XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

04 Fevral 2019 - 21:20

PEŞƏKAR FUTBOLDAN PEŞƏKAR SİYASƏTƏ…- Atası siyasi aktivist, anası Portuqaliyanın ilk qadın jurnalisti olan Antoniu Koşta

News.ru, (Rusiya)

 

Portuqaliya hökumətinin başçısı Antoniu Luiş Santuş da Koşta 1961-ci ildə paytaxt Lissabonda dünyaya gəlib. Koştanın valideynləri siyasətə və ictimai fəaliyyətə bağlı olublar. Atası Orlando da Koştanın bir tərəfi portuqal, bir tərəfi fransız idi. Tanınmış xalq yazıçısı olan Orlandonun ilk kitabı oğlu dünyaya gəlməmişdən 10 il əvvəl, son kitabı isə 2000-ci ildə işıq üzü görmüşdü.

Demokratiya tərəfdarı olan Orlando da Koşta öz baxışlarını tələbələri arasında təbliğ edirdi. O, Portuqlaya Kommunist Partiyasının üzvü idi. Diktator Antoniu de Oliveyra Salazarın (1932–1968) hakimiyyəti illərində bu mövqeyinə görə dəfələrlə həbs olunmuşdu.

Gələcək baş nazirin anası Mariya Antoniya Palla Portuqaliyanın ilk qadın jurnalisti və feminizm hərəkatının fəalı idi. Yəqin elə buna görədir ki, 14 yaşı tamam olan kimi Antoniu Koşta özünü siyasətdə sınamağa qərar verir və Sosialist Partiyasının nəzdindəki “Sosialist gənclik” hərəkatına üzv olur.

«Antonio hər zaman aktiv siyasi lideri idi”, – deyə baş nazirin bibisi Sinikka Koşta xatırlayır. Onun sözlərinə görə, Antoniunun fikirlərinin formalaşmasında atası ilə siyasətə dair apardığı uzun və qızğın müzakirələrin böyük rolu olub. Antoniu kommunist olan atasının bir çox radikal baxışlarını bölüşmürdü. Və daha mötədil idi.

Anasının jurnalistlərə dediyinə görə, emosionallığına baxmayaraq, Antoniu uşaqlıqda çox çalışqan şagird və valideynləinə qarşı diqqətli övlad olub: “Bizə nə məktəb, nə universitet illərində problem yaradıb”.

Məktəbi bitirəndən sonra Koşta Lissabon Universitetinin hüquq fakültəsinə daxil olur. Artıq Portuqaliyada demokratik hakimiyyət formalaşmışdı və gənclər öz fikirlərini sərbəst şəkildə ifadə edirdilər.

Koşta həm təhsilini davam etdirir, həm siyasi fəaliyyətə başlayır. Əvvəlcə gənclər jurnalının baş redaktoru olur, sonra şəhər sovetinə deputat seçilir. Bakalavr dərəcəsinə yiyələnəndən sonra təhsilini davam etdirmək qərarına gələrək aspiranturaya daxil olur. Tələbələrə hüquqdan dərs deyən Koşta bir müddət hüquq sahəsində başqa işlər də görür. Lakin çox keçmədən yenidən siyasətə qayıtmağa qərar verir. 30 yaşında parlamentin üzvü və Sosialist Partiyasının liderlərindən olur.

Sonrakı illər bir neçə nazirlikdə vəzifə tutur, parlamentdə partiya fraksiyasının rəhbəri olur. 2005-ci ildə Portuqaliyanın daxili işlər naziri təyin edilir. İki il sonra isə Lissabon meri seçilir.

2014-cü ildə Sosialist Partiyasının rəhbəri olur. 2015 seçkilərindən sonra bir neçə partiyanın (Sosialist Partiyası, Portuqaliya Kommunist Partiyası, Yaşıllar Partiyası, radikal “Sol blok” Partiyası) iştirakı ilə koalisiya qurmağa müvəffəq olur. Və baş nazir postunu tutur.

Antoniu Koşta 26 yaşında özündən iki yaş böyük olan, müəllimə işləyən Ferananda Mariya Qonsallveş Trevislə ailə həyatı qurur. Fernanda da əri kimi gənc yaşlarından siyasətə böyük maraq göstərirdi. Baş nazirin dostları deyir ki, Koşta ilə Fernandanın nikahı çox uğurlu alınıb.

Xanımı Koştaya hər zaman həm mənəvi, həm psixoloji dəstək verib. Üstəlik onun seçki kapmpaniyalarında aktiv iştirak edib. Bununla belə, həmişə kölgədə qalmağa üstünlük verib və ölkə vətəndaşları arasında birinci ledi kimi böyük populyarlıq qazanmağa can atmayıb.

Yaxın ətrafı etiraf edir ki, Koştanın həyat yoldaşı olmaq o qədər də asan deyil. Buna səbəb baş nazirin xarakteridir. Hətta anası deyir ki, oğlunu nə qədər çox sevsə də, xanımının onunla necə yola getdiyini təsəvvür edə bilmir: “Antoniu çox inadkardır. O, bəzən opponentlərinin arqumentləri ilə razılaşır. Amma arqumentlər çox güclü olmalıdır”.

Cütlüyün iki övladı var. Oğulları Migel 1990-cı ildə dünyaya gəlib. Atası kimi hüquq təhsili alıb. Hazırda kommersiya şirkətlərinin birində menecer kimi çalışır. Siyasətlə maraqlanmır, sosial şəbəkələrdə əsasən şəxsi həyatı ilə bağlı paylaşımlar edir.

2017-ci ildə Portuqaliya mətbuatı məlum paylaşımlara istinadən Migelin nişanlısına evlilik təklif etməsini və aldığı nişan üzüyünü uzun müddət müzakirə etmişdi.

Baş nazirin qızı Yekatirina qardaşından üç yaş kiçikdir. O da atası kimi Lissabon Universitetinin hüquq fakültəsinə daxil olub. Amma burada təhsilini yarımçıq qoyub. Migeldən fərqli olaraq Yekatirina siyasi işlərdə atasına yardım edir və mətbuat onun sosializm ideyalarına meylli olduğunu yazır.

Antoniu Koştanın əsas hobbisi futboldur. Tələbəlik illərində peşəkar futbol klublarında oynayan Koşta ayrı-ayrı çempionatlara da qatılıb. Siyasətə keçid edəndən sonra peşəkar futboldan uzaqlaşsa da, qatı azarkeş olub. Lissabon sakinlərinin sözlərinə görə, Koşta paytaxt meri olanda mütəmadi olaraq futbol oyunları keçirilirdi və oyunlara özü də qatılırdı.

Koşta orden, medal, fəxri ad nişanlarını kolleksiya etməyi sevir. Bu orden və medalları ona həm ölkəsinin, həm Avropanın bir sıra ölkələrinin ictimai təşkilatları və dövlət strukturları təqdim edib. Koşta ordenlərinin əksəriyyətini baş nazir olmamışdan əvvəl alıb.

Portuqaliya baş naziri ünsiyyətcil xarakteri və liderlik keyfiyyətlərinə görə dünyanın nüfuzlu siyasətçiləri ilə dil tapmaq qabiliyyətinə malikdir.

Məsələn, o, 2008-ci ildə dünyanın məşhur maliyyəçiləri, siyasətçiləri, jurnalistləri və ictimai xadimlərini birləşdirən nüfuzlu “Bildberq klubu”nun iclasında iştirak etmişdi.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə