XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

19 Fevral 2019 - 20:28

Kremldən asılı daha bir müştəri:RUSİYA AFRİKA QİTƏSİNİN KLEPTOKRARTİK REJİMLƏRİNƏ NİYƏ MARAQ GÖSTƏRİR?

Əzim İbrahim

“Əl-Ərəbiyyə”, 18.02.2019

 

Xartumda Ömər əl-Bəşir rejimi, keçən ilin sonunda ölkədə dəhşətli və pisləşən iqtisadi vəziyyətlə bağlı xalqın etirazları başlayandan, getdikcə daha kövrək görünür.

Bu, Fransada “sarı jiletlilər” kimi, yalnız dövlətdən narazılıq deyil. Etirazçılar, köhnə hökumət səlahiyyətliləri də daxil olmaqla, əhalinin geniş və fərqli qismini təmsil edirlər. Hərəkətat ölkənin idarəçiliyini də üzərinə götürməyə qadirdir – bu, yaxınlaşan inqilabdır.

Bəzi yeniliklər Bəşirə gecə rahat yatmağa imkan verəcəkmi?

Kreml mövcud rejimə dəstək olmaq üçün sıraya durub. Media hesabatlarına görə, rusdilli muzdlular, ehtimal ki, “Wagner” qrupu və ya bənzəri, Sudan hökumətinə küçə etirazlarına yatırmaqda kömək edir.

Amma nə üçün Putin başqa bir vətəndaş müharibəsinə maraq göstərir?

Güman ki, Kreml bu münaqişənin tez həll olunacağını düşünür.

Rusiya artıq təhlükəli dərəcədə gərginləşir və Putin bunu bilməlidir. Yəqin ki, onun hesablamalarına görə, şübhəli aktivlər vasitəsilə sürətlə müdaxilə etmək, Xartumda rejimi gücləndirmək kifayətdir.

Üstəlik, əgər bu qambit uğur qazanarsa, Putin Rusiyanın Afrika işlərində rolunu yenidən bərpa edəcək. Bu, amerikalıların keçmişdə istehza etdiyi kimi, Rusiyanın qlobal güc mövqeyini bərpa etmə nostaljisi deyil.

Minerallarla zəngin “Afrika döyüşü”nü udmaqla, Kreml onların Qərb və Çinə ixracına nəzarət əldə edəcək.

Rusiya nüfuzunu Afrikaya yayarkən, başqa bir müharibə canisini dəstəkləməklə, öz beynəlxalq nüfuzuna zərbə vurur. Amma uğur halında, Afrikanın digər problemli rejimləri də Moskvaya maraq göstərəcək. Maliyyə böhranları yaşandığı bir vaxtda, Kreml qitədə həssas kleptokratik rejimlərin dəstəklənməsindən qazanc əldə edə bilər.

Bəşirin də başqa seçimi yodur. Cənubi Sudana separatçı müharibə zamanı onun hərbi cinayətləri və soyqırımına görə Beynəlxalq Məhkəmə tərəfindən axtarıldığı üçün evdən bayıra çıxa bilmir.

O, iqtidarı itirərsə, bu, sonudur. Məhz bu, onu Kremldən asılı müştəri edir. Rusiya bundan əsla məyus deyil.

Tərcümə: Strateq.az