XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Fevral 2019 - 12:33

VENESUELADAN CHP-yə VƏ AFRİKAYADƏK UZANAN ƏLLƏR:3 partiya ortaya kürdəsilli yeni lider çıxaracaq; böyük savaş isə Afrikada başlayacaq...

Ergün Diler

“Takvim”, Türkiyə

 

İzmirli olduğum üçün CHP-də çox dostum var. Bu, təbiidir. Daha çox dünya üzərində gücə sahib olanları izləyirəm. Daxili siyasət marağımı elə də cəlb etmir. Lakin bu, baş verən hadisələrə arxamı çevirməyim mənasına gəlmir. Son günlər hara gedirəmsə, qarşıma hər hansı bir formadaCHP çıxır. Şəxslərdən daha çox partiyanın sürükləndiyi yerə baxıram.

Baxarkən gördüklərim ağlıma “Görəsən, CHP-yə toz qondurmayanlar bunları bilirmi?” sualını gətirir. Bir çox adam məsələyə formal baxdığı üçün analiz və mühakimə etmək yetərsizliyi ortadadır.

CHP Atatürkün partiyası deyil. Rəsmi ideologiyanı müdafiə edən və bunun üçün lazım olanı edən partiya heç deyil. Bəlkə Kamal Kılıçdaroğlu bəy də bilmir, ancaq gəlişinin və ya gətirilməsinin səbəbi budur.

Prezidentlik, yəni ikipartiyalı sistem üçün bəzi şeylərin dəyişməsi lazımdır. CHP də bunların başında gələn qurumdur.

Dəniz Baykal bəyin kasetlə getməsi, Kamal bəyin gəlməsi böyük transformasiya üçün lazım olduğuna görə edildi. Edən etdi.

Təbii, Kamal bəy bilməsə də, bu transformasiya davam edəcəkdi. Kamal bəy, Dəniz Baykalın təmsil etdiyi bir çox dəyəri dəyişdirməyə məcbur idi.

Özü anlamasa da, bu, gələcək üçün lazım idi. Bir çox seçkini uduzmasına rəğmən, CHP-dəki transformasiya prosesi durmur, davam edirdi. Bu seçkilərdən sonra da davam edəcək. Burada CHP-nin namizədlərilə bağlı diskussiyalara girib, gərginliyi artırmaq kimi bir niyyətim yoxdur. Ancaq Kamal bəy də, partiya da sona yaxınlaşmaqdadır. Hesab edirəm ki, Kamal bəy üçün biçilən siyasi ömür də tamamlanmaq üzrədir. Çünki CHP-İYİ Partiya-HDP xəttindən yalnız bir oyunçu çıxmalıdır.

HDP-nin daxili siyasətdə düşdüyü vəziyyət ortadadır. Məncə, PKK ilə bağları kəsilməyəcək. Bu səbəblə, yaxın zamanda HDP olmayacaq. Ancaq HDP xəttində olan kürd seçicilər olacaq. Bu kütlə özünü CHP-də, onun daxilində siyasətlə məşğul olarkən tapacaq.

Ortaya klassik CHP-lini, İYİ Partiyalını və HDP-lini təmsil edəcək yeni bir lider çıxaracaqlar. Bu yeni lider kürd əsilli olacaq və müsəlman kimliyi ilə tanınacaq.

Yerli hakimiyyət orqanlarına seçkilərə gedərkən hər kəs bir yerə baxır, bir şey söyləyir. Hansı vilayətin bələdiyyə sədrinin kim olacağı məni heç maraqlandırmır. Amma CHP dəyişəcəksə və ardınca daha iddialı bir hala gələcəksə, bu, önəmlidir.

MHP və İYİ Partiya ikipartiyalı sistemin dəmir nüvələri olacaq. Balans bu milliyətçi səslər üzərində yaranacaq.

Ancaq CHP dəyişəcək. 31 mart, yəqin ki, Kamal bəyin son seçkisi olacaq. Onun daha bir seçki üçün zaman qazanma ehtimalı varmı? Məncə, çox çətin. Çünki region və dünya daxili siyasətdə dəyişikliyi qaçılmaz edir. Dünya dəyişərkən Türkiyə eynilə olduğu kimi qala bilməz. Dəyişiklik başladı. CHP də dəyişəcək. Bambaşqa CHP gələcək.

Prezidentlik sistemilə birlikdə partiya anlayışımız başqa cığıra girəcək. Doğrusu, girdi də. Kamal bəyin ötən günlərdə namizədlər qarşısında etdiyi çıxışına baxın. Rəsmən İngiltərəni qarşısına alaraq danışdı. Kamal bəy, Türkiyənin dünyadakı mövqeyi üçün ABŞ-la birlikdə işləməyi istər kimi, bir durum içindədir. Yəqin ki, onun “YPG-PKK iştahı”nın səbəbi də budur.

Yeni dövrdə yeni hadisələr baş verəcək. ABŞ-ın təsirini görəcəyimiz hadisələr olacaq. Siyasət bundan ayrı düşünülə bilməz. Diqqətli olmaqda fayda var. Hələ VenesuelaMaduro üzərindən gəlməyə çalışarlarsa, niyyətləri əməlli-başlı ortaya çıxacaq.

O da aşkar görünür ki, Venesuela üzərindən irəliləmək istəyəcəklər. Yazdıqlarım bir müddət sonra “ətə-sümüyə bürünər”. Nə isə. Bu qədər daxili siyasət yetər.

Venesuela məsələsini xüsusi qeyd etdim, oradan davam edək. Rotşild ailəsinin Latın Amerikası ölkələrində əldə etdiyi maliyyə gücünün miqyası təəccüblü görünsə də, bu, 50 illik işin uğuru idi. Peru, Boliviya, Haiti, Honduras və Qvatemala Kanada üzərindən Rotşild ailəsinə borclu düşdü. Rotşild ailəsinin Venesuela məsələsində də İngiltərə və Kanada üzərindən həmlələr etməsinin ortaya çıxması Pentaqonu hərəkətə keçirdi. Və Venesuelaya yönəlik əməliyyatın həyata keçirilməsi tarixi önə çəkildi. Çünki ABŞ Peru, Boliviya, Haiti, Honduras və Qvatemalada çevrilişlər təşkil edərkən, əslində, bunların hamısının Rotşild ailəsinin maliyyə əməliyyatı olduğunu görə bilmirdi. Planlar o qədər qüsursuz işlənmişdi ki, MKİ-nin üzdə görünən qələbəsi, əslində, böyük bir məğlubiyyət idi. Vaşinqton, Kanadanın regionda təsirli olmasını, çevriliş edilən ölkələrdəki maliyyə gücünü artırmasını, mədənlərə əl qoymasını, nəticə etibarilə, ortaqlıq kimi dəyərləndirirdi. Bəli, görünüşə görə, ortaqlıq var idi, lakin nəticə Vaşinqton üçün böyük bir itki idi.

İndi hər kəs kimin nə etdiyini bilir. Həqiqi böyük müharibə Afrikada olacaq. Afrikada Fransanın güclü olduğunu bilməyən, təsirinə laqeyd qalan yoxdur. Vaşinqton bu gücü azaltmaq üçün qərar verdiyi andan Fransa üçün çətin günlər başladı. Fransada terror hücumlarının başladığı tarix Pentaqonun Afrika üçün qərar verdiyi tarixlə eynidir. Ancaq indi bir çətinlik yaranıb. Rus özəl hərbi birlikləri hesab edilən, lakin iş metodları tamamilə Blackwaterlə eyni olan Wagner Group (“Vaqner qrupu”) da Afrikadadır. Rotşild ailəsi, Afrikada ABŞ-ın nəzarətində olan bölgələri də “Vaqner qrupu” ilə almaq üçün əməliyyat keçirilməsi haqqında qərar alıb.

Yalnız 18 ay içində “Vaqner qrupu”nun 26 000 üzvü Afrikanın müxtəlif bölgələrinə yayıldı. Hazırda Vaşinqtonun nəzarətində olan Nigeriya üçün sıxıntılı durum ortaya çıxmaq üzrədir. ABŞ-ın Afrika planı üçün Nigeriya nefti vazkeçilməz dərəcədə önəmlidir. Nigeriyanın “Vaqner qrupu” ilə tanış olması üçün sayılı günlər qaldı.

“Vaqner qrupu” kamuflyaj geysə də, hər hansı bir ölkənin ordusuna bağlı deyil (Əslində, Rusiya “dərin dövlət”inə bağlıdır – red.). Uniformalarında hər hansı bir ölkənin bayrağından əsla istifadə etmirlər. “Vaqner qrupu” yeni yaradılarkən üzvlərinə, yəni döyüşçülərinə 2000 dollar ödədiyi halda, bu gün bu rəqəm 6000 dolları keçib. Müxtəlif ölkələrdən gələn və “Vaqner qrupu”nun uniformasını geyən döyüşçülər istənilən ölkədə tapşırıq yerinə yetirmək üçün hazır vəziyyətdə gözləyirlər.

Mağaralarda yaşaya bilən, ən ağır ərazi şərtlərində belə, 100%-lik müvəffəqiyyətlə uğura nail ola bilən “Vaqner qrupu”nun döyüşçülərini Blackwater döyüşçülərindən ayıran detal, bugünədək onların hər hansı bir qanlı hücumun içində olduqlarına dair məlumatın sızmamasıdır.

Vaşinqton, Fransanı Afrikadan çıxarmaq istəyərkən, bir anda “ABŞ-sız Afrika”nın ortaya çıxmasından qayğılanır.

Afrika qitəsi həmişə dəyərli olub. Bu dəyər Fransa ilə birlikdə daha da artdı. Afrikadan aldığı güclə Avropada idarəçilk formalarına qərar verən ölkə durumuna gələn Fransa, ABŞ üçün böyük risk təşkil edir.

ABŞ üçün yalnız Fransa deyil, Almaniya, Venesuela, Küveyt, Türkiyə, hətta MərakeşTunis də risk təşkil edir. Çünki bu ölkələr Vaşinqtonun 100 illik planına hələ də qarşı çıxan ölkələrdir. Bu səbəblə, hər bir ölkənin əldə edəcəyi anlaşmalar cox önəmlidir.

BƏƏ bəzi məsələlərlə bağlı tərəddüd etdiyi üçün ciddi şəkildə xəbərdarlıq aldı. Hazırda BVF-in ən güclü pul kassası olub. Dubayda keçirilən World Government Summitə (“Dünya hökuməti sammiti” – red.) gedən və BƏƏ-dən olan şeyxləri qarşısında oturdan BVF direktoru Laqard, onları üstüörtülü təhdid etdi. O, BVF-nin çətinliyə düşdüyü yerlərdə BƏƏ ilə birlikdə digər Körfəz ölkələrindən dəstək istədi. Təbii, bu, diplomatik istək idi. Bunun altındakı gizli mətn isə, “İstədiyimiz qədər pul verəcəksiniz” oldu. BƏƏ bu durumdan narahat olsa da, bu gün onun ABŞ-ın tələblərini yerinə yetirməkdən başqa çarəsi yoxdur. Ona görə də Vaşinqton, BƏƏ məsələsinə görə olduqca rahatdır və dominantlıq edir.

BVF bəzi Afrika ölkələrini hədəf seçərkən, “Fransız direktor Laqard, Fransanımı küncə sıxışdıracaq?” sualını da unutmamaq lazımdır.

Laqard Fransa vətəndaşıdır, lakin “Vaşinqton ağlı” ilə düşünür və hərəkət edir. Əgər hər hansı bir BVF rəhbəri Vaşinqtondan ayrı düşünərsə, ona sabiq rəhbərlərin taleyini xatırlatmaqda heç çətinlik çəkməzlər.

Sonda qeyd edim ki, iki güc bir-birilə savaşarkən bu, Türkiyə daxilində də yaşanacaqdır. Venesueladan CHP-yədək…

Tərcümə Strateq.az-ındır