub.

 

Regional enerji balansı

Müsəlman dünyasının liderliyi uğrunda bu müsabiqəyə Qərb hökumətləri və mətbuatı bu günə qədər az diqqət yetirib, amma o daha travmatik bir şeyə çevrilib və regional enerji balansını sarsıdıb: “Müsəlman Qardaşlar”la siyasi şiəlik arasında ittifaq yaradıb.

Son yeddi ildə bu iki hərəkat, bir tərəfdən, ABŞ, İsrail, Misir, Səudiyyə Ərəbistanı və BƏƏ və digər tərəfdən, Suriya, İran, İraq və “Hizbullah” arasında qarşıdurmanı səciyyələndirən Suriya döyüş meydanının əks cəbhəsində olub, amma indi onlar müttəfiq halına gələr bilər. “Qardaşlar”a Misirdə və digər Körfəz ölkələrində davam edən təzyiqin, İrana və müttəfiqlərinə qarşı yeni sanksiyalarla birlikdə, klassik “düşmənimin düşməni dostumdur” yanaşmasına səbəb olması mümkündür.

“Qardaşlar”-şiə siyasi İslamının əlaqəsi onilliklər boyu demək olar ki, gözə dəyməyib. Halbuki Seyyid Qütbün əsərlərinin fars dilinə tərcüməsinin təşəbbüsçülərində biri İranın dini lideri Ayətullah Əli Xamnəidir. 1950-ci illərin əvvəllərindən etibarən Seyyid Qütb “Qardaşlar”ın baş nəzəriyyəçisi və Misir prezidenti Camal Əbdül Nasirin əsas rəqibi idi.

1966-cı ildə Qütb əfv xahişindən imtina edib: “Məni öldürsələr, sözlərim daha güclü olacaq”. Onun əsərləri müsəlman dünyasına və siyasi İslama, o cümlədən şiə siyasi İslam dairələrinə böyük təsir göstərib.

Ən nüfuzlu şiə dini liderindn biri – Ayətullah Məhəmməd Baqir Sədr sünni üzvləri olan İslam Dəvət Partiyasını qurucusudur. 1980-ci ildə Səddam Hüseyin hakimiyyətinə qarşı çıxdığına görə o edam edilib. Qütbün əsərləri İran İslam İnqilabına qədərki dövrdə əhəmiyyətli bir rol oynayıb.

 

Zülmə qarşı mübarizə

Həm “Qardaşlar”, həm də şiə siyasi İslamı cəmiyyətdə İslamın rolunun ümumi sosioloji baxışları ilə hərəkət edir, yəni ədalətsizlik, zülm və haqsızlığa qarşı mübarizə aparır. Suriyadan başqa, İran və onun müttəfiqləri kimi, “Qardaşlar” da eyni düşmənlərlə üzləşirlər.

Hər ikisi istər İsrail, istrsə də ərəb avtokratiyası olmaqla, bölgədə Qərb hegemoniyası və onun məlum “yerli casusları və kuklaları”na düşməndir; Fələstin və Yəmənə zülm və haqsızlığın ən açıq nümunəsi kimi baxırlar; hər ikisi inanır ki, bəzi ərəb monarxiyaları dəbdəbəli həyat tərzi və korrupsiya ilə İslamın təbliğ etdiyi bərabərliyi təhqir edir.

Son 40 ildə Yaxın Şərq iki geosiyasi tektonik dəyişikliklə üzləşib: 1979-cu ildə İran inqilabı və 2003-cü ildə ABŞ-ın İraqı işğal etməsi. Onların nəticələri hələ də yaşarıdır. Əgər qəddarlıqla əzilməsəydi, 2011-ci ilin “Ərəb Baharı” daha bir təlatüm ola bilərdi.

Ancaq “Qardaşlar” və şiə “müqavimət” hərəkatlarının mümkün uyğunlaşması kimi heç bir şey oyun dəyişdirici deyil; onların əlaqəsi bölgənin son tarixində görünməmiş dini-sosial yönümlü anlayışa əsaslanan siyasi vasitə ilə davam etdiriləcək.

İran və “Qardaşlar” getdikcə ərəb sekulyar hökumətləri və monarxiyaları üçün mövcud təhdidlər kimi təsvir olunur; onların maraqlarının potensial nikahı ilə yarana biləcək təhlükə birgə siyasi və hərbi əməliyyatlara çevrilmə gücündədir. Eyni zamanda, iki fərqli düşməni hədəfləyən strateji seçimdir.

 

ABŞ-ı oyundan çıxarmaq

Lakin ABŞ və onun regional müttəfiqləri bu əsas dərsləri almayıb. Onlar ABŞ-İsrail-Səudiyyə ümumi ambisiyasına əsaslanan, İranda rejim dəyişikliyinə, Türkiyənin maraqlarını və istəklərini məhdudlaşdırmağa, Fələstin məsələsində “Bantustan həlli”nə köklənib və bu istiqamətdə cəsur bir siyasət hazırlayıblar. Lakin Xaşuqci işindən sonra Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman bu siyasətin gücünü azaldıb.

İsraildə gələcək seçkilər və baş nazir Binyamin Netanyahunun qaranlıq işlərinə dair məhkəmə araşdırmaları onun imkanlarını məhdudlaşdırır, Trampın Suriya siyasəti, Mayk Pompeonun vasitəçi diplomatiyası ABŞ-ın regional ittifaqlarında qarışıqlıq yaradır.

İsrail və bəzi ərəb ölkələri artan əlaqələri və yaxınlaşan maraqlarını gizlətmədikdə, Türkiyə və İran “Qardaşlar”-şiə siyasi İslamı əlverişli sinerji yaradır. İki ölkə Yaxın Şərqin geosiyasi xəritəsini, bir növ, kosmik mənzil kimi yenidən hazırlaya bilib, Rusiyaya bu xəritədə sayıq mühafizəçi rolu ayrılıb.

Üçlüyün praqmatizmi, ABŞ-ın bölgədən xaric olmağına dair ümumi maraqla yanaşı, Suriyada Bəşər Əsədin iqidarda qalması ilə təmsil olunan qarşılıqlı ziddiyyətləri idarə edə bilər.

Bu ssenarinin həyata keçiriləcəyi təqdirdə, ABŞ-İsrail-Səudiyyə oxu onun qarşısını almaq üçün, əlbəttə, müharibə başlaya bilər və o, onilliklər boyu davam edərək qeyri-müəyyən nəticələrə səbəb olacaq.

Tərcümə: Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə