XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

07 Mart 2019 - 15:21

ABŞ-ın MƏŞHUR TƏŞKİLATI İLƏ BAĞLI ŞOK İDDİALAR:"Çevriliş, terror və iqtisadi təxribatlarla milli dövlətləri məhv edir..." – ARAŞDIRMA

Nazanin Armanian

“Público” (İspaniya), 05.03.2019

 

ABŞ-in Beynəlxalq İnkişaf Üzrə Agentliyinin (USAID) Venesuelaya göndərdiyi “xeyriyyəçi” yük maşınları qabaqkı kimi, Kolumbiya ilə sərhəddə durur. Bu arada həmrəylik təcəssümünün özü olan Donald Tramp Latın Amerikası ölkəsinə hərbi müdaxilə hədəsi gəlir. O istəyir ki, bomba və güllələrdən həlak ola biləcək minlərlər venesuelalı o biri dünyaya, ola bilsin, GMO-dan istifadə nəticəsində, ya da sadəcə istifadə müddəti bitdiyindən inikişaf etmiş ölkələrdə tələbat olmayan peçenye dolu mədə ilə getsin.

ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Agentliyi (USAID) Marşall Planının dünyanın  mühüm strateji ölkələrinə yayılması qəsdilə 1961-də yaradılıb. Onun  siyasətinin hədəfləri – II dünya savaşında faşizm darmadağın ediləndən sonra möhkəmlənmiş kommunistlərin hakimiyyətə gəlməsinə yol verməmək, Amerika şirkətləri üçün yeni bazarlar kəşf etmək idi. USAID və o zaman MKİ əməkdaşı Bayron Englin başçılıq etdiyi İctimai Təhlükəsizlik İdarəsi arasındakı əlaqə ildən-ilə möhkəmlənib: Barak Obama buna qədər ABŞ Milli Təhlükəsizlik Şurasında işləyən Geyl Smiti  2015-ci ildə USAID-in direktoru təyin edib.

“WikiLeaks” portalının məlumatına görə, USAID 2004-2006-cı illərdə Venesuelada müxtəlif aksiyalar keçirib və çavizmi parçalamaq və Venesuela Vahid Sosialist Partiyasının islahatçı kursundan narazı əhalinin müxtəlif qruplarını birləşdirmək məqsədilə ABŞ-ın keçmiş Venesuela səfiri Vilyam Braunfildin hazırladığı fəaliyyət planının həyata keçirilməsindən ötrü onlarla QHT-yə 15 milyon dollar verib.

 

USAID-ın funksiyaları

 

1. Dövlət Departamentinin layihəsinə uyğun gələn, həm də problem yaşaması önəmli olmayan ölkə seçmək;

USAID sonra hansı sahəyə kök atacağını kəsdirməlidir, amma energetika, təhsil, səhiyyə, hüquq-mühafizə sahəsi və kənd təsərrüfatına həmişə üstünlük verilib. Kənd təsərrüfatında, adətən, ərzaq bitkilərinin yetişdirilməsini kommersiya bitkiləriylə əvəzləyirlər. Sonra milli iqtisadiyyatı sarsıtmaq məqsədilə əsas postlara öz adamlarını təyin edirlər. USAID bəzən istedadlı və layiqli kadrları işə cəlb edir, amma bunu yalnız ona görə edir ki, onların radikal dəyişikliklər uğrunda çıxış edən mütərəqqi siyasi partiyaların fəaliyyətinə qatılmasına imkan verməsin. USAID müharibənin viran etdiyi İraqda neoliberal iqtisadiyyatı yayır, neft emalı sənayesi müəssisələri daxil olmaqla kütləvi özəlləşdirmə aparır və yerli oyuncaq teokratiyanı “Monsanto” şirkətindən transgenli toxum almağa vadar edir.

USAID 1990-cı illərdə Alberto Fuximorinin başçılıq etdiyi Peru hökumətinə iqtisadi islahatların həyata keçirilməsinə 35 milyon dollar verib, nəticədə ölkə yoxsulluğa düçar olub. USAID-in əlaltısının vəzifəsi yoxsulluğun deyil, yoxsulların azaldılmasından ibarət idi: Fuximori 300 min hindu qadını zorla dölsüzləşdirilməyə məruz qoyub.

2. Paralel şəbəkə və müəssisələr qurmaqla özəl biznesin maraqlarıyla əsas sahələrin millisizləşdirilməsini apararaq alıcı ölkənin dövlət müəssisələrini zəiflətmək və hətta məhv etmək;

Əlbəttə, ABŞ-ın hakim dairələri başqa ölkələrin ehtiyacsızlığına deyil, tam əksinə marağı var.

3.The New York Times”-ın keçmiş müxbiri Artur Lanqqut hesab edir – MKİ-yə “dünyanın mühüm straeji ölkələrinin hamısında öz adamlarını hüquq-mühafizə qurumlarına yerləşdirməkdə yardım etmək”. Əslində, USAID ABŞ xüsusi xidmətləri tərəfindən maliyyələşdirilir.

4. Dünya maliyyə bazarında ABŞ-ın ağalığını möhkəmləndirmək;

Vaşinqtonun fikrincə, USAID Çinin girovu olan Hindistanda öz fəaliyyətini Narendra Modinin ifrat sağçı hökumətiylə əlaqələndirərək “rəqəmsal iqtisadiyyat”ı yayaraq əhalinin yoxsul təbəqəsinin on minlərlə təmsilçisini nəqd hesablaşmadan imtina edərək nəqdsizə keçməyə məcbur edib. Onlara cəmi bir ay vaxt veriblər ki, özlərinin pul əskinaslarını banka təhvil verə bilsinlər, amma çoxunun hətta bank kartı da yox idi. USAID nəticədə nə etməyə nail oldu?

a) İnformasiya texnologiyaları sahəsində işləyən şirkətlərin, pullu xidmət provayderlərinin və Mastercard Visa buraxan şirkətlərin, habelə əvəzində BMT-yə bol üzvlük haqqı vəd edən Geyts Fondunun maraqlarını təmin etmək;

b) Öz pullarını kartlara qoymağa macal tapmamış xeyli xırda alverçi və istehsalçının qənaətlə yığdığı pulları məhv edərək hindliləri var-yoxdan çıxartmaq;

c) İstifadəçilərin məlumatlarına çıxış əldə etmək;

ç) Dünya miqyasında nəqd pul kütləsi azaldıqda Amerika müəssisələrinin beynəlxalq maliyyə qurumlarında üstünlüyü sayəsində dolları möhkəmləndirmək;

d) Dünyada biznes proseslərini izləmək. Bu, Vaşinqtona, məsələn, İranla, Çinin “Huawei” şirkəti ilə işləyən şirkətlərə sanksiyalar tətbiq etmək imkanı verir.

5. Hansısa dövlətin hüquq asayişi güclərinin peşəkarlıq səviyyəsini yüksəldərək əhalinin müqavimətini boğmağı öyrətmək;

USAID-ın Uruqvaydakı təmsilçisi Den Mitrione 70-ci illərdə “sorğunun mürəkkəb sənəti”ndən və evsiz kişi və qadınlardan bioloji material kimi istifadə edərək dustaqlara necə işgəncə verməkdən danışdığı kurslar aparırdı. USAID “Yaşıl beretlər” və MKİ ilə yanaşı işgəncə, qətl və minlərlə qabaqcıl qvatemalalının oğurlanmasında iştirak edərək bu vəzifələrin icrası üçün 30 min polis və hərbi birləşmələrin üzvlərini hazırlayıb.

Braziliyada USAID-la təmasda işləyən Keçid Dövrünün Təşəbbüsü İdarəsi xoşa gəlməyən hökumətlərin sabitsizləşdirilməsi məqsədilə oxşar tərzdə hərəkət edib. Onun qurbanlarından biri marksçı dərnəyə mənsubluğu üzündən həbs edilərək işgəncəyə məruz qoyulan Dilma Rusef (Braziliyanın keçmiş prezidenti-red.) olub.

6. Amerika QHT-ləri üçün iş yerləri yaratmaq, onlara Rokfeller, Soros, Geyts, Ford və Omidyar kimi sponsorların maraqlarına qulluq edən özəl və dövlət fondlarından böyük vəsaitlər verilməsi və ABŞ korporasiyalarının bazarlara buraxılmasını təmin etmək;

USAID-ın özü təsdiqləyir ki, bu agentliyə qoyulan vəsaitlərin, təxminən, 80%-i öz ölkəsinə qaytarır. Buş və müttəfiqləri 2003-cü ildə yalan vasitəsilə İraqı xarabalığa çevirən kimi USAID-ın törəmə qurumlarından biri – “Creative Associates International Inc.” (CAII) Amerika raketlərinin artıq məhv etdiyi məktəblər üçün sinif lövhəsi və təbaşir almağa nəzərdə tutulan 157 milyon dollar məbləğində müqavilə əldə edib.

Daha bir təşkilat – “International Relief and Development” (IRD) həmin məqsəd üçün 2 milyard 400 milyon dollar alıb, “Hallibarton”, “Bektel” korporasiyaları da belə bir məbləğ əldə edib.

