İlham Əliyevin İran səfəri bölgədə geopolitik statusu dəyişə bilər. Bu, Türkiyə və Ermənistanı qane etmir. Rusiyanı isə şəraitə görə, İran üzərindən sanksiylar götürüləndən sonra bu ölkənin prezidenti Həsən Ruuhani ilə Azərbaycan prezidenti İlham Əliyevin ilk görüşü başa çatdı. Sonuncunun Tehrana səfəri həm ikitərəfli sənədlərin imzalanması, həm də, yeri gəlmişkən, təkbətək görüş də keçirən iki prezidentin etdiyi siyasi açıqlamalar kontekstində məhsuldardır. Təkbətək görüşün mövzusunu xüsusən də Suriyadakı durum və Əliyevin səfərindən əvvəl Rusiya prezidenti və müdafiə nazirinin İranın müdafiə naziri ilə görüşləri və Sergey Şoyqunun Ruhaninin özü ilə görüşü nəzərə alnmaqla yalnız sezmək olar.
Yeri gəlmişkən, Əliyev Tehrandan uçmağa macal tapmamışdı ki, Putinlə Ruhaninin telefon danışığı barədə məlumat yayıldı. Rəsmi məlumata görə, tərəflər Surya nizamlamasına dair məsələləri müzakirə ediblər.
Lakin Tehrana qayıdaq. Tərəflər burada Əliyevin səfəri çərçivəsində 11 sənəd imzaladılar. Bunlardan ən mühümü elektrik enerjisinin satışı, Azərbaycan və İran dəmiryollarının birləşdirilməsi, Astara (İran)-Astara (Azərbaycan) dəmiryol körpüsünün tikintisi üzrə əməkdaşlıq, SOCAR Azərbaycan dövlət şirkəti ilə İran milli neft şirkəti arasında qarşılıqlı anlaşma memorandumu və SOCAR-la İranın "Ghadir" investisiya şirkəti arasında qarşılqılı anlaşma haqda memorandumdur.
Əliyevlə birgə mətbuat konfransıda Ruhaninin izah etdiyi kimi, İranla Azərbaycanın dəmiryolları 2016-cı ilin sonuna doğru birləşdiriləcək. Tranzit və “Şimal-Cənub” dəhlizi məsələlərinə gəlincə, “Astara (İran)-Astara (Azərbaycan) dəmiryollarının birləşdirilməsi cari ilin sonunadək önəmli hadisə olacaq”.
Qeyd edək ki, “Şimal-Cənub” dəmiryolu Şimali Avropanı Cənubi-şərqi Asiya ilə birləşdirəcək və vaxt keçdikcə ildə 20 milyon tonadək yük nəql edə bilər.
Ruhani həmçinin məlumat verdi ki, İran və Azərbaycan azad iqtisadi zonalara (AİZ) birgə yatırım imkanını müzakirə edib. Söhbət xüsusən İranın üç AİZ-dan – “Araz”, “Ənzəli” və “Maku”-dan gedir.
İran prezidenti qarşılıqlı energetka fəaliyyətinə toxunaraq məlumat verdi ki, Əliyevlə neft və qaz sahəsində əməkdaşlıq, xüsusən də Xəzər kabohidrogenlərinin birgə hasilatı ilə bağlı Əliyevlə “konstruktiv danışıqlar” apardı.
Əliyev də Xəzərin ehtiyatlarının birgə istifadəsi məsələsini vurğuladı. Azərbaycan prezidenti dedi:
“Xəzər dənizi bizim ümumi sərvətimizdir, təhlükəsizlik, sülh və sabitlik mınbəyimizdir. Azərbaycan energetika sahəsində yaxşı işlər görüb. Bizi parlaq gələcək gözləyir. Bu sahədə əməkdaşlıq yalnız Azərbaycanla İranın əməkdaşlığı ilə məhdudlaşmır, qonşu ölkələr də bu layihəyə qoşula bilər. Belə halda o, bögəsəl və transmilli layihəyə çevrilə bilər”.
O, həmçinin hesab edir ki, hər iki ölkənin paraktik olaraq “bütün fəaliyyət sahələrində çox gözəl investisiya imkanları” var.
O, qeyd etdi:
“Azərbaycan və İran bölgədə sabitləşdirici rol oynayır. Bizim birliyimiz nə qədər güclü olsa, təhlükəsizlik səviyyəsi bir o qədər qorunub saxlanacaq”.
Bundan başqa, Əliyev iki ölkənin bir-birinin daxili işlərinə qarışmamağa sadiq olduğunu, Azərbaycanın İrana qarşı sanksiyalara “bütün uca tribunalardan” dəstək vermədiyini, iki dövlət arasında “münasibətlərin strateji inkişafı”nı xüsusi vurğuladı. Azərbaycan prezidenti əmin etdi: “Münasibətlərimizin çox gözəl gələcəyi var”.
Bir sözlə, sanksiyaların ləğvindən sonra yüksək səviyyədə danışıqları həm bölgədə geopolitik durum kontekstində, həm də qüvvələrin sonrakı tərtibi baxımından əlamətdar və son dərəcə önəmli saymaq olar. Lakin bütün bunlar bir-biri ilə düşmənlik edən Türkiyə və Ermənistana və konkret durumdan asılı olaraq, Rusiyaya olduqca xoş gəlməyə bilər.
