XƏBƏR LENTİ

03 Mart 2021
02 Mart 2021

Digər Xəbərlər

17 Fevral 2019 - 19:40

RÜSTƏM İBRAHİMBƏYOV BAKIYA QAYITDI –Bir cənub şəhərində dostlarla qeyd edilən 80 illik yubiley... (FOTOLAR)

Tanınmış ziyalı, kinorejissor Rüstəm İbrahimbəyov 80 illik yubileyini keçirmək üçün Bakıya gəlib.

Strateq.az xəbər verir ki, bu barədə rejissor Əli İsa Cabbarov sosial şəbəkədəki hesabında bildirib.

Onun restorandan keçirilən ziyafətdən paylaşdığı fotoda Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, professor Qulu Məhərrəmli, kinorejissor Tahir Tahiroviç, şair Baba Vəziroğlu  və başqa tanınmış şəxslər də yer alıb. 

Qulu Məhərrəmli Strateq.az-a açıqlamasında R.İbrahimbəyovun Bakıya döndüyünü təsdiqləyib.

Xatırladaq ki, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov 2013-cü il prezident seçkilərində iştirak qərarından sonra Azərbaycana qayıtmaqdan imtina etmişdi.

Onun barəsində hər hanası cinayət araşdırması olmasa da, İbrahimbəyov həbs təhlükəsini nəzərə alıb Azərbaycana gəlmədiyini bildirmişdi.

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə