Azərbaycan Prezident Administrasiyasında (PA) may ayı üçün vətəndaşların qəbulu cədvəli açıqlanıb.
Strateq.az bildirir ki, vətəndaşlar üçün qəbula yazılma vaxtı saat 9:00-dan 13:00-dəkdir.
Vətəndaşlar Prezident Administrasiyasının qəbul otağında qəbul olunacaqlar.
Qəbul saat 14:00-dan başlayır.
Qəbul günləri
Axundov Vahid Cümşüd oğlu
İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri 5 may
Abdullayev Kamal Mehdi oğlu
Millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri 6 may
Əliyev Vahid Əli oğlu
Prezidentin müdafiə məsələləri üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini 7 may
Əsədov Əli Hidayət oğlu
Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini 14 may
Həsənov Əli Məhəmmədəli oğlu
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi,İctimai-siyasi məsələlər şöbəsinin müdiri 13 may
Qasımov Azər Məhəmməd oğlu
Prezidentin Mətbuat katibi 1 may
Bağirov Elçin Tələt oğlu
Prezidentin Protokol xidmətinin rəisi 8,12,29 may
Məmmədov Novruz İsmayıl oğlu
Xarici əlaqələr şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini 15 may
Nağdəliyev Zeynal Səfər oğlu
Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini 12 may
Abdullazadə Fatma Hüseyn qızı
Humanitar siyasət məsələləri şöbəsinin müdiri 18 may
İsmayılov Süleyman Abbas oğlu
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri 8 may
Ələsgərov Fuad Murtuz oğlu
Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri 4 may
Əliyev Şahin Məhərrəm oğlu
Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri 20 may
Əmiraslanov Azər Kamal oğlu
Aqrar siyasət məsələləri şöbəsinin müdiri 21 may
Məcidov Tələt Tahir oğlu
Kadr məsələləri şöbəsinin müdiri 22 may
Nuriyev Eldar Qasım oğlu
Dövlət nəzarəti şöbəsinin müdiri 26 may
Yusifova Səadət Vidadi qızı
Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri 22 may
Rəhimov Mail Səməd oğlu
İqtisadi siyasət məsələləri üzrə Dövlət müşavirinin xidmətinin İqtisadi siyasət məsələləri şöbəsinin müdiri 25 may
Əliyev Məhərrəm Abış oğlu
Prezidentin müdafiə məsələləri üzrə köməkçisinin xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri 27 may
Şahbazov Oqtay Qəşəm oğlu
Prezidentin İşlər müdirinin birinci müavini 29 may
Hüquq mühafizə orqanları ilə iş şöbəsinin əfv məsələləri sektoru 19 may