XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

01 Aprel 2019 - 11:59

MÜXALİFƏTLƏ DİNC YANAŞI YAŞAMAQ –Ərdoğan hökuməti bunu bacara biləcəkmi?

“Əl-Monitor”, 01.04.2019

 

Bələdiyyə seçkilərinin ilkin nəticələrinə görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Ankaraya nəzarəti itirib və İstanbulda ciddi rəqabətlə üzləşib. Paytaxtda ana müxalifətin – Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbərlik etdiyi ittifaqın namizədi Mansur Yavaş qalib gəlib. Türkiyənin ən böyük şəhəri və ticarət mərkəzi olan İstanbulda müxalifət namizədi Əkrəm İmamoğlu, Türkiyənin Yüksək Seçki Qurumu tərəfindən açıqlanmış son məlumatlara görə, sabiq baş nazir Binəli Yıldırımı üstələyir.

Rəcəb Tayyib Ərdoğan ötən il geniş icra hakimiyyəti səlahiyyətləri əldə edib. Bu, ona birtərəfli qaydada verilmiş etimad kimi qəbul edilir.

Bələdiyyə seçkilərinin nəticələri mərkəzi hökumətə birbaşa təsir göstərmir, amma xüsusilə hökumətə qarşı etiraz və hiddət kimi qəbul edilir. Xüsusilə də, son üç ildə vurğulanan ən yüksək dərəcəyə çatan işsizlik səviyyəsi və iqtisadi böhrana görə.

İyun ayının 24-də keçirilən seçkilərdə iştirak səviyyəsi ilə müqayisədə (87,5%) bələdiyyə seçkilərinə seçicilərin təxminən 83%-i qatılıb. Bu, Türkiyənin Anadolu xəbər agentliyinin məlumatıdır. Rəylərə əsasən, tərəfsiz qalanla AKP-dən məyus olanlardır.

İstanbulun simvolik mənası: İstanbulda məğlubiyyət AKP üçün dönüş anı ola bilər. Ərdoğanın hakimiyyət yüksəlişi 1994-cü ildə bələdiyyə başçısı seçilməsi ilə İstanbulda başlayıb. Rəmzi əhəmiyyətindən başqa, 15 milyondan çox adamın yaşadığı Türkiyənin sənaye və ticarət mərkəzinin – İstanbulun itkisi AKP-ni seçicilərdən xeyir-dua almaq və partiyanın bazasını genişləndirməkdən, habelə bol iqtisadi resurslardan məhrum edir.

Hazırkı nəticələr Ərdoğanın qütbləşdirmə mövqeyi və müxalifətə qarşı misli görünməmiş hücumlarının səmərəsizliyini göstərir. O cümlədən seçkilərin “ölkənin ölüm-dirim məsələsi” olması, müxalifətin xarici düşmənlərlə əlbirliyi ittihamları və s. bəyanatları nəzərə alaraq. Ərdoğan hətta CHP-ni “terroristlər”lə əməkdaşlıqa ittiham edib, Xalq Demokrat Partiyasını (HDP) qanunsuz Kürdüstan İşçi Partiyası (PKK) ilə eyniləşdirib.

HDP, Ankara və İstanbul da daxil olmaqla, böyük şəhərlərdə CHP-nin ittifaqını dəstəkləyib.

Seçki sürprizləri: çox təəccüblü nəticələrdən biri Türkiyənin əsasən kürdləri yaşadığı cənub-şərqi bölgəsində HDP-nin, Bingöl, Bitlis və Şırnak da daxil olmaqla, bir neçə əvvəlki qalalarını itirməsidir.

“Onlardan bəziləri mühafizəkar şəhərlərdir, – tanınmış jurnalist İrfan Aktan “əl-Monitor”a bildirib. – Bu şəhərlərdə AKP-nin mühafizəkarlığına ümumi meyl var”.

Ancaq Diyarbəkirdə kürd partiyası böyük zəfər qazanıb.

Seçkidən sonra: Türkiyənin iqtisadi böhranı hökumətin əsas problemini önə çıxarır. Seçki təzyiqlərindən azad olan rəsmi Ankaranın qənaət tədbirlərini planlaşdırması və xarici investorların etibarını bərpa etmək üçün ABŞ və digər Qərb gücləri ilə gərginliyi azaltmağa çalışacağı gözlənilir.

Ərdoğanın müxalifətin qalibiyyətini necə qavraması mühüm məsələdir. O, müxalif bələdiyyə başçılarını hakimiyyətdən kənarlaşdırmaq təhdidlərini gerçəkləşdirsə, investorları qorxudacaq və iqtisadiyyatı şoka salan siyasi təzyiqlər yaranacaq.

Hər halda, müxalif bələdiyyə başçıları hökumətlə yanaşı yaşamaq naqolaylığı ilə üz-üzədir. Ərdoğan artıq rəsmi Ankara ilə “uyğun olmayanlar”ın “sabah iflas edəcəyi” barədə xəbərdarlıq edib.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə