XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

26 Fevral 2019 - 11:02

CAVAD ZƏRİFİN İSTEFA MƏKTUBU:vəfasızlıqdan şikayətlənən XİN-in sabiq rəhbəri nəyə eyham vurub?

“Əl-Monitor, 26.02.2019

 

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif  “Instagram”-dakı postunda vəzifəsindən istefa verdiyini açıqlayıb. O, “xidmətimdə olan bütün nöqsanlara” görə üzr istəyərək, “əziz və şərəfli İran xalqına son 67 aya görə” təşəkkür edib.

Zərif nüvə danışıqları boyu İran diplomatiyasının başlıca siması olub və sonralar Qərblə əlaqələri ucbatından sərt tənzimçilərin şiddətli tənqidi ilə qarşılaşıb.

Prezident Həsən Ruhani tərəfindən hələ qəbul edilməyən Zərifin istefası Suriyanın dövlət başçısı Bəşər Əsədin xarici işlər naziri olmadan Tehrana səfəri ilə eyni vaxta təsaüf edib. Bu, Zərifin təsirini itirməsinə dair dedi-qodulara səbəb olub.

Etibarlı mənbələr “əl-Monitor”a bildirib ki, XİN-ə Əsədin səfəri barədə məlumat verilmədiyinə, Suriya liderinin Ruhani ilə görüşünə buraxılmadığına görə Zərif qəzəblənib v bunu şifahi ifadə edib.

Göründüyü kimi, qırılma İran prezidenti ilə fikir ayrılığı ilə bağlıdır.

“Entexab” xəbər saytının yazdığına görə, Zərif Əsədlə görüşdə kənarda qaldıqdan və rəsmi fotoşəkillərdən “itkin düşdükdən” sonra “dünyadakı etibarsızlıq”dan şikayətlənib.

“Zərifin istefasının arxasında duran əsas səbəb aydındır: Ruhani ilə yanaşı, Əsədlə görüşdə onun yoxluğu üzə çıxıb”, – deyə məsələdən agah olan bir qaynaq “əl-Monitor”a anonimlik şərti ilə bildirib.

Əsəd, həmçinin Ali Rəhbər Əli Xamnəi və “Qüds” Qüvvələrinin komandiri Qasim Süleymani ilə görüşüb.

Zərifin istefasının daha geniş konteksti bir sıra potensial ssenarilərə, o cümlədən İranın regional siyasətindən narazılıqla da əlaqədar ola bilər.

Bəzi mənbələr belə ehtimal edirlər ki, bu, İranın nüvə razılaşmasından çəkilmə qərarına qarşı bir etirazdır.

Zərif iki ildən çox müddətdə altı dünya səlahiyyətlisi ilə nüvə danışıqlarında iştirakçı olub və nəticədə, 2015-ci ilin iyul ayında nüvə razılaşması əldə edilib. ABŞ prezidenti Donald Tramp sazişdən çıxandan sonra Zərif və Avropanın imza sahiləri – Avropa İttifaqı, İngiltərə, Fransa və Almaniya İranla ticarəti dəstəkləmək üçün bir mexanizm yaratmaqla müqaviləni xilas etməyə çalışıblar.

Bu əsnada avropalılar bir neçə ay gecikmədən sonra xüsusi vasitəçi proqramı işə salıblar. Ancaq yeni mexanizm İran və Avropa arasında sıx əməkdaşlıq tələb edəcək.

Zərif, Xamnəi və Ruhaninin tapşırığı ilə üzərinə nüvə razılaşmasını xilas etmək vəzifəsi qoyuluş adam idi və istefa xəbəri İran və Avropanın əməkdaşlığına dəhşətli bir zərbə vurur. “Konstruktiv əməkdaşlıq” tərəfdarı olan Ruhani artıq sərt tənzimçlərin güclü təzyiqi altında olacaq.

Ruhaninin Zərifin istefasını qəbul edib-etməyəcəyi hələ müəyyən deyil. “Instagram” postundan qısa müddət sonra ictimai mediada yayımlanan təsdiqlənməmiş söz-söhbətlər XİN rəhbərinin bir neçə dəfə istefa etməyə çalışdığı və Ruhaninin, nəhayət, bu dəfə onu qəbul etdiyi iddiası irəli sürülüb.

Prezident administrasiysının rəhbəri Mahmud Vaizi “tweet”-ində Ruhaninin Zərifin istefasını qəbul etdiyinə dair məlumatları “inkar edib”. Buna baxmayaraq, Zərifin vəzifəsində qalmağa hazır olub-olmadığı da aydın deyil.

İranda mövcud vəziyyətin yüksək mənsəbli məmurları istefa məktubunu geri götürməyə vadar etmsi ehtimalı da var.

Amma Ruhaninin ilk prezidentlik dövründə informasiya və kommunikasiya texnologiyaları naziri vəzifəsində olmuş Vaizi, Zərifi əvəz edə biləcək mümkün namizədlərindən biridir və uzun müddətdir ki, onun XİN-ə rəhbər təyin olunacağından danışılır.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə