XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

26 Fevral 2016 - 17:34

Putindən sensasion bəyanat:“Təpə dalındakı düşmənlərimiz seçkilərə müdaxiləyə hazırlaşır”

putin-v

 

“Düşmənlərimiz payızda Dövlət Dumasına keçirləcək seçkilərə müdaxilə etməyə hazırlaşırlar”.

 

Strateq.az bildirir ki, bu sensasiyalı bəyanatı Rusiya prezidenti Vladimir Putin bu gün Federal Təhlükəsizlik Xidmətinin Kollegiyasında çıxışı zamanı səsləndirib. Putin bildirib ki, onun əlində bununla bağlı mötəbər informasiyalar var: “Mən sizin təqdim etdiyiniz sənədləri oxuyuram. Təəssüf ki, bizim qarşıdan gələn seçkilərə “təpə dalında gizlənmiş” düşmənlərimiz də hazırlaşır. Ona görə hamı bilməlidir ki, biz öz maraqlarımızın müdaifəsi istiqamətində çalışacağıq”.

 

Rusiya prezidentinin sözlərinə görə, Dövlət Dumasına keçirilən seçkilərə xaricdən olan hər hansı müdaxilə cəhdinə dövlətin suverenliyinin pozulması kimi baxılacaq: “Bütün konstruktiv siyasi qüvvələr maraqlı olmalıdır ki, seçkilər qanunauyğun, açıq rəqabət şəraitində keçirilsin. Seçkinin nəticələri obyektiv olmalı və vətəndaşların real mövqeyini ortaya qoymalıdır”.

 

Putin FTX qarşısında yeni vəzifələr də qoyub: “Milli, dini, radikal şüarlardan istifadə edənlərin fəaliyyətinin qarşısının alınması üçün bütün addımlar atılmalıdır. Xaricdən seçkilərə müdaxilə cəhdinə imkan verilməməlidir”.

 

X.SƏFƏROĞLU

Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə