“Bir dağda iki pələng baş saxlaya bilməz”
Ukraynadakı durumla bağlı Rusiya ilə Qərb arasında – xüsusən də Birləşmiş Ştatlarla – güclənən gərginlik həmişə iki superdövlətin təsir dairəsi uğrunda yad əllərlə apardığı soyuq müharibə dövrünü yada salır. İri dövlətlərin bu günki siyasi oyununda həlledici məsələ bundan ibarətdir ki, çin və Rusiya ABŞ-a qarşı alyans yarada biləcəkmi?
Hibert Rozman Foreign Affairs-də dərc olunmuş “Asiya asiyalılar üçündür: niyə Rusiya-çin dostluğu daimidir” («Asia for the Asians: Why Chinese-Russian Friendship is Here to Stay») məqaləsində çin-Rusiya münasibətlərinin möhkəmliyinin altı səbəbini sadalayıb. Lakin Cozef Nay bu yaxınlarda Project Syndicate-də dərc edilmiş “Yeni çin-Rusiya alyansı?” («A New Sino-Russian Alliance?») məqaləsində çin-Rusiya alyansı qarşısında duran dərin iqtisadi, hərbi və demoqrafik problemlərə işarə edərək belə bir şansı şübhə altına alıb.
Məsələ burasındadır ki, Rozman və Nay problemə müxtəlif yönlərdən yanaşırlar. Hər ikisi bir məqamı nəzərdən qaçırır. çin-Rusiya münasibətlərinin gələcəyi önəmli dərəcədə bu ölkələrin Qərblə – xüsusən də ABŞ-la münasibətlərindən asılıdır. Əgər Vaşinqton neftin qiymətinə son dərəcədə fəal şəkildə təsir edəcəksə və Ukraynaya təzyiq göstərib NATO-nun şərqə genişlənməsinə son dərəcə israrla can atacaqsa, çin və Rusiya həqiqətən alyans yaratmaq üçün addım ata bilər – bu hətta onların ilkin niyyətlərinə qətiyyən uyğun gəlməsə də.
Bir dağ – iki pələng
çin prezidenti Si Szinpin də, Rusiya prezidenti Vladimir Putin də əvvəlki şöhrətlərini bərpa etməyə cəhd edən güclü liderdirlər.
Si öz xarici siyasətində Yaponiya ilə ərazi mübahisələrində və Güney-şərqi Asiya ölkələri ilə Güney çin dənizinə görə güclü mövqe sərgiləyir. Hamı Putinin Krım və Şərqi Ukraynaya görə aqressiyasının şahidi oldu. Si də, Putin də hesab edirlər ki, keçmişdə onların ölkələriylə ədalətsiz davranıblar və hazırkı dünya düzəni hər ikisini qane etmir.
Lakin belə bir oxşarlıq heç də onu bildirmir ki, onlar asanlıqla dil tapa bilərlər. Qədim çin atalar sözündə deyildiyi kimi, “Bir dağda iki pələng baş saxlaya bilməz”. Si də, Putin də milli dirçəlişə cəhd etsələr də, tarixboyu bu iki ölkə arasında münasibətlər alınmayıb. Bununla yanaşı, nə Si, nə də Putun Amerikanın ağalıq etdiyi dünya düzənini qəbul edirlər, “yeni dünya düzəni” deyilən bir anlayış barədə də onların eyni təsəvvürü yoxdur.
Xüsusən də hər iki ölkə kommunist düşərgəsinə mənsub olarkən Pekin hətta soyuq müharibə illərində də Moskva ilə yaxınlığa can atmırdı. Ukraynadakı durumla bağlı tətbiq edilmiş Qərb sanksiyalarına görə çox ciddi iqtisadi çətinliklərə baxmayaraq, ruslar eyham vurdular ki, çindən onlara iqtisadi yardım deyil, diplomatik dəstək lazımdır. Hətta hər iki ölkədə etnik problemlərin olmasıyla bərabər 2008-ci il Gürcüstandakı müharibə məsələsində özünün Tayvan, Sinszyan və Tibetdəki həll olunmamış problemləriylə uğraşan çinin laqeyd mövqeyi bəzi rusiyalıları qane etmirdi.
Və hətta Si ilə Putin Qərbə münasibətdə eyni mövqedə dursalar da, onların hədəfləri tamamilə müxtəlifdir.
