XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

25 Fevral 2016 - 17:48

İcarəyə götürülmüş terror:ABŞ və Rusiya kimi kimdən xilas edir? – TƏHLİL

puitn oba

 

ABŞ və Rusiya Suriyadkı böyük fəlakət və bölgədə terrorizmin yayılmasına görə məsuliyyət daşıyır. Onlar İranla İsrail arasında Təl-Əvivin maraqlarına xidmət edən kürd dövləti yaratmaq istəyir.

 

Onlar əvvəllər donanma ilə kobud basqı göstərib öz imperiya təcavüzkarlıqlarını büruzə verirdi. İndi isə öz əlləri ilə radikal terrorçu qruplar yaradır və onları Yaxın Şərqi tikə-parça edən azadlıq mübarizləri qismində təqdim edirlər.

 

Ankaradakı son teraktın icraçılarını – qatilləri II Dünya savaşı dönəmndə müttəfiqlərə qarşı intiharlı hücumlar edən yapon təyyarəçi kamikadzelərinə bənzədirlər. Onlar banditlərə məsumluq və qanunilik şamil edirlər. O qədər alçalıblar ki, terror və terrorçular kimi rüsvayçı üsula girişiblər.

 

ABŞ-ın Vyetnamda yaşanmış rüsvayçılıqdan sonra Əfqanıstan və İraqda məruz qaldığı itkilər Vaşinqtonun öz marağının xilası naminə ayrı-ayrı ərazilərdə hərbi işğallara həvəsini öldürür.

 

Və buna görə də Rusiyanın Suryadakı işğalına qarşı əməliyyat əvəzinə, Moskva ilə dil tapmağa və  terrorçu təşkilatlardan istifadəyə üstünlük verir. Onların qayğısı hərbi ekspansiya nəticəsində meydana çıxan böyük maliyyə çətinlikləri və nüfuz dairəsinin genişləndirilməsidir.

 

Soyuq müharibə dövründə Amerika xarici siyasətinin strategiyası hərbi güc tətbiqi ilə “dövrələmə və cilovlama” kimi müəyyən olunurdu. Hazırda deyilir ki, ekspansionizm və müstəmləkəçilik dövründən çıxmış bu “güclə əzmək və sonra nəzarət” strategiyasını vətəndaş iştirakı və ölkə daxilində rufahın yüksəldilməsi siyasəti sıxışdırır. İddia olunur ki, öz maraqları xatirinə digər ölkələri əzən, tabe edən və onları qüvvə ilə inandıran Amerikanın yerini yeni dövrdə öz gücünün həddini anlayan və beynəlxalq münaqişələrdən yayınan Amerika tutur.

 

Ona oxşayır ki, Berlin divarının çöküşünə məruz qalan və indi müdafiəyə ehtiyacı olan Sovetləri qurban qismində təsəvvür edəsən. Qarşımızda sanki iki silsilə qatillər durub və şərti qurtulma ilə azadlığa çıxır və tezliklə xatırlayırlar ki, haradan gəliblər.

 

Amerika hələlik məsumluq oyunu oynayınca iqtisadiyyatı çat verən Putin Suriyada Ukrayna və Krım təcrübəsini təkrar etməyə cəhd edir. Onun hədəfi Rusiyadakı iqtisadi böhranı ört-basdır etmək və rusiyalıların küçələrə çıxmasına yol verməməkdir. O, təkcə terrorçu qurumları altdan-altdan yemləməklə kifayətlənmir. Eyni zamanda İrandan istifadə edib yerüstü və hava əməliyyatları ilə Suriyaya zülm edir. Bu, ABŞ-ı qətiyyən narahat etmir, çünki ruslarla əlbirdir.

 

ABŞ-ın acı İraq və Əfqanıstan təcrübəsində ütülümş və rinqə dəsmal atmış müdafiə naziri Robert Geyts 2011-ci il feralın 25-də ABŞ Vest Poynt hərbi akademiyasının kursantları qarşısındakı çıxışında bildirirdi: “Bundan sonra ABŞ prezidentinə hansısa bir ölkəyə rejimi dəyşməkdən ötrü qoşun göndərməyi təklif edən gələcək hər bir müdafiə naziri mütləq psixi sağlamlıq ekspertizasından keçməlidir”.

 

ABŞ Dövlət Departamentinin Ankarada hərbi xidmət avtomobillərinin partladılmasının arxasında YPG üzvlərinin durduğu faktına etinasızlıq göstərən təmsilçisi Con Kirbi Türkiyədən Suriya rejimi və YPG-i  bombalamağı dayandırmağı tələb etdi. YPG-ni açıq şəkildə müdafiə edən ABŞ-ın bundan sonra yeni işğal strategiyası terrorçu təşkilatlardan yararlanmaqdır.

 

Birincisi, bu, daha ucuz yoldur, ikincisi, nə üçün ABŞ ictimai rəyi öz prezidentini həlak olmuş əfqanlara, iraqlılara, suriyalılara görə cavabdehliyə çağırmalıdır?

 

Aydndır ki, ABŞ-ın başçılığı ilə Qərbin Suriyadakı facicəyə son qoyacaq müdaxiləsini gözləmək utopiyadır. Xarabazarlığa dönmüş, son 70 ildə ən böyük fəlakəti, həmçinin yarısı qaçqın düşmüş 12 milyon insanın faciəsini yaşayan ölkədə – Suriyada 400 min adamın həlakını izah edən həqiqət ABŞ prezidenti Karterin Milli Təhlükəsizlik üzrə müşaviri Zbiqnev Bjezinskinin sözlərində ehtiva olunub.

 

“Təəssüflənmirsniz ki, radikal terrorçu qruplar yetişdirmisiniz?”- sualına Bjezinski belə cavab verib: “Nəyə təəsüflənməliyəm? Sovetlərin iflasına? Talibana? Ya bir ovuc qızışdırılmış müsəlmana?”

 

Hikmət Köksal

"Turkiye gazetesi" (Türkiyə), 25.02.2016




Yuxarı Əvvələ Ana Səhifə