XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

14 Fevral 2019 - 16:03

AMERİKAYA DAĞ ÇƏKMİŞ CASUSLUQ:hərbi sirləri İrana satmış veteranla birlikdə 4 haker ifşa edilib

Cek Detş

“Əl-Monitor”, 14.02.2019

 

Bu gün Ədliyyə Nazirliyi Hərbi Hava Qüvvələrinin (HHQ) sabiq xanım zabiti barədə 27 səhifəlik ittihamnaməni açıqlayıb. O, gizli məlumatları İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) ötürməkdə ittiham olunur.

İttihamnamədə həmçinin Tehrandakı mərkəzi hərbi komandanlıqla əlaqəli olduğu iddia edilən dörd haker barədə də ittihamlar mövcuddur.

 

Məsələnin vacibliyi

Bugünkü ittihamnamə İranın kibercinayətkarlığa olan marağının səviyyəsini göstərir. Monika Elfriede Vittdən əldə edilən gizli məlumatlara əsaslanan İİKK-nin hakerləri ABŞ-da casusluq agentliklərini hədəf alan zərərli proqramlar və saxta sosial media profillərini inkişaf etdirməyə çalışıblar.

Bu səylər klaviatura vuruşlarını ələ keçirmək və veb kameralara giriş, “malware-infused” əlavələri, habelə iranlı hakerlərin pornoqrafik şəkillər vasitəsilə ABŞ səlahiyyətlilərini aldatması ilə, kompüter şəbəkələrinə tunel açılmasına izn vermən proqram təminatlarını hazırlanması daxil olub.

Onlar həmçinin ABŞ-ın hərbi kəşfiyyat işçiləri ilə “dostlaşmaqdan” ötrü şübhə doğurmayacaq saxta elektron poçtlar və “Facebook” profilləri yaradıblar.

 

Yaxın dostları uzaqda saxlamayın!

ABŞ və İran 1979-cu ilin İslam İnqilabının baş verməsi ilə, yəni qırx ildir ki, formal olaraq diplomatik əlaqələri qırıblar. Bugünkü ittihamnamə Tehran və Vaşinqton arasındakı uçurumun nə qədər dərin olduğunu ortaya qoyur.

Vitti dindirən müstəntiqlər malik olduqları dəlillərlə onun şübhələri İrandan çəkməsinə imkan verməyiblər. Çətin vəziyyətə düşdüyündən o, İİKK üzvləri ilə əlaqələri və anti-ABŞ təbliğat videolarına çəkilməsini dana bilməyib.

Monika Vitt hələ 2013-cü ildə şəxsiyyəti bilinməyən bir rezidentə yazıb: “Ümid edirəm ki, Rusiya ilə müqayisədə bəxtim gətirəcək, özümə uğurlar diləyirəm”. Daha sonra: “İranın şübhələrindən qəzəblənməyə başlayıram”.

HHQ veteranı Kabildəki İran səfirliyinə yollanıb və “hər şeyi söyləyib”.

 

Şübhəlilər

Şübhəlilərdən biri olan Behzad Mesri 2017-ci ildə ABŞ-ın bir dairə mahkəməsi tərəfindən şantaj yolu ilə 6 milyon dollarlıq bitkoin almağa cəhd göstərməkdə günahlandırılıb.

 

Bundan sonra nə olacaq?

Donald Tramp administrasiyası İranın proksi qüvvələri və Yaxın Şərqdə raketlərinin yayılması çağırışları kimi, İran hakerlərinin daha çoxunun adlarını açıqlayacaq.

ABŞ hüquq-mühafizə orqanlarının əlindəki Vittə qarşı ABŞ-da keçiriləcək məhkəmənin tarixi yəqin ki, gec bilinəcək. İttihamnaməyə əsasən, Barak Obama administrasiyası dövrünə aid olan İran kibercinayətkarlarına istiqamətli istintaqın aparılacağı gözlənilir. Ədliyyə Nazirliyinin hazırkı modeli ilə.

Keçən il bir federal məhkəmə heyəti 34 aylıq “SamSam” proqramı ilə bağlı iki iranlıya qarşı ittham irəli sürüb. Onlar xəstəxanalarda və dövlət qurumlarında kompüterləri bloka salıblar.

ABŞ səlahiyyətliləri bir sıra Amerika və xarici universitetlərdə kiber oğurluqları aşkarlayana qədər 30 milyon dollar zərər qeydə alınıb.

 

Daha çox məlumat

İranın rəqəmsal təcavüzlərindən qorxan təkcə ABŞ deyil. Yeni seçkilər ərəfəsində İranın kiber müdaxiləsi ilə bağlı İsrailin də böyük narahatlıqları var.

Tərcümə: Strateq.az