XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

24 Fevral 2016 - 15:29

Məşhur hərbi ekspert Rus Ordusunun zəif yerlərini açdı:"Ukraynada ilişsək, bizi böyük problemlər gözləyir"

rusordusu-1

 

Məşhur hərbi ekspert Pavel Felgenhauer hesab edir ki, Rusiyada yaxşı hazırlanmış hərbi hissələr var, lakin ümumən hərbi hissələr geridə qalır və müasir müharibəyə hazır deyil:

 

“2020-ci ilədək qəbul edilmiş yenidən silahlanma proqramından belə çıxır ki, indiki silahlı güclər qeyri-müasirdir. Onu modernləşdirməyə ciddi cəhdlər olub, lakin hələlik böyük uğurlar əldə etmək mümkün olmayıb. Bunu Donbasda 50 il öncəki kimi döyüşlərin aparıldığı hərbi əməliyyatlar da göstərir. Bu o demək deyil ki, döyüşmək olmaz. Olar – xüsusən də ona görə ki, rəqib də eynən bu cürdür. Lakin Qərbin müasir hərbi gücləri ilə döyüş meydanında üz-üzə gəlməmək daha yaxşıdır, yoxsa axırımıza çıxarlar”.

Ekspertin rus nəşrinin suallarına cavablarını ixtisarla strateq.az-ın oxucularına təqdim edirik.

 

 pavel-1

 

– Rusiya silahlı qüvvələrində modernləşdirilmiş hissələr neçə faizdir, “nəzakətli adamlar” nə qədərdir?

 

– “Nəzakətli adamlar”, vur-tut, Simferepol aeroportunu tutmuş xüsusi təyinatlılardır. Onlar intizamlıdır və kifayət qədər yaxşı hazırlanıblar. Bəli, onlar kazaklardan və müxtəlif geyimli quldurlardan olduqca fəqlənirdilər. Əvvəllər çeçen müharibəsinin gedişində bizim xüsusi təyinalılar başqa cür görünürdü, çünki adamlar libası və təchizatı özləri alırdılar. Krmda isə hamı eyni növ kamuflyaj geyinmişdi, ona görə də dərhal bilinirdi ki, kimdirlər və haradandırlar. Lakin əsəgərlərin silahı və təchizatı yenə də müasir səviyyəyə uyğun deyildi. Onlardakı silah, zireh, rabitə vasitələri o səviyyədə deyil. Prinsipial şəkildə heç nə dəyişilməyib. Bizdə müasir atıcı silahlar, normal patronlar düzəldilmir, artıq çoxdandır artilleriya mərmiləri hazırlanmır – köhnələrlə atəş açırlar. Normal kütləvi snayper tüfəngi yoxdur. Heç snayperlər də yoxdur. FTX-də bir ovuc mütəxəssislər var, onların silahı və güllələri xaricidir. Xaricdən nəsə almaq mümkün olub, lakin qismən və cüzi miqdarda.

 

