XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

14 Fevral 2019 - 10:45

VARŞAVA SAMMİTİ:İran əleyhinə geniş koalisiya yaratma ideyasını Avropa diplomatiyası boykot etdi

Lora Rozen

“Əl-Monitor”, 13.02.2019

 

Prezident Donald Trampın iki yaxın müttəfiqi sayəsində Varşavada yeni tədbirə start verilib. ABŞ rəsmilərininin təkid etdiyi beynəlxalq konfransda İranın şərlənməsi gözənilir.

Birincisi, Trampın Rusiya ilə bağlılığı istintaqında şəxsi hüquqşünası Rudi Culiani mübahisəli müxalif qrup olan “Mucahedin-e-Xalq”a (MEK) dəstək verməklə, İrandakı rejimi dəyişməyə çağırıb. İran-İraq müharibəsi dövründə Səddam Hüseynlə birlikdə mübarizə aparan bu qrup həm İran daxilində, həm də xaricdə hiddətlə qınanıb və ABŞ-da terror təşkilatı tək qeydə alınıb.

Daha sonra İsrail baş naziri Benyamin Netanyahu və onun sözçüsü Varşavada keçirilən görüşün İsrilin ərəb ölkələri ilə birlikdə “İranla müharibədə ümumi maraqları inkişaf etdirmək baxımından” vacib olduğuna dair tvitlər atıb. Doğrudur, bu “tweet”-lər sonradan silinib və onların tərcümələri paylaşılıb. Amma İsrailin ərəb ortaq maraqları ilə birgə İranla “mübarizəsi” İsrail baş nazirinin rəsmi “Twitter” hesabından bir saat saxlanılıb.

Dövlət Departamentinin rəsmiləri digər müttəfiq ölkə xarici işlər nazirlərinin Yaxın Şərqdə sülh və sabitliyin təşviq edilməsi üzrə ikigünlük konfransa təşrif gətirəcəyinə inandırdılar. Son nəticədə, Avropadan yalnız iki xarici işlər naziri Varşaya gəlib.

İngiltərənin xarici işlər naziri Ceremi Hant bir günlük gəlib. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatının Yəmən üzrə nümayəndəsi Martin Qriffits ilə birlikdə Yəmənə dair”dördlüy”ün görüşünə rəhbərlik etmək üçün. Lakin Hant Cümə axşamı, fevralın 14-də keçiriləcək iclasından əvvəl geri qayıtmalıdır.

Fransa və Almaniya Trampın keçən il çəkildiyi İranla nüvə razılaşmasında qadıqlarından tədbirə siyasi direktorlarını göndərib.

Netanyahu xaricdən konfransa gələn yeganə hökumət başçısıdır (O həm də İsrailin xarici işlər naziridir). ABŞ vitse-prezidenti Mayk Pens də tədbirə qatılıb. 50-ə yaxın dövlət nümayəndəsi arasında Polşa prezidenti və xarici işlər naziri, Pens, ABŞ dövlət katibi Mayk Pompeo və Netanyahu ön sırada “ailə fotoşəkili” çəkdiriblər.

ABŞ-ın İran üzrə xüsusi səfiri Brayan Huk BBC-nin Fars xidmətinə verdiyi müsahibədə dönə-dönə təkrarlayıb ki, ABŞ-ın MEK-lə rəsmi əlaqəsi yoxdur və Culiani ABŞ hökumətini təmsil etmir.

Prezidentin şəxsi vəkili və onun milli təhlükəsizlik məsləhətçisi Con Bolton mübahisəli qrup üçün uzun müddətli lobbiçiləri olub və Tramp administrasiyasının İrana qarşı sərt siyasətinə başçılıq edirlər.

Avropa Şurasının Xarici Əlaqələr üzrə Komitəsinin Yaxın Şərq proqramlarına dair direktor müavini Elli Geranmaye “əl-Monitor”a bildirib: “ABŞ-ın İrana qarşı ittifaq yaratmaq gündəmi var. Avropa paytaxtlarından gələn mesajlardan aydın olub ki, onlar bu cür görüşlərlə bağlı olmaq istəmirlər. Almaniya və Fransa xarici işlər nazirlərinin tədbirə qatılmaması buna sübutdur. Hantın gəlişinin yeganə səbəbi növbəti aydakı “Brexit”-dir”.

Fevralın 14-də gündəm ABŞ maliyyə nazirinin terrorizmin maliyyələşdirilməsi üzrə müaviri Siqal Mandelkerin keçirəcəyi iclasda müəyyən ediləcək.

Elli Geranmaye deyib: “Məncə, ABŞ hələ də bu məsələlər üzrə işçi qruplar yaratmaq istəyir. Amma bir diplomat bildirib ki, bu, ABŞ-ın Varşavada müzakirələri necə aparcağından asılıdır. Həqiqətən, tam olaraq İranı məhvtmə rejiminə keçərlərsə, bu, mənasız iş olacaq.

Trampın şəxsi vəkilinin MEK-lə görüşü Avropada hər kəsdə Varşavadakı tədbirin xoş məramına dair şübhə yaradır”.

Tərcümə: Strateq.az