XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

01 Mart 2019 - 12:18

“PAŞİNYAN QAFQAZDA YENİ BİR SƏHİFƏ AÇA BİLƏR” –Həsən Ruhani təkcə Moskvaya və Vaşinqtona meydan oxudumu?

Alison Tahmizyan Mos

“Asia Times” (Honq-Konq), 28.02.2019

 

Ermənistan baş naziri Nikol Paşinyan öz Qafqaz dövlətini İran qazının ixracı üçün boru kəmərinin keçəcəyi məkana çevirib, bununla da o, İslam Respublikasının iqtisadiyyatını sarsıtmaq istəyən Vaşinqtona və Ermənistanın qaz sektoruna nəzarət edən Moskvaya meydan oxuyub.

“Ermənistan… İran qazı üçün tranzit ölkə olmağa hazırdır. Enerji dəhlizlərinin yaradılması həm ikitərəfli, həm də regional baxımdan vacibdir”, – deyən Paşinyan bundan ötrü “siyasi iradənin mövcudluğu”nu qeyd edib.

Çərşənbə günü, fevralın 27-də Ermənistan baş nazirini Həsən Ruhani və xarici işlər naziri Cavad Zərif birlikdə qırmızı xalı üzərində qarşılayıblar.

Bazar ertəsi, gecə istefa verdikdən sonra Cavad Zərif sərt tənzimçilərin yeni siyasi dəstəyini qazanıb.

Paşinyan 2018-ci ilin yazında “məxməri inqilab”la hakimiyyətə gəlib və seçilən baş nazir olaraq ilk rəsmi səfərini qonşu İrana edib, bu da onun hökumətinin Rusiya ilə münasibətləri balanslaşdırmaq prioritetini göstərib.

“Ermənistan enerji təchizatını şaxələndirməlidir və İran bu mühüm balansı təqdim edir”, – Yerevanda fəaliyyət göstərən xarici siyasət mütəxəssisi Anahit Şirinyan bildirib.

“Rusiya Ermənistanda ənənəvi olaraq yeganə distribyutor idi və bütün paylama şəbəkəsini əldə etdi. Ermənistanın maraqlarına baxmayaraq, tədarükü şaxələndirmək indiyədək çox çətin olub “, – Şirinyan “Asia Times”-a deyib.

Ermənistan hazırda Avrasiya İqtisadi Birliyinə (AİB) sədrlik edir. Paşinyan qaz nəqli təklifini məharətlə Rusiya vasitəsilə AİB və Tehran arasında ratifikasiya olunmalı azad ticarət sazişinə bağlayıb.

Paşinyan qeyd edib: “Bu, [azad ticarət razılaşması] ticarət dövriyyəmizin və ölkələrimizin biznesinin inkişafı üçün yeni imkanlar açacaq. Biz işgüzar cəmiyyətləri bu imkanlardan istifadə etməyə təşviq etməliyik”.

 

Rus spoyleri

Ermənistanı İranın qazı ixracı kanalına, yəni Gürcüstana birləşdirmək fikri yeni deyil.

“Ermənistan bir zamanlar, 2000-ci illərin əvvəllərində İran-Ermənistan qaz kəmərini istismara verərkən, tranzit ölkə olmağa çalışdı, lakin 2007-ci ildə bu boru kəməri açıldığı zaman, onun nəzərdə tutulduğundan daha sərfəli bir parametrə malik ola biləcəyi aşkarlandı”, – Şirinyan deyib.

İlkin olaraq kəməin diametri 1400 millimetr olacaqdı. Bunun əvəzinə o, iki dəfə azaldı. O dövrdə rus təzyiqinin diametrin azalmasına gətirib çıxarmasına dair dedi-qodular var idi. Güman edilirdi ki, idxal daxili istehlakla məhdudlaşacaq.

Yerevandakı Regional Tədqiqatlar Mərkəzinin direktoru Riçard Qiraqosyan xəbərdarlıq edir ki, qaz nəqli təklifini çox çətin yol gözləyir.

“Rusiya enerji sektorunda hakim mövqeyə sahibdir. “Qazprom” Ermənistanda qaz tədarük şəbəkəsinin yiyəsidir və bazar payının təqribən 80%-ini nəzarətinə saxlayır, o, qiymətlərdə İrəvana təzyiq edə bilər”.

Şirinyan əsas maneənin İrana qarşı ABŞ sanksiyası yox, Ermənistanın qaz bazarında inhisarçı rolunu əldən vermək istəməyən Rusiya olduğunu qəbul edir.

“Ancaq hətta bu 700 mm-lik boru xətti də tam istifadə edilməyib. Qazın yalnız 20%-dən istifadə olunur”.

 

İran və Gürcüstan prioritetləri

2018-ci ilin “məxməri inqilabı” ilə Ermənistanın Rusiyaya güvəni azalıb və qonşu Gürcüstan, habelə İranla münasibətləri yaxşılaşdırmaq istəyi yaranıb.

İran prezidenti Ruhani Çərşənbə günü özünün və erməni vəzifədaşının milli maraqlar və resurslara əsaslanan bir siyasət aparmağa səy göstərdiyini və “hər hansı bir üçüncü dövlətin ikitərəfli münasibətlərə müdaxilə etməsinə icazə verilmyəcəyi”ni vurğulayıb.

Ruhani ABŞ-ın sanksiyalarına meydan oxuyub, amma qazla əlaqədar həmin bəyanat həm də Rusiyaya aiddir.

“Hər iki tərəf bu səfərdə maraqlıdır”, – deyən Şirinyan qeyd edib ki, Paşinyan dekabr ayında baş nazirliyə başlayanda, ilk dövlət səfəri üçün məhz Tehranı təsadüfən seçməyib. Amma 2018-ci ilin mayında, “məxmər inqilab”dan sonra onun ilk dövlət səfəri Gürcüstanın paytaxtı Tiflisə olub.

İranlılar iki günlük səfərə böyük əhəmiyyət verib, Paşinyan hətta Ayətullah Əli Xamnəi tərəfindən səmimi qarşılanıb.

“Ermənistanın xarici siyasətində bu, nisbətən yeni fikirdir ki, Rusiyadan asılılığı aradan qaldırmağa çalışarkən, İran balans yaradıcı ola bilər”, – Şirinyan deyib. Onun sözlərinə görə, Moskva üçün Tehran Qərb rəqibləri ilə müqayisədə, nisbətən daha az təhqiredici tərəf ola bilər.

 

Texniki cəhətdən mümkündür

Siyasidən kənar, erməni təklifi texniki cəhətdən mümkündür. Avropa İttifaqı və MDB üzrə mütəxəssis Lilit Gevorqyan bu fikirdədir. “Hazırkı infrastruktur məhdud qaz tranzitlərinə imkan verəcək”.

“Gürcüstanın enerji bazarının nisbətən kiçik ölçüsünü nəzərə alaraq, Ermənistanın mövcud infrastrukturu tranzit yükləməni idarə edə bilər. Erməni-İran boru kəmərinin hazırkı həcmi 2,3 milyard kubmetr həcmində qiymətləndirilir. Gürcüstanın ümumi qaz istehlakı təxminən 2,6 milyard kubmetrdir”.

Gevorqyan qeyd edir ki, ehtiyat tutumu tam istifadə olunmayıb, çünki Gürcüstanın əsas təchizatçısı Azərbaycandır.

“Bununla belə, enerji şaxələndirilməsi Gürcüstandakı qazın qiymətinin qaldırılmasına dair qərarı elan edən Azərbaycanla danışıqlarda Tiflisin mövqeyini gücləndirəcək”.

Söhbət regional energetika siyasətindən getdikdə, Qərb meylli Gürcüstan illərdir öz taleyini Türkiyə-Azərbaycan blokuna bağlayıb. Rusiyaya güvənən Ermənistan iqtisadi cəhətdən təcrid edilib, Türkiyə və Azərbaycan sərhədləri ərazi mübahisələri ucbatından bağlanıb. Gürcüstan hazırda nəzarətdən çıxıb, İran isə sanksiyalarla üzləşib.

Erməni lideri Paşinyanın İranla Gürcüstan arasındakı bölünməni aradan qaldırsa, ənənəvi müttəfiqləri uzaqlaşdırmadan, Qafqazda yeni bir səhifə aça bilər.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə