XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Fevral 2019 - 11:34

VENESUELANIN GƏLƏCƏYİ NECƏ GÖRÜNÜR? –Tunelin sonunda işıq var, amma...

Ann Krüger

“Project Syndicate”, 15.02.2019

 

İllər ərzində dünyada bir çox kəskin iqtisadi tənəzzüllər baş verib, amma Venesueladakı, əlbəttə, ən pislərindən biridir. İkinci Dünya müharibəsi dövründə böyük ziyan çəkmiş ölkələrlə müqayisədə, Venesuela daha çox real (inflyasiya düzəlişli) ÜDM itkisi ilə üzləşib və bu il inflyasiyanın 10 milyon faizə çatması gözlənilir.

Bu şəraitdə qida məhsullarının 90% -i idxal olunmalıdır. Orta statistik Venesuela vətəndaşı bu meyarla 10,9 kilo arıqlamalıdır; təxminən üç milyon nəfər (əhalinin təxminən 10%-i) ölkədən qaçıb. Elektrik kəsilmələri, su və tibbi yardım çatışmazlığı və demək olar ki, qıtlıq prezident Nikolas Maduronun qəddar və bacarıqsız hakimiyyətinin davamlı səciyyəsinə çevrilib.

1960-cı illərə qədər ÜDM-in adambaşına düşən payına görə Venesuela Latın Amerikasında ən yüksək pillədə idi – 80%. Bu gün Çili, Braziliya, Meksika və Kolumbiyadan aşağı pillədədir – 30%-dən az. Müqayisə üçün, 1990-cı ildə Kolumbiyada adambaşına düşən ÜDM, Venesuela ÜDM-nin təxminən yarısı idi.

Dünyanın ən böyük neft ehtiyatları ilə, Venesuela ixrac qazancının 90%-dən çoxuna karbohidrogen ehtiyatları hesabına sahibdir. Lakin neft hasilatı 1990-cı illərin sonlarında gündəlik 3,5 milyon barel zirvəsindən düşərək, 2018-ci ildə təxminən 1,3 milyona barelə bərabər olub, növbəti bir neçə ildə istehsalın 700 min barelə qədər azalacağı gözlənilir.

Əslində, neft qiymətləri yüksəlmiş olsa belə, maddi oğurluq, investisiya yoxluğu, Maduronun hərbi ittifaqları ucbatından təcrübəsiz rəhbərlər təyin edilməsi və neftçilərin ölkədən qaçışı ucbatından hasilat azalıb. “Petroleos de Venesuela Petroseos” dövlət neft şirkətinin bir fəhləsi bu yaxınlarda “Wall Street Journal”-a deyir ki, ayda 8 dollar qazanır.

Venesuelanın vəziyyəti intiharı xatırladır. Yüksələn neft qiymətlərinə baxmayaraq, Çavesçi rejim 2014-ci ildə maliyyə çatışmazlığını ÜDM-in 24%-nə bərabər edib. Həmin il neft qiymətləri hələ də zirvədə olarkən, bu çatışmazlıqlar kağız pul kütləsi ilə malalanıb və inflyasiyanın sürətləndirilməsinə gətirib çıxarıb Məsələləri daha da pisləşdirməklə, hökumət qiymətlərə nəzarət edib, topdan satıcılar öz mallarını zərərlə satıblar.

İqtisadi fəaliyyətin tənzimlənməsi üçün bu cəhənnəm cəhdləri ilə yanaşı, rejim demokratik qurumları, müxalifəti qəddar şəkildə sıxışdırıb. Əsas təməl xidmətlər fəaliyyətini dayandırıb. 2016-cı ildə hökumət işçilərinə elektrik enerjisinə qənaət etmək məqsədilə həftədə iki gün işə gəlmək göstərişi verilib; ölkədə kütləvi elektrik enerjisi çatışmazlığı var.

Yanvar ayında Maduro, ötən ilin may ayındakı kimi, saxta prezident seçkilər keçirib. Buna cavab olaraq, bir çox Latın Amerikası ölkəsi, habel Kanada, ABŞ və bəzi Avropa Birliyi ölkələri Milli Konqresin spikeri Juan Quaydonu Venesuelanın qanuni prezidenti olaraq tanıyıb. Bundan əlavə, Venesuelanın neft ixracı üçün böyük bazar olan ABŞ Maduro rejiminə sanksiya tətbiq edib, bank hesablarını dondurub və Venesuela nefti üçün ABŞ şirkətləri tərəfindən ödəniləcək məbləğ Quaydoya təqdim olunacaq.

Kütləvi etirazlar qarşısında Maduro hərbi liderlərə rüşvət verərək, müxalifət liderlərini qorxutma, həbs praktikasını davam etdirib. Ancaq Maduron buna nə qədər davam edə bilər? Onun rejiminə Venesuelada təzyiq tələb olunur.

Başlanğıcda ölkə miqyasında öyük humanitar yardım tələb olunur. Xəstəxanalar bərpa edilməli, məktəblər yenidən açılmalı, ictimai nəqliyyat və digər mühüm xidmətlər göstərilməlidir. Qidalanmayan əhaliyə ərzaq çatdırılmalıdır.

Eyni zamanda, Venesuelada inflyasiyanın dayandırılması, makroiqtisadi sabitliyin və iqtisadi fəaliyyətin bərpası üçün islahatlara ehtiyac duyulacaq. Bununla yanaşı, idxal materialları və təmir, avadanlıqların idxalına maliyyə dəstəyi tələb olunur. Bu yalnız neft istehsalına deyil, bütün iqtisadi sahələrə aiddir.

Venesuelanın bərpası uzunmüddətli prosesdir. Dəmir yolu qovşaqları və enerji istehsal obyektləri kimi əsas infrastrukturda böhran aradan qaldırılmalıdır. Venesuelada həyati əhəmiyyəti mərkəzlər “xəstə”dir.

Ona görə də problem, sabit makroiqtisadi mühit və iş mühitini bərpa edilməli, eyni zamanda, Venesuela vətəndaşlarının çoxunun vəziyyətini yaxşılaşdırılmalı və siyasi islahatlara dəstək verilməlidir.

Ölkədə gələcək liderlər və beynəlxalq birliyin problemin təbiətini başa düşdüyünü və yenidənqurma zamanı ictimai sülhün qorunması üçün lazım addımları atacağına ümid etmək qalır. Venesuelalılar, nəhayət, tunelin sonunda işıq görə bilərlər. Ancaq çətin günlər hələ də uzanır.

Tərcümə: Strateq.az