USAID Amerika yardımının əsas alıcısı olan və Qərbin “qadınların xilası” işində xeyli təcrübə toplamış yüzlərlə QHT-nin mənzilləndiyi Əfqanıstanda 2018-ci ildə 75 min qadının hüquq və imkanlarının genişləndirilməsinə 216 milyon dollar yönəldib. Əfqanıstanın bərpası üzrə baş müfəttişin məlumatına görə, yalnız 50 nəfər işə düzəldilib, vergi ödəyənlərin pulları isə buxarlanıb. 89,7 milyon dolların da başına nəsə buna oxşar iş gəlib. Baş müfəttiş Arnold Filds Konqresin basqısı altında istefaya getməyə məcbur olub. Buş və Çeyni, habelə üçyüzminlik NATO kontingenti, həmçinin Pentaqonun taliblər sırasından on minlərlə tədarükçüsünün başçılığı altında “Əfqanıstanın demokratikləşdirilməsi” təkcə tam bir milyon əfqanıstanlının həlakına və milyonlarla ailənin alışdığı yerdən qaçışına gətirməyib, həm də bu dövlətin tarixi yaddaşını silib: az adamın yadındadır ki, kommunistlərin başçılıq etdikləri Əfqanıstan Demokratik Respublikası (1978-1992) sələmçiliyi, tiryək əkinini ləğv edib, həmkarları qanuniləşdirib, minimum əməkhaqqı, kollektiv müqavilə, kişi və qadın arasında bərabərlik barədə qanun qəbul edib. Bu ona səbəb oldu ki, Kabul universitetinin müəllim heyətində həkimlərin 40%-i və müəllimlərin 60%-i qadınlar idi. Ümumi pulsuz təhsil və səhiyyə tətbiq edilmişdi, xəstəxanalarda çarpayı yerlərin sayı ikiqat artmışdı. Əfqanıstana yardım üzrə BMT Missiyasının (UNAMA) məlumat verdiyi kimi, 2017-ci ildə NATO kontingentinin hərbi əməliyyatları nəticəsində öldürülmüş və yaralanmış dinc sakinlərin sayı 2016-cı illə müqayisədə 50% artıb. Bu sayın üçdə ikisi qadın və uşaq idi. İndi USAID-ın məktəblərində kollektivçiliyə deyil, “bacaran canını qurtarsın” prinsipi ilə açıq fərdiyyətçiliyə öyrədirlər.

7. İmperailimzə və problemli ölkələrdə oyuncaq diktaturalara müqaviməti qırmaq, müəyyən anlarda dilənçi payı ilə aclığı nöqtə-nöqtə yumşaltmaq, amma bu zaman xalqın sosial ədalət şüarı altında təşkil olunmasına yol verməmək;

Vaşinqton Misirdə Mübarəkin dönəmində olduğu kimi indi də despotik general əs-Sisinin dövründə də Qahirəni ondan silah alnmağa vadar edir, halbuki minlərlə adam məzarlıqlarda yaşayır, sonra isə USAID-i ora göndərir ki, sakinləri 2011-ci ildə ərəb baharının gedişində özünü daha fəal göstərmiş məhəllələrdə çörək paylasın. Bax, müqavimət belə də qırılır.

Eyni şeyi Haitidə də ediblər: zəhmətkeşlərin ədalət tələb edərək ictimai şuralar təşkil etdikləri məhəllələrdə tərəfdar toplamaq üçün miskin yemək yığını paylanıb.

8. Xoşagəlməz ölkələrdə “demokratiyanın irəlilədilməsi” şüarı altında xalq etirazları törətmək;

USAID-a Rusiyada, Bolivar alyansı ölkələrində (Boliviya, Kuba, Ekvador, Dominikan, Nikaraqua və Venesuela) və Burkina Fasoda fəaliyyəti dayandırmaq təklif olunub. Sonuncu ölkənin prezidenti Tomas Sankara Fransanın törətdiyi dövlət çevrilişi nəticəsində devrilib və müstəqillik kursu apardığına görə 1987-ci ildə öldürülüb. Afrikanın ən inkişaf etmiş ölkələrindən biri Liviya belə “qurtuluş”un daha bir parlaq örnəyi oldu.

9. Özünün, guya, siyasətsizləşdirilmiş (idman, musiqi və s.) KİV-lərini yaratmaq, bazar iqtisadiyyatı, fərdiyyətçilik, istehlakçı kultu və s. ideyalarını şüuraltına yeritmək;

USAID 2010-cu ildə İberoamerika Telekommunikasiya Təşkilatı (OTI) vasitəsilə Kubada ZunZuneo-ya (Kubada sosial şəbəkə-red.) messencer daxil edib. USAID istifadəçilərin şəxsi məlumatlarını toplayaraq paralel şəkildə etiraz aksiyaları üçün sosial şəbəkələrdəki özgə cür düşünənləri səfərbər etməyə çalışıb. USAID-ın daha bir strukturu “Creative Associates International Inc.” (CAII) gəncliyin cəlb edilməsi üçün reperlərin fəaliyyətindən faydalanıb.

10. Müharibə nəticəsində dağıntılara böyük subsidiya almaq;

ABŞ 2017-nin martında Mosulda bir binanı “səhvən” bombalayaraq 105 dinc iraqlını öldürüb. USAID bundan iki gün qabaq İraqın bərpasına yenidən pul buraxılması üçün tələb göndərib. Bu, şüşəsalanların şüşə dəyişmək sifarişi almaq üçün qonşuların şüşəsini qəsdən sındırdıqları halı yada salır.

Müharibə və yoxsulluq bu qədər gəlirli olmasaydı, onları artıq çoxdan qadağan edərdilər.

Tərcümə Strateq.az-ındır.