Ticarət disbalansı və uzaqmənzilli strateji nəticələr
çin-Rusiya münasibətlərinin təməli iqtisadi əlaqələrdir. İkitərəfli ticarət daim inkişaf edir. 2014-cü ildə mal dövriyyəsi 95milyard dollara çatdı ki, bu da 2015-ci ilə nəzərdə tutulmuş 100 milyard dollarlıq səviyyəyə uyğyun gəlir. Rusiya 400 milyard dollar dəyərində müqavilə imzalayıb, ona əsasən 2017-2047-ci illərdə çinə hər il 38 milyard kub.m qaz satılacaq.
Lakin iki ölkə arasındakı ən etibarlı münasibət də problemlidir. Birincisi, çinlə Rusiya arasındakı ticarətdə kəskin disbalans var, çünki əsasən neft, qaz və silah satışı ilə məhdudlaşır.
Əvvəlki kimi Rusiyanın başlıca ticarət tərəfdaşı Avropa İttifaqı, çininki isə (Honqkonq nəzərə alınmasa) – ABŞ-dır. Rusiyanın ticarət tərəfdaşları arasında çin 2-ci yerdə olsa da, Rusiya çinin siyahısında yalnız 8-ci yeri tutur və çinin xaricin ticarət dövriyyəsinin cəmi 2%-ni təşkil edir. Başqa sözlə, çin də, Rusiya da Qərbə nifrətlə yanaşsa da, çin Amerika bazarından, Rusiya isə Avropa bazarından imtina edə bilməz.
İkincisi, iki ölkə arasındakı enerjidaşıyıcılarının satışı müqavilələri qarşılıqlı şəkildə sərfəli deyil, çünki hər bir ölkəni tərəfdaş əldə etməkdən daha çox fayda əldə etmək rahatsız edir. Görünür, Qərbin antirusiya iqtisadi sanksiyaları Rusiyanı çinlə enerji müqavilələri bağlamağa məcbur edib ki, bu da öz növbəsində çinin enerji və resurslara artan tələbatını qane edir. Lakin hər iki ölkə anlayır ki, hədsiz asılılıq potensial qüsur deməkdir.
çin ənənə üzrə Rusiyanın votçinası sayılan Orta Asiya ölkələri ilə iqtisadi əməkdaşlığı genişləndirib neft alışını diversifikasiya etməyə cəhd etdi. Rusiya da həmçinin digər Asiya ölkələri – Yaponiya, Hindistan, Monqolustan, Güney Koreya (hətta Quzey Koreya) və Vyetnamın hesabına öz neft bazarını genişləndirməyə çalışdı. Lakin qəsdən, ya yox, Rusiyanın bir sıra Asiya ölkələri ilə əməkdaşlığı çin üçün strateji xarakterli bəzi problemlər yaratdı. Məsələn, 2012-ci ildə Güney çin dənizindəki yataqların (hansı ki çİn özünün qeydsiz-şərtsiz suverenitetini elan edib) hasilatı üzrə Vyetnamla bağlanmış enerji müqaviləsini bəzi çin analitikləri “kürəyə sancılan xəncər” kimi qiymətləndirdilər. Oxşaq olaraq, Rusiya da ciddi şəkildə narahatdır ki, çinin Orta Asiyadan keçən “Böyük İpək yolu zolağı” Rusiyanın Avrasiyadakı geopolitik nüfuzunu sarsıdacaq.
Və nəhayət, Rusiya-çin silah ticarəti. Heç şübhəsiz Rusiya çinə silah və hərbi texnika satan əsas ölkədir, lakin heç kimə sirr deyil ki, Rusiya çinə ən yeni hərbi texnikanı satmaq istəmir, çünki çin onun potensial rəqibidir.
Hamı etiraf edir ki, 2014-cü ilin sonunda S-400 “Triumf” raket kompleksinin satışı barədə bağlanmış müqavilə strateji deyil, daha çox sərfəli maliyyə qərarı idi. Rusiyanın çinin Vyetnam kimi qonşuları ilə hərbi əməkdaşlığı Güney çin dənizi hövzəsində çinə yönəlik ciddi təhdid sisteminin yaranmasına gətirib çıxarda və mümkün strateji nəticələrlə region üçün tarazlığı təmin edə bilər. Məsələn, Rusiya 2009-cu ildən bəri Vyetnama “Kilo” sinifli 3 sualtı qayıq satıb ki, bunlar da çinə satılmış submarinalardan daha təkmildir.
