XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

21 Fevral 2019 - 10:51

ERMƏNİSTAN AVROATLANTİKA İSTİQAMƏTİNDƏ FƏALLAŞIR –Yerevan Qərblə təmaslarda da Azərbaycanı üstələməyə can atır - TƏHLİL

“1in.am”, Ermənistan, 19 fevral 2019-cu il

 

Sloveniyanın sabiq prezidenti Danilo Tyurk Yerevanda bəyan edib ki, Avropa Birliyinin sizə ora getmənizi və tələb etmənizi təklif etməsini gözləməyin. Avropalı keçmiş vəzifəli şəxs faktiki Ermənistan hakimiyyətinə Avropaya yönəlik siyasətdə daha aktiv olmağı təlqin edir.

Sloveniyanın sabiq prezidentinin bu çağırışı xüsusilə ona görə mühümdür ki, o, yəqin, Köhnə dünyadakı münasibətlər sistemini yaxşı təsəvvür edir və buna uyğun olaraq Yerevana işarə edir ki, əgər gözləsəniz, orada sizə növbə çatmayacaq, çünki Avropa ehtiyatları uğrunda rəqabət çox yüksəkdir.

Xüsusilə nəzərə alınmalıdır ki, Ermənistanla bağlı, əlbəttə, əlavə bir çağırış – Azərbaycan da var. Azərbaycan Avropanı, özü üçün olmasa da, Ermənistana mümkün qədər maneçilik törətmək üçün, ehtiyatlarla doldurmağa cəhd edir.

Şübhə etməməliyik ki, xüsusən “məxməri inqilab”dan sonra Azərbaycan bu məsələdə çox səy göstərəcək. Ermənistanın “məxməri inqilab” hesabına əldə etdiyi siyasi-sivilizasiya üstünlüyünü neytrallaşdırmaq üçün bu səylər, təbii, Avropanı mümkün olduqca daha çox ehtiyatla təmin etmək adı altında göstəriləcək.

Ermənistan hakimiyyəti son dövrdə AB istiqamətində aparılan işi “məxməri inqilab”dan sonrakı ilk aylara nisbətən, nəzərəçarpacaq dərəcədə canlandırıb. Digər tərəfdən, aylarla verilən bu fasilə yeni, eyni zamanda tam formalaşmamış hakimiyyətin tamamilə anlaşılan digər problemlərilə şərtlənirdi. İndi buraxılan zamanın yerini doldurmaq lazımdır. Bu nöqteyi-nəzərdən, Baş nazir Nikol Paşinyanın Almaniya səfəri, eyni zamanda AB üzvü olan 16 ölkənin xüsusi səfirlərinin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Ermənistana səfər etməsi mühüm və əlamətdardır. Martın əvvəlində Ermənistanda keçiriləcək NATO həftəsi də mühüm əhəmiyyət kəsb edəcək.

Ermənistanın Avroatlantika istiqamətində aktivləşməsi, bu mənada, gözəçarpacaq dərəcədədir. Lakin mühümdür ki, bu, yalnız yaranmış vəziyyətə uyğun bir hal olmasın, fraqmental xarakter daşımasın. Burada Avropanın diplomatik dairələrilə daha intensiv təmaslara imkan verən parlament diplomatiyası, təbii, həddindən artıq mühüm əhəmiyyət kəsb edəcək.

Ancaq burada hər şeydən mühüm olanı, əlbəttə, Yerevanla Brüssel arasındakı dərin strateji təsəvvürlərin ümumiliyidir. Eyni zamanda bir mühüm şərt – Brüsselin AB olmadığı və ya çoxdan bütün AB olmadığı da nəzərə alınmalıdır. Və bu mənada, əlbəttə, Ermənistan üçün sahib olduğu AB strategiyasına həlledici əhəmiyyət kəsb edən ikitərəfli münasibətlər strategiyasını əlavə etmək həddindən artıq vacibdir.

Bu planda çox vacibdir ki, Yerevan Baş nazir Nikol Paşinyanın Almaniya səfəri ilə kifayətlənməsin və yaxın dövrdə digər mühüm Avropa ölkələrinə də, heç olmasa xarici işlər naziri səviyyəsində səfərlər təşkil edilsin. Bu, hazırkı dəyişikliklər dövründə, yeni Avropa Parlamentinin seçiləcəyi və faktiki Avropa hökumətinin formalaşdırılacağı bir vaxtda Yerevana bir tərəfdən Avropanın nəbzini tutmaq, digər tərəfdən də Azərbaycana mane olmaq kimi ən mühüm vəzifəni yerinə yetirmək imkanı verəcək.

Nəhayət, bizim vəzifəmiz Avropada “özümüz olmaq” (Ermənistanın xristian kimliyi, Avropa ilə eyni dini-mədəni kimliyə sahib olması nəzərdə tutulur – tərc.) və bununla Azərbaycandan faktiki fərqlənmək olmalıdır.

Biz demokratiyanın səviyyəsilə və ya ağ və qara, yaxşı və pis kimi deyil, “özümüz olmaq”la, qarşıya Azərbaycan üçün faktiki mümkün olmayan vəzifə qoymaqla fərqlənməliyik. Belə ki, onlar yaxşı olmaqla və ya bir qədər “ağarmaq”la çıxış yolu, metodu tapa bilərlər, lakin Yerevanın “özü olması” planında təbii, dərin üstünlüyü var. Və bundan istifadə edilməlidir.

Tərcümə Strateq.az-ındır

 




Yuxarı Əvvələ Ana Səhifə