XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

04 Mart 2015 - 12:26

DİN daha bir təhlükəli cinayətkar dəstəni zərərsizləşdirdi – (Fotolar)

deste.jpg

Daxili İşlər Nazirliyi (DİN) və prokurorluq orqanlarının əməkdaşları mütəşəkkil dəstənin daha dörd üzvünü saxlayıblar.

Strateq.az DİN-ə istinadən bildirir ki, bir müddət əvvəl xəbər verildiyi kimi respublikanın hüquq-mühafizə orqanları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq-əməliyyat tədbirləri ilə ölkə ərazisində bir sıra ağır cinayətlər, o cümlədən quldurluqlar, oğurluqlar törətməkdə, ötən il noyabrın 24-də Qəbələ şəhər sakini, iş adamı Vahid Vahabovu odlu silahla qətlə yetirməkdə, həmçinin, vətəndaşlara ağır xəsarətlər yetirməkdə, onlara məxsus avtomobilləri qaçırmaqda şübhəli bilinən daha bir təhlükəli mütəşəkkil cinayətkar dəstə ifşa edilib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri Nurəddin Xəlilov, Müşfiq Mikayılov, Zaur Əliyev və Pərviz Şıxəliyev həbs olunublar. Saxlanılarkən onlardan və axtarış zamanı yaşadıqları mənzillərdən xeyli miqdarda odlu və soyuq silah-sursat götürülüb.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən istintaq hərəkətlərinin, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, həmin cinayətkar dəstənin daha 4 üzvü – Xəlil Məmmədov, Rəşad Səfəralıyev, Şakir Məmmədov və İlqar Abdullayev tutularaq məsuliyyətə cəlb olunublar. Bu şəxslərə məxsus evlərə baxış zamanı da 5 ədəd əl qumbarası, 1 tapança, 160 müxtəlif çaplı patron tapılaraq götürülüb və müvafiq qaydada sənədləşdirilib.

Mütəşəkkil dəstənin digər üzvlərinin tapılıb tutulmaları, onların başqa cinayətlərdə iştiraklarının müəyyənləşdirilməsi istiqamətində zəruri əməliyyat – axtarış və istintaq tədbirləri davam etdirilir.