Məsələn, Azərbaycanın strateji tərəfdaşı və İranın siyasi antoqonisti olan Türkiyə Bakının siyasi baxımdan ara saxladığı Suriya münaqişəsi daxil olmaqla tam şəkildə aşkarlayacaq ki, iki karbohidrogen dövlətinin neft və qaz yataqlarının işlənməsi, həmçinin nəqliyyat və logistika sahəsində əməkdaşlığı İranla Azərbaycanın siyasi mövqelərinin yaxınlaşması üçün təkan amillər olacaq.
Qeyd edək ki, İran hazırda Azərbaycanın çox böyük “Şahdəniz” qaz yatağının işlənməsində iştirak edir və hətta bu layihədə öz payını artırmağa hazırlaşır.
Bundan başqa, tərəflər qaz mübadiləsi üzrə də uğurlu əməkdaşlıq edir və ümumiyyətlə görünür ki, nəticədə Xəzərin statusu üzrə də razılığa gələcəklər.
Sonra… Güman etmək olar ki, Azərbaycan İran neftinin öz ərazisindən Avropaya nəqlinə lobbilik edir, çünki Türkiyə ərazisindən tranzit Azərbaycan üçün Türkiyə bazarının bir hissəsinin itirilməsi deməkdir. Ekspertlərin əksəriyyətinin iqtsadi baxımdan daha sərfəli saydığı Ermənistan ərazisindən tranzit isə Bakı üçün böyük pul itkisinə və neft hasilatçısı və tranzit ölkə kimi Avropanın Azərbaycana marağının azalmasına dönə bilər.
Həm də Azərbaycan üçün İran amili getdikcə daha çəkili olmağa başlayacaqsa, Türkiyənin bölgədəki nüfuzu uyğun biçimdə azalacaq ki, bu da formalaşmış və təməlində energetik, nəqliyyat, hərbi-texniki layihələrin durduğu Bakı-Ankara-Tiflis geopolitik oxunun dayanıqlığında əks olunacaq. Düşünmək lazımdır ki, Tehran və Moskva bu oxu zəiflətməyə cəhd edir.
Həm də burada çox şey, hər şeyə baxanda, formalaşmış Bakı-Tiflis-Ankara alyansına zyan vurmadan yeni Gürcüstan-Ermənistan-İran oxunun iştirakçısı olmağa cəhd edən Gürcüstandan asılı olacaq. Lakin Gürcüstan üçün İran qazının nəqlində tranzit dəhlizi qismində Ermənistan seçilsə, çətin ki, tam ziyansız baş tutsun. Yuxarıda deyilənlərin hamısı nəzərə alınmaqla güman etmək olar ki, qazın Azərbaycandan keçməsi və ümumən Azərbaycanın nəqliyyat yollarından daha fəal şəkildə istifadə üçün Əliyev Tehranda Ruhanini dilə tutub.
Yeri gəlmişkən, Ermənistan olduqca əndişələnir ki, Əliyev İranı ona qarşı kökləməyə cəhd edir. "Lragir"in yazdığı kimi, ekspertlər düşünürlər ki, “Əliyev daha çox təkcə müqavilələr bağlamaq üçün yox, Ruhanini Ermənistanla daha sıx əlaqələr qurmamaq üçün inandırmağa gedib”.
Erməni nəşri həmçinin qeyd edir ki, “Əliyevin İran səfərinə lap bir-iki gün qalmış Ermənistan prezidenti Serj Sərkisyan İranla münasibətlərin inkişafı məsələsi üzrə məsləhətləşmə keçirtdi. O, İranla münasibətlərin inkişaf edə biləcyi bir neçə mövqeyi qeyd etdi – Fars körfəzindən Qara dənizdək avtomobil və dəmir yolunun salınması, … elektrik enerjisi sahəsində əməkdaşlıq, … həmçinin İrana Qərb yatırımları üçün Ermənistanın meydançaya çevrilməsi”.
Həm də qeyd olunur ki, “Ermənistan-İran münasibətləri Ermənistanın hzırda yeganə donorlar olan və yatırımçı olmağa hazır olduğunu bildirən qərbli tərəfdaşları tərəfindən açıq şəkildə təşviq edilir. ABŞ, Avropa ölkələrinin, beynəlxalq maliyyə təşkilatlarının təmsilçiləri gizlətmirlər ki, Ermənistanın İranla daha sıx münasibətlərini görmək istərdilər”.
Lakin Qərb Bakının Tiflis və Ankara ilə əlaqəsini də təşviq edir, lakin tələsmədən: ABŞ-ın təklcə Amerikanın uyğun strukturlarına Bakı-Tiflis-Qars dəmirolunu maliyyələşdirmək və inşasına kömək etməkdə qadağası nəyə dəyməz. Çünki Ermənistan bu layihəyə daxil edilməmişdi.
Bir sözlə, İran “şəfqəti” uğrunda mübarizəyə hazırda xeyli oyunçu, o cümlədən əvvəllər onu “incidənlər” də qoşulur. Yəni faktiki durum Cənub Qafqazda geopolitik təsirə əsas namizədlər arasında kanatın dartılmasını yada salır; birbaşa İranla Türkiyə arasında, dolayısı ilə konkret durumda vasitəli şəkildə Rusiya ilə.
Və Azərbaycan bu üç ölkə arasında tarazlaşmalı olacaq.
İrina Corbenadze
Rosbalt.ru, 25.02.2016
Tərcümə Strateq.az-ındır