XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 March 2019 - 19:37

TÜRKİYƏ, NƏHAYƏT, SURİYAYA DƏSTƏK VERDİ:Tramp Ruisyanın deyil, İsrailin casusu çıxdı – Təhlil

Hüseyin Vodinalı

Aydınlık (Türkiyə), 27.03.2019

 

İki Tramp var.

Birincisi – seçkiyə qədərki, “Bütün dünyaya səpələnmiş hərbçilərimizi qaytaracaq və ölkənin işlərilə məşğul olacağıq” deyən barışsevər Trampdır.

O biri seçkilərdən sonrakı, getdikcə Hitleri daha çox xatırladan faşist və qırğı Trampdır.

Bütün işlər isə ABŞ isteblişmentinin Amerika və dünya iqtisadiyyatını yönəltdiyi “böyük pullar” əməliyyatındadır.

Neokonlar (yeni mühafizəkarlar-red.) Hillari Klintonun seçkilərdə məğlubiyyətindən bəri başqa taktika hazırlayıblar.

Rusiya ilə əlaqələr deyilən məsələ üzündən Trampı küncə qovaraq Amerika himnini yanlış oxumağa vadar ediblər.

Trampın müşavirlərini – ağdərili irqçiləri (alternativ sağçıları) və millətçiləri neokonlar/incilçilər və sionistlərlə əvəz ediblər.

Axı Trampı tam ciddiliklə vəzifədən əl çəkməyə məcbur etməliydilər. Ölkəmizdəki “Ərgənəkon” / “Gürz” işi kimi bir sui-qəsd quraşdırdılar. KİV-lər, məhkəmələr, siyasilər bütün cəbhə boyu hücuma keçdilər. Trampın qollarını bükdülər.

Çin, İran, Suriya, Türkiyə, Venesuela və Rusiyanın üzərinə qısqırtdıqları “süst canavar”a çevirdilər.

Trampın ipini çəkdilər (!) – 1996-da İsraillə işbirliyi haqda saziş bağlamağa vadar etdikləri Ərbakan kimi (1996-1997-də Türkiyənin baş naziri-red.).

Pentaqonun büdcəsini şişirdərək İŞİD-ə, Kürdüstan Fəhlə Partiyasına  dəstəyi yenə də artırdılar.

Tramp işin sionistlərdə bitdiyini çətin yoldan anladı.

Sionist damadını, incilçi neokon müşavirlərini işə qoşdu.

İsrailin əmrində amadə oldu.

Öncə Qüdsü İsrailin başkəndi kimi tanıdı.

 

Eyni zamanda Colan və Müller

 

Aa, bir də nələr gördük!

Trampın başına bəla, FTB-nin əski başçısı, yeni Özəl Səlahiyyətli prokuror Müller Trampın Rusiya ilə işbirliyində olduğuna dair bir dəlil tapılmadığını açıqladı.

2 il təpəsindən asılı qalan Damokl qılıncı yox oldu.

Eyni zamanda Colan açıqlaması gəldi.

Tramp öz ağlınca işğal altındakı Colan təpələrini Suriyadan alıb İsrailə verdi.

Yəni sui-qəsd nəzəriyyəsi deyil, gerçəklikdir.

Colan təpələri 1967-dən bəri İsrailin işgalında olan Suriya toprağıdır.

BMT tərəfindən belə tanınıb.

İsrailin qanundan qıraq “Hizbullah”a, Bəəsə, İrana qarşı ədavəti Tramp deyilən təlxəyin o məzəli imzasıyla böyük bir güc qazanmış oldu.

Dünyada savaş rüzgarları daha sərt əsməyə başladı.

Trampın Qüds və Colan qərarları böyük bir savaşın başlangıcıdır.

Colanın Suriyaya aid olduğunu vurgulayan Türkiyə də ilk dəfə bu nöqtədə Suriyaya dəstək vermə nöqtəsinə gəldi.

Zatən Türkiyə Suriya, İran və İraqın yanında olmalıdır.

Dünyada Amerika faşizminə qarşı böyük bir güc kimi duran Rusiya və Çinlə işbirliyidir.

Baxın, strategiya və geopolitika mütxəssislərimiz, admirallar Cem Gürdeniz və Soner Polat sürəkli xəbərdarlıq edirlər.

Türkiyəyə təhdid Suriyanın şimalından daha çox Şərqi Aralıq dənizindən yön götürür.

Amerikanın dövlət katibi Mayk Pompeonun Qüdsdə qatıldığı o məşum toplantı, ən azı, İran qədər Türkiyəni də hədəfə alır.

Yunanistan baş naziri Sipras, Kiprin yunan lideri Anastasiadis, İsrail baş naziri Netanyahu və Pompeonun bir araya gəldiyi sammit Rusiya-Türkiyə ittifaqına da əl uzadır.

Həmin Pompeo ölkəsinə dönəndən sonra deyib: “Tramp yəhudiləri İrandan xilas etmək üçün Tanrı tərəfındən göndərilib”.

(Hərbçilər içində qırğı və senator ikən Tramp tərəfindən MKİ başçılığına və ardınca dövlət katibliyinə gətirilən Pompeonun Amerikanın Kanzas ştatında İncilçi presviter kilsəsində keşiş köməkçisi işlədiyi və bazar günü məktəbində ibtidai sinif şagirdlərinə din dərsi verməyi də olub.)

Vay, təsəvvür edin, əziz oxucular!

Ən azı, Yeni Zelandiyadakı səlibçi terrorçu Tarrant qədər olmasa da, bu səviyyədə baxışlar.

Sözü çox çək-çevir etməyə ehtiyac yoxdur.

Sözdə Amerika millətçisi Tramp rus agenti deyil, zorən İsrail casusudur. ABŞ deyilən o imperilasit gəminin kapitan körpüsündə Trampın yerində kiçicik İsrailin baş naziri, çolaq ördək rolunda çıxış edən Netanyahu var.

Zaman-zaman dünyanı qana bələməklə varlığını sürdürən neft, silah və maliyyə industriyaları Trampın xəyanətindən mədət ummaqdadır.

Türkiyə qonşunu satmaqda çıxış yolu olmadığını artıq İraq və Suriyanın (hətta Liviyanın) işğalından və savaşlardan öyrəndi.

Güzəştlər kimi Netanyahunu dilə tutmaq, Trampla uzlaşmaq çıxış yolu deyil.

Artıq güclü olmaq və dirənmək var üfüqdə.

Bunun üçün də milli birlik hokuməti gərəkdir.

Baş Qərargah rəisimizin yeri NATO-da S-400/F-35 görüşləri keçirmək deyil, Şamda Suriya, İraq və İran baş qərargah rəsilərinin toplantısı olmalıdır.

Tərcümə Strateq.az-ındır.