XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 Fevral 2019 - 13:30

TRAMPIN İLHAM ƏHMƏDLƏ 15 DƏQİQƏLİK “TƏSADÜFİ GÖRÜŞ”Ü… –Suriya kürdlərinin qadın lideri onların taleyinə aydınlıq gətirə biləcəkmi?

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 01 fevral 2019-cu il

 

İlyarım öncə Vaşinqtonda işləməyə başladığım zaman yazdığım ilk yazılardan biri həmin günlərdə PYD-nin Vaşinqton təmsilçisi olan İlham Əhməd haqqında idi.

Məqsədim oxucuların bu qadını tanımaları və onun burada təmsilçi olmasının Türkiyə baxımından mənasının nə olduğunu anlatmaq idi.

Tanıdığım kimi, PYD-nin Vaşinqton təmsilçisi olan İlham Əhməd tipik bir PKK fəalı idi və bunu heç gizlətmirdi. ABŞ rəhbərliyi ilə əlaqələri çox yaxşı idi. Vaşinqton rəsmi olaraq terrorçu elan etdiyi bir təşkilatın fəalı ilə əlaqə qurmaqda problem görmürdü.

İlham Əhməd həftədə, ən azı, bir gün Ağ Evə gedir və prezidentin adamları ilə görüşürdü. Onun Suriyaya gəlib-getməsini də Pentaqon təşkil edir, ABŞ hərbi təyyarələrilə uçurdu.

Həmin günlərdə qurulan əlaqələrin hamımızı gətirib çıxardığı nöqtə, məlum olduğu kimi, təsadüfi deyil. Bu üzdən, dünən Prezident Trampın Vaşinqtonda öz otelində, sanki təsadüfən İlham Əhmədlə qarşılaşması və onunla 15 dəqiqə söhbət etməsi bir çoxları üçün sürpriz ola bilər, lakin mənim üçün qətiyyən olmadı. Çünki bu, təsadüfi qarşılaşma deyildi. Prezidentin adamları bu görüşü elə “təsadüfi görüş” kimi təşkil etmişdilər. Tramp, öz otelinə bəzi senatorlarla yeməkli görüş üçün gəlmişdi, İlham Əhməd də oraya gətirildi və bu görüş baş tutdu.

Mənim qaynaqlarım, o “təsadüfi görüş”də ABŞ-ın öz hərbçilərini Suriyadan geri çəkməsi haqqında qərar verməsindən sonra nələrin olacağı barədə söhbət getdiyini və İlham Əhmədin YPG üzvlərinin necə qorunacağını öyrənmək istədiyini söyləyirlər.

Rejimlə danışıq

 

Qaynaqların verdiyi xəbərə görə, Prezident Tramp PYD fəalına təşkilatın Suriya rejimi ilə görüşməsinə qarşı çıxmayacaqlarını da söyləyib.

Anlayacağınız odur ki, ABŞ rəhbərliyi regionumuzda, həmişə anlatmağa çalışdığım kimi, əməlli-başlı Rusiyanın arxasına düşmüş durumdadır.

Ona görə də, dünən Moskvaya gedən Türkiyə nümayəndə heyətinin keçirəcəyi görüşlər və “Astana üçlüyü”nün fevral ayı içində keçirəcəyi zirvə görüşü çox önəmli hala gəlmiş durumdadır. Belə ki, bu görüşlər tıxanma nöqtəsinə gəlmək üzrə olan bəzi proseslərin önünü açmağa müvəffəq ola bilər.

Vaşinqton verdiyi görüntülərlə nəyi, nə qədər edəcəyini çoxdan göstərmiş durumdadır. Görünür, iş əsasən Türkiyə ilə Rusiya tərəfindən, İranın da dəstəyi alınaraq, həll ediləcək.

Tərcümə Strateq.az-ındır