XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

26 Fevral 2016 - 15:24

İranda tarixi parlament seçkiləri –Liberallar, yoxsa mühafizəkarlar qalib gələcək?

iranda-seckiler

 

 

Bu gün İranda Məclis (parlament) seçkiləri keçirilir. Seçki məntəqələri saat 8.00-da açılıb, səsvermə axşam saat 7.30-da başa çatacaq.

 

Xatırladaq ki, İran parlamenti birbaşa, gizli səsvermə yolu ilə seçilirMəclis üzvü olmaq üçün namizədlər  səslərin 25%-dən çoxunu əldə etməlidirlər. Digər namizədlər isə ikinci turda mübarizəni davam etdirə bilərlər.

 

Səsvermədə səsvermə hüququ olan 55 milyon İran vətəndaşı iştirak edə bilər. 290 mandat uğrunda isə 5 mindən çox namizəd mübarizə aparır.

 

Eyni zamanda,  İran Üləmalar Məclisinin 5-ci tərkibinə seçkilər də bu gün keçirilir. Üləmalar Məclisi ölkənin ali dini liderini seçmək hüququ olan xüsusi dövlət orqanıdır.  Hazırda ölkənin ali dini lideri Seyid Əli Xameneidir.  Üləmalar Məclisinin 88 üzvü var. Üləmalar Məclisinə seçkilərdə 159 nəfərin namizədliyi qeydə alınıb.

 

 

2013-cü ildən sonra İranda vəziyyət necə dəyişdi?

 

Presidential candidate Hassan Rohani casts his ballot during the Iranian presidential election in Tehran June 14, 2013. Millions of Iranians voted to choose a new president on Friday, urged by Supreme Leader Ayatollah Ali Khamenei to turn out in force to discredit suggestions by arch foe the United States that the election would be unfair. REUTERS/Yalda Moayeri (IRAN - Tags: POLITICS ELECTIONS) ORG XMIT: CJF14 

 

Builki parlament seçkiləri ölkədə aparıcı siyasi qüvvələr nisbətinin müəyyənləşməsi üçün çox böyük əhəmiyyət daşıyır.  Eyni zamanda bütün dünya üçün İranda hansı qüvvələrin öz mövqeyini daha da möhkəmləndirəcəyi vacibdir. Belə ki, hazırda İran parlamentində mühafizəkarlar üstünlük təşkil edirlər.

 

2013-cü ildə, Həsən Ruhaninin prezident seçilməsinə qədər, son 8 ildə ölkə rəhbərliyində mühafizəkarlar üstünlük təşkil edirdi.  Onların təmsilçisi kimi keçmiş prezident Əhmədinejad mühafizəkar ənənələrə sadiqliyi, Qərb ölkələri ilə münasibətlərdə və İranın  nüvə proqramı ilə bağlı hər hansı kompomisi rədd etməsi ilə fərqlənirdi. Mötədil və liberal qüvvələr hakimiyyətin hər üç qolunda ikinci plana keçmişdi. Ekspertlərin fikirincə, H.Ruhaninin prezident seçilməsi ilə hətta mühafizəkar elitada belə, parçalanma baş verdi. 

 

H.Ruhaninin və liberalların təkidi ilə Qərb ölkələri ilə yaxınlaşma və nüvə proqramı üzrə kompromis siyasətinə üstünlük verilməsi yanaşması mühafizəkarların bir hissəsi tərəfindən də dəstəkləndi. Əhmədinejad hakimiyyətinin son illərində daha aydın görünürdü ki, Tehranın mühafizəkar siyasətənin uğurla nətiəclənməsi və öz məqsədlərinə çatması (nüvə silahı əldə edilməsi, regionda hökmran mövqe və şiə ölkələri birliyinin yaradılması, İsralin mövqeyinin güclü şəkildə zəiflədilməsi)  üçün nə daxili potensial var, nə də əlverişli xarici zəminlər. Mahmud Əhmədinejad siyasəti isə ölkəni Qərblə daha böyük qarşıdurmaya sürükləyirdi.

 

Eyni zamanda Əhmədinejadın daha çox sosial, aztəminatlı təbəqələrin dəstəklənməsi siyasəti yürütmək səylərinə baxmayaraq, işsizlərin sayı artır, xüsusən gənclər üçün çox ciddi məşğulluq problemi yaranırdı. İran iqtisadiyyatın modernləşməsi üçün texnologiyalar və investisiyalar əldə edə bilmirdi.  Daxili potensialın tam reallaşması belə, Tehran üçün modernləşmə ilə bağlı məqsədlərə çatmağa imkan vermirdi. Nəticədə, yoxsulluq artır, sosial narazılıq güclənir, daxili qarşıdurma potensialı artırdı. Əhmədinejad komandasının sosial və insanların şəxsi həyatları ilə bağlı məsələlərdə daha sərt qanunvercilik təşəbbüsləri də əks effekt verməyə başlamışdı.

 

Bütün bunlar H.Ruhani timsalında liberalların ön plana çıxmasını şərtləndirdi. H.Ruhani prezident seçildi. Buna baxmayaraq, onun iqtisadiyyatın tənzimlənməsi ilə bağlı təşəbbüsləri hər dəfə parlamentin müqaviməti ilə üzləşib. Faktiki olaraq,  2013-cü ildən bəri ölkə iqtisadiyyatında elə bir ciddi dəyişiklik baş verməyib.

 

Bununla belə, liberallar xarici siyasətdə çox böyük uğura imza atdılar. H.Ruhaninin liderliyi ilə Qərb ölkələri ilə “nüvə sazişi” imzalandı, bu il  yanvarın 16-da İrana qarşı sanksiyalar götürüldü. Qərblə yaxınlaşmaya baxmayaraq, Rusiya ilə Suriyada çox sıx əməkdaşlıq davam etdirildi.  Bəşər Əsəd hələ ki hakimiyyəti öz əlində saxlayır. Ruhani Avropaya səfər edərək on milyardlarla dollar dəyərində müqavilələr imzaladı.

 

Bütün bunlar liberallar üçün çox yaxşı start imkanları açır. Ruhani tərəfdarları bu imkanlardan maksimum yararlanmağa çalışırlar. Parlamentdə üstünlük Ruhani üçün yeni imkanlar açacaq və iqtisadi sahədə də islhatları müşahidə edə biləcəyik.

 

Amma İranın Qərblə yaxınlaşması siyasi elitada birmənalı qarşılanmır.  Mühafizəkar elitanın bir hissəsində hesab edirlər ki, İran Qərblə yaxınlaşmaqla ötən əsrdə olduğu kimi, sonunda asılı vəziyyətə düşə bilər. Bu baxımdan onlar builki parlament seçkilərinə ən azı indiki mövqeləri əldən verməmək üçün son şans kimi baxırlar.

 

Odur ki, hər iki tərəf üçün 26 fevral yolayırıcı kimi dəyləndirilə bilər.

 

Parlament və ali dini lider seçkiləri – Seyid Əli Xamenei hansı mövqeyi tutacaq?

 

seyid-xamanei

 

Parlament seçkiləri ilə yanaşı, İranının ali dini rəhbərini seçmək hüququ olan Üləmalar Məclisinə seçkilər də ölkə üçün həyativacib əhəmiyyət kəsb edir. 77  yaşlı  indiki ali dini rəhbər Seyid Əli Xamenei 1989-cu ildən bəri bu postu tutur. Təbii ki, ali dini rəhbər mühafizəkar yanaşması ilə fərqlənir. Amma bununla bağlı birmənalı mühakimə yürütmək də olmaz.

 

Sirr deyil ki, onun xeyr-duası olmadan Ruhani komandası Qərblə “nüvə sazişi” imzalaya bilməzdi.  Seyid Əli Xamenei də,  1981-1989-cu illərdə prezident postunu tutub və bəyan olunan rəsmi xarici siyasət doktrinası ilə real xarici siyasət kursunun uyğunlaşdırılmasının necə çətin olduğunu başa düşür. Onun liberallara Əhmədinejat dönəmindən sonra xarici siyasət kursuna dəyişikliklər edilməsinə şans verməsi də obyektiv zərurətdən qaynaqlanırdı.

 

Eyni zamanda “nüvə sazişi”ni imzalamaqla Tehran yalnız nüvə tədqiqatları sahəsində öhdəlik götürdü. Suriya, İraq, Rusiya, ərəb ölkələri ilə münasibətlərdə İranın xarici siyasət kursundə elə ciddi dəyişikliklər nəzərə çarpmır. İsrailə münasibətdə isə təmkin nümayiş etdirilir və ali dini rəhbər özü də bununla bağlı açıq ifadələr işlətməkdən çəkinir. Son 3 ilin prosesləri göstərir ki, Seyid Əli Xamenei liberalların da İranın 1979-cu ildən bəri formalaşmış ümumi xarici siyasət doktrinasından və ideoloji çərçivədən kənara çıxmamasına çalışır.  İran siyasətində son hökmü vermək hüququ olan lider kimi, o,  tarazlaşdırma siyasəti yürüdür. Eyni zamanda zərurət yarandıqda daha çox mühafizəkar görünməyə başlayır.

 

26 fevral parlament seçkilərində də bunu müşahidə edirik. Seçkilərdən əvvəl xalqa müraciətini onun mühafizəkarlara dəstəyi kimi qiymətləndirilə bilər.  Bununla belə, nəzərə almaq lazımdır ki, liberallar üçün çox əlverişli start imklanları varıydı. Çox böyük ehtimalla, ali dini rəhbər yenə tarazlaşdırma siyasəti yürüdür. Amma onun Qərb ölkələrini tənqidi xarakterli çıxışları da Əhmədinejatın hakimiyyətdə olduğu zamanlardan çox fərlənir.  O, bu məsələlərdə təmkini ilə seçilir.

 

Təhlilçilərin fikirincə, ali dini lider parlamentdə mühafizəkarların ən azı öz mövqelərini saxlamasına çalışır.  Bu, ona və mühafizəkarlara liberalları ümumi çərçivədə saxlamağa imkan verərdi.

 

Ali dini liderin kimin tərəfində olacağı ilə bağlı isə indidən əsaslı ehtimallar irəli  sürmək çox çətindir.  Çünki bununla bağlı məlumatlar çox azdır. Xüsusən,  namizədlərin kimliyi ilə bağlı ətraflı məlumatlar əldə etmək o qədər də asan deyil. Ancaq bilinən odur ki, Seyid Əli Xameni mərhələsi bitmək üzrədir.

 

Təhlilçilərin fikirincə, Seyid Əli Xameneini liberalların təmsilçisinin əvəz edəcəyi ağlabatan görünmür. Ola bilsin ki, üləmalar kompomis fiqurun seçilməsi variantı üzərində dursunlar. İran üçün hazırda həm də Qərblə yeni qarşıdurmaya getməmək və eyni zamanda ənənəvi kursu saxlamaq aktualdır. Bu kurs Qərblə yaxınlaşmaqla bərabər, regional oyunçu kimi müstəqil siyasət yürütməyə də imkan verir.  Yeni dini liderin kimliyini də bu şərtlər diktə edəcək.

 

 

Zaur İBRAHİMLİ

Strateq.az