Tanklarmız tullantılıqdır, bunu hamı bilir və buna görə də prinsipcə yeni tanklar – “Armata” platforması yaradılır. Sovet tankqayırması dalana dirənib, bir çox səbəblərə görə bunu etiraf etmək çətindir, lakn hamı çox gözəl anlayır. Tanklarımızı ancaq doğuşla bağlı problemi olmayan ölkələr həvəslə alır. Donbasda həm o tərəfdən, həm də bu tərəfdən bizim texnika vuruşur və şam kimi alışır. Aviasiyasız piyada hissələrini effektli şəkildə qoruya bilmir – hər halda gecələr və pis havada. Müasir təyyarə mühərrikləri ilə bağlı, artan geriləmə problemimiz var. GPS tuşlama haqda eşidibsiniz? Artilleriya atəşinin idarəsi pilotsuz təyyarənin havadan izlədiyi hədəfin GPS koordinatları üzrə kompüter vasitəsilə gedir. 2006-cı ildə İsrail batareyası güney Livanı atəşə tutarkən bunu şəxsən görmək mənə nəsib olub. Bu üsulla adi mərmilərlə yüksəkdəqiqlikli atəş açmaq mümkün olur. Lakin Rusiyada beləsi yoxdur və bu cür bacarmırıq. Hələ GPS-dən də istifadə edə bilmirik, və buna görə də QLONASS-a (kürəsəl sputnik naviqasiya sistemi-red.) xeyli pul tökmüşük. Ümumiyyətlə, problemlər ciddidir. İsrail lisenziyası ilə “Forpost” pilotsuzlarının istehsalını işə salsaq da, bu, faktiki olaraq 20 il əvvəlki "IAI Searcher"dir. Biz onların vasitəsilə yaylım atəşi sistemini birtəhər əlaqələndirə bilirik. Bu, 2014-cü il avqustun axırında İlovaysk və Saur-Mogilo yaxınlığında Ukrayna ordusunun cənub qruplaşmasını darmadağın etməyə imkan verdi. Lakin bu pilotsuzlar milyonlarla ölkədə var və 2008-ci il müharibəsində artıq Gürcüstanda da var idi. Yəni əslində, silahlı qüvvələrimiz Pakistanın səviyyəsindədir. Əlbəttə, onların nüvə silahı, raketi, sualtı qayığı var. Düzdür, heç kim əməlli-başlı bilmir ki, müharibə baş versə, bunların neçəsi işə yarayacaq.

 

Rusiya tarixində bütün ciddi modernləşmələr Qərb texnologiyasına söykənib və indi onlara çıxış çətinləşəcək. Aydın deyil ki, ciddi nəyəsə nail olmaq mümkün olacaqmı? Hərbi sahədə qiymətlər elə hey artır, indi isə güclü inflyasiya başlanır. Həmin pullara planlaşdırıldığından beş dəfə az ala biləcəyik, bəzi şeyləri isə etmək ümumiyyətlə mümkün olmayacaq. Rusiya hər il ABŞ-dan bir milyard yarım, iki milyardlıq avadanlıq tədarük edirdi. Bu, təkcə komplektləyici yox, həm də yüksəkdəqiqlikli dəzgahlar idi. Bütün dünya olduqca dəqiq detalların 3D istehsalına keçir. Bizdə isə indiyədək rəqəmsal dəzgahları işlətməyi öyrənə bilmirlər və Vasya dayı bütün işləri mişarla görür. Belə olan halda müasir silahlar haradan olacaq? Onlar müasir də deyil. Bu, daha çox görüntüdür. 

 

– Bəs Rusiya ordusunda modernləşmə prosesini kim işə saldı – qəzəbə gəlmiş Anatoli Serdyukov, yoxsa Sergey Şoyqu?

 

– SQ-i Baş qərargahın keçmiş rəisi Nikolay Makarov modernləşdirirdi. Serdyukov bütün bu işlərə burun soxmurdu və Makarova radikalcasına hərəkət imkanı verirdi. 2012-ci ildə Şoyqu gələndən sonra geri dığırlanma başlandı. Yeni islahatlar yoxdur, düzəldilənləri də yavaş-yavaş sökürlər. Serdyukovun dövründənsə Şoyqunun vaxtında xeyli pis oldu. Serdyukovun vaxtında ən önəmli işə – hərbi təhsilə girişdilər. Rusiyada hərbi təhsil tamamilə dəhşətli məsələdir. Pis təhsil görmüş zabitdən pis təhsil görmüş general əldə edirsənsə, böyük bəla baş verir. Rusiya ümumən dünyəvi tərəqqidən kənarda durmuş, olduqca əyalət ölkəsidir. Silahlı qüvvələr isə xüsusən. Rusiya hərbçiləri hələ çar dövründən təcrid olunublar. Onlar müasir müharibənin nə olduğunu açıqca anlamırlar. Bilirlər ki, yeni texniki zadlar var, lakin hərrb məslədə bütün inqilabları əldən buraxıblar. Onlara indiyədək II Dünya savaşının timsalında təlim keçirlər.

 

– Lakin Krım hadisələrini müasir hibrid müharibəyə misal çəkirlər.

 

– Bu, uydurmadır. Krımda müharibə olmayıb, çünki heç kim silahlı müqavimət göstərməyib. Əlbəttə, orada müəyyən logistik problemlər vardı, lakin tamamilə həll edilən idi, çünki donanma yaxınlıqda idi. Donanmanın qorunması üzrə əməliyyatlar əvvəlcədən hazırlanmışdı. Dəniz piyadası artıq orada olsa da, gizlincə əlavə qüvvələr yetişdirildi. Sən müqavimət göstərilməyəndə isə həmişə asan olur.

 

– Bəs indi 50 il əvvəlki tərzdə irimiqyaslı toqquşma mümkündürmü?

 

– Əlbəttə, mümkündür. Sadəcə, adətən, müasir ordu ilə köhnə ordunun toqquşması baş verəndə ispanlarla hinduların qarşıdurması kimi görünür. Yaxud nizəli zuluslar pulemyotlu ingilislərə qarşı. Böyük kütlələr sınıq çıxır: 2003-cü ildə İraqa müdaxilə vaxtı Səddam Hüseynin nəhəng ordusu tamamilə heç nəyə yararsız göründü. Bəli, köhnə ordu xırda dəstələrlə müdafiə döyüşləri apara bilər. Lakin müdafiədə oturub qalib gəlmək mümkün deyil. Tirdə oldğu kimi, yüksəkdəqiqlikli silahlarla səni əzişdirirlər və əraziyə deyil, lazım olan yerə düşürlərsə, hücum edə bilməzsən. Bu, olduqca sürətlə ruhdan salır. Buna tab gətirmək mümkün deyil, adamlar texnikanı atıb qaçırlar.

 

– İndiki şəraitdə NATO ilə toqquşma mümkündürmü?

 

– Bəli, biz buna hazırlaşırıq, yoxsa yenidən silahlanma proqramı nə üçün aparılır? Ona elə pullar buraxıblar! Baş qərargahın rəisi Valeri Gerasimov açıq dedi ki, silahlı qüvvələrimiz dünya müharibəsinə hazırlaşır. Bu, praktik olaraq qaçılmazdır.

 

– Bəs hansı vaxta?

 

– Düşünürəm ki, 2025-ci ilə doğru. Yenidən silahlanma proqramı bu hesabla işə salındı ki, 2020-ci ildən sonra ya dünya müharibəsinə, ya da resurslar müharibəsi deyilən böyük bölgəsəl münaqişələrə hazır olmaq lazımdır. Siyasətimiz buan köklənir ki, "Malthusian trap" – "Maltuzian tələsi" işə düşər. Dəhşətli dünya böhranı, resurslar çatışmazlığı baş verəcək, buna görə də Rusiyanın rolu artacaq, lakin bununla bərabər risklər də çoxalacaq. Bütün dünya üzərimizə hücum edə bilər ki, Arktikada böyük ərazilərdəki təbii ehtiyalarımızı da əlimizdən alsın. Əlbəttə, əsas düşmən Amerikadır. Az dərəcədə Çindir. Ukraynanın daxil olduğu müdafiə xətti yaradılmalıdır. Ukraynanın itirilməsi perimetrin yarılmasıdır, biz ölümcül təhlükə qarşısında tamamilə silahsız görünürük. Buna görə də hər cür qüvvə ilə Ukraynanı saxlamaq lazımdır. Hazırda bütün hərbçilərin razılaşdığı əsas problem Ukrayna  hadisələrinin vaxtsız başlamağıdır. Çatdırıb yenidən silahlana bilmədik. Yaxşı olardı ki, bu, 2018-2020-ci illərdə baş verəydi.

 

– NATO buna necə reaksiya verir?

 

– Hazırda bizdə tamamilə aşkar təhlükə görürlər. Bir-iki həftə öncə müdafiə nazirlərinin toplantısı oldu və proqram qəbul etdilər: Rusiya ilə müharibəyə hazırlaşacaqlar. Macarıstan və Yunanıstan daxil olmaqla bütün ölkələr səs verdi. Konkret, ciddi tədbirlər var. Baltikyanı NATO-ya ən təhlükəli istiqamət görünür, buna görə də Polşada qərargahla Avropa çevik reaksiya korpusu yaradılır. Avropalılar hələlik 30 min əsgər çıxartmağa hazırdır və bu hissələr milli dövlətlər üzrə səpələnəcək, lakin qərargah daimi olacaq.

 

– Rus ordusu və NATO hissələri toqquşsa, hindularla ispanların qarşıdurmasına oxşayacaq?

 

– Bəli. Müxtəlif ölkələrdə silahlanma səviyyəsi və hazırlıq müxtəlifdir, lakin bir yedə hərəkət etməyə azdan-çoxdan öyrədiliblər. NATO-nun məğzi də elə bundadır – hamını eyni komanda dilinə öyrətmək, kalibrləri və avadanlıqları standartlaşdırmaq. Əlbəttə, Avropa qüvvələri Amerikanınkından zəifdir, lakin onlara birgə hərəkət etməyi bacarırlar. Əlbəttə, amerikalılar bizim qüvvələri şərti mənada üstələyirlər. Nüvə silahı tətbiq etmədən heç bir şansımız yoxdur.

 

– İŞİD Rusiyanı təhdid edir?

 

– Orta Asiyada, xüsusn Özbəkistanda potensialca dayanıqsız durum var. Varissiz İslam Kərimovun ölümündən sonra nələrin baş verəcəyi məlum deyil. Yoxsul, dəhşətli dərəcədə əzilmiş, önəmli hissəsi müsəlmanlar olan əhali. Sovet dövründə İslamı yetərincə sağlam şəkildə boğurdular, lakin Fərqanə vadisində qalıb. Özbəkistan İslam Hərəkatı (ÖİH) – silahlı sələfilər var. Onların bazası Əfqanıstanda yerləşirdi, lakin 2001-ci ildə amerikalılar gəldi və onları Vəziristandan vurub çıxardılar. 2014-cü ilin yayında Karaçi aeroportuna həmlə oldu – bu məhz ÖİH idi. Onlar yaxşı hazırlıq görmüş, islamçı, Amerika pilotsuzlarının zərbələrindən keçmiş höcət döyüşçülərdir. ÖİH hətta İŞİD-in xəlifəsi kimi tanıyıblar. İŞİD isə onların rəhbərini özünün Orta Asiya əmiri təyin edib. Yəni ÖİH, əslində, İŞİD-in bölməsidir. Düzdür, İŞİD hələlik dünyanın hər tərəfindən adamları Yaxın Şərqdəki münaqişəsinə cəlb edir, lakin düşünmürəm ki, ÖİH buna girişər. Onlar Əfqanıstanı da qaydaya salmayacaq, oranı puştunlara tərk edəcəklər. Amma, bax, sabitsizlik başlasa, Özbəkistana girməyə hazırdırlar. Misirdəki kimi, Özbəkistanda da İslam inqilabı baş verə bilər. Lakin Misirdən fərqli olaraq, Özbəkistanda ciddi ordu yoxdur ki, islamçıları boğsun. Orta Asiyanın sabitsizləşdirilməsi təhlükələrin ən gerçəyi və köklüsüdür. Bu – on milyonlarla qaçqın, Baykonurun və “Sarı-Şaqan” kimi strateji obyektlərin itirilməsidir və onların yerini doldurmaq olmaz. Bu, pilotlu kosmonavtikanın dayandırılmasıdır. Biz kosmik dövlət olmağı tərgidəcəyik. Özbəkistan çöksə və biz Ukraynada ilişib qalsaq, bizi ikicəbhəli böyük problemlər gözləyir.

 

"Эхо России" dərgisi, 23.02.2016

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə