XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

30 Aprel 2015 - 11:50

Müdafiə Sənayesi Nazirliyi: Ölkədə barıt və trotil zavodu tikilir – RƏSMİ AÇIQLAMA

barit.jpg

Müdafiə Sənayesi Nazirliyi bir sıra vergidən azad oluması ilə bağlı hökümətə təklif verib

Azərbaycanda müdafiə sənayesinin fəalliyyətinin stimullaşdırılması məqsədi ilə bəzi təkliflər hazırlanıb.

Strateq.az bildirir ki, bunu AZERİ DEFENCE-ə müsahibəsində müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazirin sözlərinə görə, təkliflər sırasında müdafiə sənayesi müəssisələrinin bəzi vergilərdən azad edilməsi də yer alır.

“Bu istiqamətdə biz hökumətə təkliflər vermişik. Təkliflərimizdə əmlak vergisi, torpaq vergisi və əlavə dəyər vergisi ilə bağlı güzəştlərin tətbiq edilməsi var. Yəqin ki yaxın zamanlarda buna nail olacağıq”, – deyə nazir vurğulayıb.

Nazir Azərbaycanda snayper tüfəngləri üçün döyüş sursatlarının istehsalı istiqamətində layihənin həyata keçiriləcəyini də bildirib: “Bu sursatların istehsal xəttinin alınması, qurulması və istehsalı ilə bağlı təkliflər tərəfimizdən hökumətə təqdim olunub. Düşünürəm ki, növbəti ildən bu layihəni həyata keçirməyə başlayacağıq. Yeri gəlmişkən, qeyd etmək istərdim ki, bütün bunlarla yanaşı Azərbaycanda döyüş sursatlarının istehsalında istifadə olunan barıt, trotil və heksogen zavodlarının tikintisi işləri aparılır. 2016-cı ilin sonuna hər üç zavod işə düşəcək və bundan sonra sursat istehsalında xammal baxımdan da heç bir ölkədən asılı olmayacağıq”.