XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

19 Fevral 2019 - 14:09

KÜRƏKƏNDƏN REGİONU QARIŞDIRACAQ DAHA BİR ADDIM:Səudiyyə Ərəbistanının nüvə silahı əldə eməsinin yolu açılır

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 18 fevral 2019-cu il

 

Vaşinqton, ABŞ-ın Səudiyyə Ərəbistanının atom elektrik stansiyası tikməsi fikrinə qarşı çıxmayacağı və hətta bunu dəstəkləyəcəyi barədə gedən söhbətlərlə çalxalanır.

Ölkə hakimiyyətinin verməyə çalışdığı bütün təminatlara rəğmən, şəhərdə bunun dinc məqsədlə istifadə edilməklə qalmayacağı, nüvə silahının işlənib hazırlanmasına qədər gedib çıxacağı şübhəsi də hakimdir.

 

Konqresin reaksiyası

 

Həqiqətən, Konqresdə hər iki partiyanın iştirakı ilə qurumun hadisələrin belə bir inkişafına qarşı olduğunu və iqtidarın da buna izin verməməli olduğunu anladan açıqlama verildi.

Regionumuzda İranla Səudiyyə Ərəbistanı arasında böyük bir müharibə çıxmasını qızışdıracaq bu təhlükəli addımı atmağa Trampın nəyə görə girişdiyini anlaya bilmək üçün bu hakimiyyətin İsraillə pərdə arxasında qurmuş olduğu şübhəli əlaqələri anlamaq lazımdır.

 

Şübhəli əlaqələr

 

Vaşinqtonda deyirlər ki, hadisələrin bu istiqamətdə inkişaf etməsinin pərdə arxasında Prezident Trampın kürəkəni Cared Kuşner dayanır.

Cared Kuşnerin atası İsrail Baş naziri Benyamin Netanyahunun yaxın dostudur. Onlar o qədər yaxın dostdurlar ki, Netanyahu ABŞ-a xüsusi ziyarətlərə gələrkən Kuşnerlərin Nyu Cersidəki evlərində qalır. Hətta onun Cared Kuşnerin köhnə yataq otağında yatdığı da məlumdur.

Bu yaxın dostluq münasibətlərinin olduğunu bilən Tramp, prezident seçilər-seçilməz, İsraillə münasibətləri və Orta Şərq siyasətini koordinasiya etməsi üçün kürəkənini vəzifəyə təyin etdi.

 

Məhəmməd bin Salman

 

Kürəkən bəy Netanyahu ilə bərabər, Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi Məhəmməd bin Salmanla da çox yaxın dostdur. Onların, demək olar ki, hər gün WhatsApp vasitəsilə mesajlaşacaq qədər yaxın dost olduqları məlumdur.

İsrailin regionumuza yönəlik aqressiv siyasətində Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq etməsinin arxasında Cared Kuşnerin və həyat yoldaşı İvanka Trampın olması qətidir.

Tramp administrasiyası İrana yönəlik aqressiv siyasətini Kuşnerin verdiyi təminatlara güvənərək həyata keçirməkdə və Səudiyyə Ərəbistanı ilə İsrailin İrana qarşı birlikdə hərəkət edəcəyinə güvənməkdədir.

Doğru olmadığı məlum olduğu halda, İranı nüvə sazişinə əməl etməməkdə ittiham edərək ona qarşı ağır embarqolar tətbiq etməsinə baxmayaraq, Səudiyyə Ərəbistanına nüvə silahı əldə etməyin yolunu aça biləcək addımların atılmaq istənməsinin arxasında bu cür şübhəli əlaqələr dayanır.

Tərcümə Strateq.az-ındır