XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

26 Fevral 2016 - 20:42

Prezidentin kürəkəni, dostu, dostunun oğlu…– Rusiyanın milyardları kimlərin cibinə axır? (FOTO, VİDEO)

putin

 

 

BBC-nin Rusiya prezidenti Vladimir Putinin korrupsiya yolu ilə əldə etdiyi milyardlardan bəhs edən sənədli filmindən sonra Kreml rəhbərinin "yuxusunu qaçırdacaq" növbəti videomaterial hazırlanıb. Bu dəfə Putin korrupsiyasını ifşa edən tanınmış rusiyalı müxalifətçi Aleksey Navalnıydır. 

 

Navalnıy büdcə pullarının «dövlət sifarişi» adı altında və Putinin "xeyir-duası" ilə kimlərin cibinə axdığını araşdırıb.
 

 

İqor Rotenberq

 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, büdcə korrupsiyasını ifşa edən videomaterial «Dövlət sifarişlərinin şahları» adlanır. Videodan məlum olur ki, Rusiyada dövlət sifarişlərini əsasən prezident Vladimir Putinin yaxın ətrafı alır.

 

 

Kiril Şamalov

 

Putin onların 2016-cı ilin dövlət büdcəsindən nə az, nə çox – 1,3 trilyon (17 milyard dollar) rubl həcmində vəsait almasına şərait yaradıb. 

 

Gennadiy Timçenko

 

«İlk beşliyə» düşənlər isə bunlardır: Putinin yaxın dostunun oğlu İqor Rotenberq (112 milyard rubl), Putinin kürəkəni Kiril Şamalov (148 milyard rubl), Putinin dostu Gennadiy Timçenko (161 milyard rubl), Putinin dostu Arkadiy Rotonberq (555 milyard rubl). 

 

 

Arkadiy Rotonberq

 

Navalnıy bildirir ki, Putin hökumətinin korrupsiyalaşdığını sübut etmək üçün tək bu faktlar kifayət edir: «Putin iqtidarının korrupsiyalaşdığını isbat etmək üçün daha hansı sübutlar lazımdır? Putin korrupsiyanın iştirakçısı yox, onun təşkilatçısıdır. Və əsl «mafiya» başçısıdır». 

 

 




Yuxarı Əvvələ Ana Səhifə