XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

25 Fevral 2019 - 13:45

Baş naziri Riyadın qucağından götürmüş ötkəm general –SƏUDİYYƏ ŞAHZADƏSİNİN PAKİSTANA SON SƏFƏRİ NİYƏ FƏRQLİ İDİ?

Kamal Aləm

“Middle East Eye”, 22.02.2019

 

İqtidara gələndən bəri Pakistan baş naziri İmran Xan BƏƏ və Səudiyyə Ərəbistanını hökumətinin “iqtisadi diplomatiya” adlandırdığı strategiyasının mərkəzinə qoyub.

Pakistan ölkəni iqtisadi böhranın astanasına gətirmiş onilliklərdlə davam edən endemik korrupsiya və feodal-sülalə siyasətindən əzab çəkir.

Beləliklə, Səudiyyə Ərəbistanı Krallığı şahzadəsi Məhəmməd bin Salmanın (MBS) səfəri yalnız ikitərəfli əlaqələr üçün deyil, eyni zamanda, Pakistanın Yaxın Şərqdəki rolu üçün strateji ziyarət kimi görülməlidirmi?

Cavab Pakistan ordusunun Baş Qərarhgah rəis general Qamar Cavid Bacvanın Yaxın Şərq, xüsusilə Səudiyyə Ərəbistanı və BƏƏ ilə münasibətlərində gizlənib.

 

Səudiyyə-Pakistan əlaqələrinin qısa tarixi

 

Səudiyyə Ərəbistanının sabiq xarici işlər naziri Adil əl-Cubeyrin sözlərinə görə, Riyad həmişə Pakistanın daxili işlərində fəal iştirakçı olub.

Onilliklər boyu analitiklər və siyasətçilər Pakistanda Səudiyyə rolu barədə yazıb və onların hərbi tərəfdaşlığına diqqət yetirdiblər. Səudiyyə kəşfiyyatının sabiq şefi şahzadə Turki bin Feysəl ikitərəfli əlaqələrin dünyada heç bir rəsmi müqaviləsi olmadan ən yaxşı münasibətlər olduğunu açıqlayıb.

Bu, keçmişdə problemin yarandığı yerdir: Pakistanın hərbi və mülki liderləri uzun müddət Səudiyyə səxavətindən faydalanıblar. Sabiq prezident Pərviz Müşərrəf fərdi qaydada güzəştlər və maliyyə mükafatları aldığını etiraf edib və səudilər pakistanlı liderlərin korrupsiyaya yoluxmasından yaxşı xəbərdardır.

Məhz buna görə səudilər Pakistanda hərbi idarəçiliyə həmişə isti yanaşıblar, amma keçmiş generallar Pakistanın işinə kömək etməkdən daha çox şəxsi gəlirləri barədə düşünüblər.

Amma Səudiyyə tərəfindən maliyyələşdirilən “Müsəlman NATO-su”na baş katib kimi Rahil Şərifin təyin edilməsi ittifaqın qərəzli xarakteri, İndoneziya, İran, Əlcəzair və İraq da daxil olmaqla, əsas müsəlman ölkələrin yoxluğu nəzərə alınaraq, Pakistanda narazılıq doğurub.

 

Niyə bu fərqli səfər idi?

MBS-in İslamabadda son səfərinə qədər var olmayan əsas aspekt “strateji” termini idi. Son səfərdə Cubeyr vurğulayıb ki, Səudiyyə Ərəbistanının indiyədək olan xərcləri xeyriyyə deyil, daha çox investisiyadır. Bu mütərəqqi yanaşma əvvəlki əlaqələrdən əhəmiyyətli bir keçiddir.

Səfərindən öncə aparıcı Səudiyyə eksperti Məhəmməd əl-Süleyi bir heyətə rəhbərlik etmişdi. İlk dəfə Pakistanla bağlı təcrübəsi olan alimlər, keçmiş səfirlər, generallar və b. İslamabada təşrif gətirmişdi. Strateji əlaqələr qurulacağı onda söylənib.