özünüdərkdə fərqlər
çin kürəsəl iddialı Asiya ölkəsidir. Rusiya son zamanlar öz strategiyasını yenidən kəskin şəkildə Asiyaya sarı yönəltsə də, özünü Avropa ölkəsi sayır. Hər iki ölkənin tarixi qanlı və faciəvi olaylarla zəngindir. Düzdür, soyuq müharibədən sonra iki ölkə Amerika hegemoniyasından müdafiə olunmaqda sanki qarşılıqlı razılığa gəlib. çinlə Rusiya qarşılıqlı əlaqələri 1990-cı illərin sonunda qaydaya salıb. Halbuki o vaxt Amerika birqütblü dünya qururdu. Lakin çoxları çinlə Rusiyanın strateji tərəfdaşlığını simvolik jestlərlə xarakterizə olunan, “yalnız faydaya əsaslanan birlik” hesab edirdi. Əslində isə hər iki ölkə hətta hegemona qarşı açıqca çıxış edərək onunla münasibətləri qaydaya salmaq imkanlarını nəzərdən keçirdirdi. Başqa sözlə deyilsə, çinlə Rusiya arasında strateji tərəfdaşlıq soyuq müharibədən sonra yalnız ABŞ-ın xüsusi diqqəti uğrunda
rəqabət imkanı verən diplomatik hiylə oldu.
Hətta dünya birqütblükdən çıxandan sonra çin və Rusiya əsil tərəfdaşlardan çox rəqib olaraq qalır. çin sürətlə inkişaf edən ölkə olmaqla beynəlxalq nüfuz qazanır və daha sayğılı olur. Rusiya isə, deyəsən, geri addımlayır. Bunu OPEK və B20-lərin 2014-cü ildə keçirilmiş sammitləri də göstərdi.
Həm də hər iki ölkənin Qərbə iddiaları olsa da, onların arasında gec-tez gərgin münasibətlər yaranacaq. Onların Şanxay Əməkdaşlıq Təşkilatı ilə mürəkkəb münasibətləri Mərkəzi Asiyada strateji və iqtisadi rəqabətin mümkünlüyünə və regiondakı maraqların sonrakı uyğunsuzluğu və üstünlüyün dərinləşməsi buna işarə edir.
üçlükdə tanqo?
Həmişəki kimi, bu durumda qalan yeganə variant əvəvlki qaydada güc siyasətidir. Böyük dövlətlərin çökmə və yüksəliş dövrü başlanıb. Bu dəfə söhbət ABŞ, çin və Rusiyadan gedir. çin-Rusiya münasibətlərinə konkret müəyyənlik vermək və bunu “tərəfdaşlıq” və ya “alyans” adlandırmaq hələ çox tezdir. çünki siyasətdə əbədi dostlar olmur, yalnız əbədi münasibətlər olur.
Müsbət meyllərə baxmayaraq, bu ikitərəfli münasibətlərdə möhkəm özül – qarşılıqlı inam və bənzər eyniyyət hələ də kasaddır. Yalnız Qərb tərəfdən ümumi ciddi təhlükə iki ölkənin iqtisadi və hərbi yaxınlaşmasına səbəb ola bilər. Bu isə Amerika siyasətçilərindən asılıdır. Putinlə Sini bundan sonra da təhrik etsələr, onlar, güman ki, hərbi alyans, ya heç olmasa, Moskva ilə Pekin arasında etibarlı tərəfdaşlıq yaratmaq barədə düşünəcəklər.
ABŞ bundan yayınmaq üçün Rusiya və çin ilə münasibətləri necə yumşaltmaq barədə düşünməlidir. Rusiyaya gəlincə, təcrid və sanksiyalar, yəqin ki, Uklrayna böhranının həllinə aparmayacaq.
çinə gəlincə, ABŞ Asiyadakı tarazlığın dəyişilməsini yenidən nəzərdən keçirməlidir. çin prezidenti sentyabrda Vaşinqtona səfər planlaşdırır və bu, münasibətləri necəsə qaydaya salmaq üçün yaxşı imkan olar.
Hər şeydən göründüyü kimi, ABŞ, çin və Rusiya arasında sərt rəqabət qaçılmaz olsa da, diplomatik səylərin hədəfi qüvvələrin kövrək tarazlığını əldə etmək olmalıdır. Və yaranmış beynəlxalq durum kontekstində sülhə nail olmaq üçün, ehtimal ki, hər üç tərəfin iştirakı tələb olunur.
Hayyan Fen
“The Diplomat”, Yaponiya