Analitik İbrahim əl-Sulami də Pakistan-Səudiyyə əlaqələrinin tədricən stratejiyə keçdiyini iddia edərək, bu barədə ötən il yazmışdı. Bunun səbəblərindən biri, Sulaminin vurğuladığı kimi, Cavid Bacvanın müdafiə diplomatiyasıdır.

 

Yanaşmanın dəyişdirilməsi

 

Pakistanın 2015-ci ildə Yəmən qarşıdurmasında iştirak etməməsi Səudiyyə Ərəbistanı və BƏƏ-də həyəcan doğurub. BƏƏ hətta Pakistanın “qeyri-müəyyən mövqeyi”nə görə “əvəz” ödəyəcəyini deyib və Expo-2020 üçün İslamabad Türkiyənin lehinə səs verdiyi zaman Pakistanla bağlı əks-media kampaniyasına rəhbərlik edib.

Bacvanın 2016-cı ilin noyabr ayında vəzifəyə gəlməsindən əvvəl BƏƏ Hindistana yaxınlaşıb və hətta hərbi paradında iştirakı üçün əsgərlərini Hindistana göndərib.

BƏƏ və Səudiyyə Ərəbistandakı məntiq “biz Pakistanlılara pul ödəyirik, ona görə də dəstək almalıyıq” idi. Bu, dövlətin maraqlarını Səudiyyə rəhbərlərinə peşkəş etməmənin ilk nümunəsi idi.

2015-ci ildə Səudiyyə rəsmiləri bildiriblər ki, Pakistanın Yəmən qərarına kifayət qədər əsas gətirilməyib. Bacva sonradan Riyad və Əbu Dabiyə kömək göstərməyə hazır olduğunu, lakin strateji məhdudiyyətlərə məruz qaldığını izah edərək, qəribə diplomatiya missiyasına imza atıb.

Onun sözlərinə görə, Pakistan iki Körfəz ölkəsini müdafiə edəcək, amma İranla proksi savaş və ya Qətərin blokadasında iştirak etməyəcək.

Bacvanın dövründə Qətər əmiri ordusunun gücləndirilməsi və regional məsələlərdə müsbət rol oynadığına görə Pakistan ordusuna açıq şəkildə təşəkkür edib. Əmir Əfqanıstan üzrə sülh danışıqlarında ikitərəfli əməkdaşlıq və Səudiyyə blokadasından açıq danışıb.

 

Strateji və bərabər hüquqlu tərəfdaş

 

Körfəz qoşunları ilə dost olan Pakistanın generalı İrana rəsmi səfər etmiş ilk Pakistan ordusu şefi olub və strateji müdafiə əlaqələrinə çağırıb. Siyasi-diplomatik və hərbi dairələrdə Bacva haqqında mövcud rəy budur ki, o, MBS-dən möhlət istəyib və Körfəz gərginliyini azaltmaqda rol oynayacağını açıq şəkildə şahzadəyə söyləyib.

Beləliklə, keçmişdən fərqli olaraq, İmran Xan və Bacva bərabər hüquqlu tərəfdaş olublar.

Xanı MBS-in qucağından çıxaran, Pakistan-Səudiyyə Ərəbistanı, Pakistan-BƏƏ arasındakı əlaqələri sıfırlayan adam Bacvadır. O, Yaxın Şərq münaqişəsində vasitəçi deyil, Pakistanı strateji və bərabər hüquqlu tərəfdaş edib.

Səudilər İslamabaddan İranı qınadıqda belə, Pakistanın mesajı Tehranla əməkdaşlıqdır. Pakistan-Səudiyyə əlaqələri strateji ölçüyə sahibdir, lakin Pakistanın bölgədəki digər dövlətlərlə əlaqələrini təslim etmir.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə