XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

03 Aprel 2019 - 13:48

Amerikanın gerçəkləşən “Böyük Yaxın Şərq” layihəsi:İRANIN DÜŞDÜYÜ ÇIXILMAZ DURUM – Analitik araşdırma

Amerikanın dünyanın geopolitik mərkəzi sayılan Yaxın Şərqdə son illərdə yürütdüyü sərt və dolaşıq siyasət ciddi nəticələr verməkdədir və bu proseslər qonşu İrana (ehtimal ki, Cənubi Qafqaza da) ciddi təsirsiz ötüşməyəck. voltairenet.org saytının qurucusu və daimi müəllifi Tyerri Meysanın bu yöndə araşdırmasını oxucularımıza təqdim edirik.

Birləşmiş Ştatlar öz hərbçiləri iştirak etmədən Yaxın Şərqin yenidən qurulmasına hazırlaşır. O, İranın son beş ildə yol verdiyi yanlış hesablamadan yararlanmaq və musəvilərlə sünnilərin şiələrə qarşı yönələn və mətbuatda “ərəb NATO-su” adlandırılan hərbi alyansını yaratmaq niyyətindədir.

Ağ Ev Pentaqonun “Böyük Yaxın Şərq”i tərk etdiyi və Karib hövzəsinə yol aldığı bir vaxtda bu bölgədəki müttəfiqlərini yenidən təşkil etməyə hazırlaşır…

 

Elliott Abramsın siyasətə qayıdışı

 

ABŞ-ın dindən siyasi məqsədlər üçün necə istifadə etdiyinə baxanda laqeyd qalmaq çətindir. 30 illik yoxluqdan sonra Elliot Abramsın ABŞ Dövlərn Departamentinə qayıdışı ilə xarici siyasətdə dindən istifadə daha da güclənəcək. 1980-ci ildə prezident Reyqanla dostlaşan trotskiçi Abrams yeni mühafizəkarlar hərəkatının qurucularından biridir. O habelə siyasi ilahiyyatın, yəhudiləri sionist xristianlara bağlayan ideologiyanın – buna əsasən, Qüdsdəki dünya hökuməti hamını idarə edəndə Yer kürəsində sülh olacaq – təşəbbüsçülərindən biridir.

Yeni mühafizəkarlar yayılmış ideyaya zidd olaraq nə İranın düşməni, nə də kiminsə müttəfiqidirlər. Onlar hesab edirlər ki, ərəblər və farslar arasında güc balansını dəstəkləmək gərəkdir. Məsələn, Elliott İraq tərəfdən hücuma (bunu Vaşinqton sifariş etmişdi) qarşı əks-təsir üçün İsrail silahının şeyx Həsən Ruhani (İranın indikdi prezidenti) vasitəsilə (bundan sonra ölkəsində ən varlı adam olan) ayətullah Haşimi Rəfsəncaniyə satışı üzrə “İran-Kontras” əməliyyatına qatılıb. Bu əməliyyat Konqresdən xəbərsiz keçirilmişdi, buna görə də Elliott Abrams həbsə məhkum edilmiş, sonradan böyük Buşun administrasiyası tərəfindən əfv edilmişdi.

O, bütün bu müddətdə Qvatemala, Salvador və Nikaraquada kütləvi qırğınlarda iştirak edib.

Amerika yəhudi komitəsinin ruporu “Commentary” dərgisindəki trotskiçilər – hansı ki Elliott kimi Reyqanla dostlaşmışdılar – Lev Trotskinin İosif Stalinlə mübarizəsini davam etdirərək SSRİ-yə qarşı mübarizə aparamaq və dünya inqilabı konsepsiyası mənadan məhrum deyildisə, bunu etmək niyyətinədydilər.

Bundan başqa, Elliott (humanitar yardım görüntüsü altında imperializmi yeridən) Amerika Sülh İnstitutunun və (rəngli inqilabları həyata keçirən), indiyədək direktorlarından biri olduğu demokratiya uğrunda Milli Fondun yaradılmasında iştirak edib. Yəni siyasi ilahiyyata bütün dünya üzərində hakimiyyəti ələ keçirməyə dini bəraət kimi baxmaq gərəkdir.

İspaniya ədliyyəsinin məlumatına görə, siyasi ilahiyyatçıların Təsis Qurultayı o zaman Mixail Çernoy, Oleq Deripaska və İskəndər Mahmudovun daxil olduqları İzmaylovsk MCQ (mütəşəkkil cinayətkar qrup-tərc.) tərəfindən maliyyələşdirilib.

Abrams kiçik Buşun prezidentliyi dönəmində duyulmadan Ağ Evə qayıdır və (vitse-prezident Çeyninin qızı) Liz Çeyninin başçılığı altında çalışır. O, Milli Təhlükəsizlik Şurasında Venesuelada prezident Uqo Çavesə qarşı dövlət çevrilişinə nəzarət edib. Sonradan eyni zamanda talibləri və Səddam Hüseyni uzaqlaşdıraraq Tehrana bölgəsəl dövlətə çevrilmək imkanı verən Vaşinqtonun yaratdığı disbalansa qarşı çıxış edib. O, İran və Suriyada siyasət və əməliyyatlar üzrə Qrupun (Iran Syria Policy and Operations Group) tərkibində işləyib, sonra “Kürəsəl demokratiya strategiyası” təşkilatına başçılıq edib. O habelə 2006-da İsrailin Livana qarşı savaşı zamanı milli təhlükəsizlik üzrə müşavir Kondoliza Raysın yanında baş ekspert idi.

 

Varşava konfransı

 

“Dinc gələcək və Yaxın Şərqin təhlükəsizliyi” nazirlər heyəti konfransında həmsədrlər ABŞ dövlət katibi Mayk Pompeo və Polşa hökuməti sədrinin bu məsələdə tamamilə səriştəsiz müavini Beata Şidlo olub.

İsrail bundan sonra Suriyaya qarşı savaşda ölkələrin iştirakının hər cür təşviq edildiyini nəzərə almaqla Suriyaya qarşı apardığı və şərh etməkdən indiyədək imtina etdiyi əməliyyatlara görə məsuliyyəti öz üzərinə götürüb. İsrail müdafiə ordusunun Baş Qərargah rəisi Qadi Eyzenkot bildirib ki, yəhudi dövləti lap əvvəldən cihadçılara əl tutub, onları silahla təchiz edib və Suriya hökumət qoşunlarına hava zərbələri endirərək onlara hərbi dəstək verib. Yəni son səkkiz il boyunca dediklərimiz indi rəsmi bəyan olunub. Moskva Varşavada qəbul edilə biləcək qərarlardan narahat olub Təl-Əvivə təmsilçilik heyəti göndərmişdi ki, İsraili yoxlasın.

 

İranın yanlış hesablamaları

 

Yada salaq ki, Birləşmiş Ştatlar İranın özünə qarşı heç vaxt döyüşməyib, həmişə hakimiyyətə öz adamını gətirməyə çalışıb. Məsələn, 1941-də Rza şahı devirmək və Məhəmməd Rza Pəhləvini hakimiyyətə gətirməkdə britaniyalılara yardım edib. O 1953-də şahı millətçi Məhəmməd Müsəddqidən imtina etməyə və yerinə nasist general Fəzlulla Zahidini qoymağa vadar edib. 1979-da şahı hakimiyyətdən imtinaya məcbur edib və ayətullah Ruhullah Xomeyninin qayıdışını təşkil edib və s.

İran bu gün öz ziddiyyətlərinin təsirindədir. Hər şeydən qabaq, nə deyildiyi və nə edildiyinin arasında. İslam Respublikası İsrail və Səudiyyə Ərəbistanını mütləq düşmən kimi təqdim etməyi dayandırmır. Amma faktlar həm İranın, həm də Təl-Əviv və Riyadın ritorikasına qarşı çıxır. Məsələn, hər üç ölkə 1992-1995-ci illərdə Bosniya-Herseqovina müsəlmanları ilə birlikdə NATO tərəfində çıxış edib. Və yaxud Eylat-Aşkelon neft borusunu aparan CEAP şirkəti İran və İsrailin ortaq mülkiyyətidir.

İkincisi, İranın bəzi liderləri İnqilab Liderini (ayətullah Əli Xamnəini) və ya Respublikanın prezidenti Həsən Ruhanini dəstəkləyir, başqaları müxalifət liderini (respublikanın bir il ərzində ev dustaqlığında olan, əsas tərəfdfarlarının isə qapalı məhkəmələrin hökmüylə həbs cəzası çəkən  keçmiş prezidenti Mahmud Əhmədinejadı) dəstəkləyirlər.

Prezident Obama Əhmədinejadın ikinci mandatının sonunda Rəfsəncani-Ruhani komandasıyla gizli danışıqlar aparıb. Nəticədə nüvə proqramı üzrə saziş bağlanıb. Ayətullah Xamnəi prezident seçkilərində ayətullah Əhməd Cənnətinin yardımıyla Əhmədinejadın namizədliyini ləğv etdi və şeyx Ruhaninin seçilməsinə şərait yaradaraq, ola bilsin, bu zaman Amerika demokratlarıyla gizli sazişin bəzi yönlərinə məhəl qoymayıb. Ruhani irəli qaçaraq seçicilərə sanksiyaların götürüləcəyi və xoşbəxt gələcəyin yaxınlaşacağını vəd edib. Amma seçiləndən sonra sanksiyalardan yan keçmək sistemini pozub və özünü elə göstərib ki, artıq ABŞ-la sazişdə həll edilmiş məsələlər üzrə İsveçrədə böyük dövlətlərlə danışıqlar aparır. 5+1 sazişi imzalandıqdan sonra belə də sanksiyaların götürülməsi gəlmədi. İran iqtisadiyyatı sanksiyalardan yan keçmək imkanına malik olmadığından çökdü. Donald Tramp Ağ Evə gəldikdən bir an sonra İranla sazişi pozdu, bu da Ruhaninin komandasına çaxnaşma saldı. Sonuncu yeni prezidentin çox duruş gətirməyəcəyini və demokratların yenidən hakimiyyətə gələcəyini hesab edərək səhv buraxdı. Donald Trampın danışıqlar aparmaq təklifini rədd etdi və İran bu gün iqtisadi baxımdan boğulub.

2013-cü il kampaniyası zamanı ölkəsinin Fəlsətinin azad edilıməsi və “Hizbullah”a dəstək üçün bir rial da itirməli olmadığını həmişə vird edən şeyx Həsən Ruhani seçiləndən sonra heç bir tədbir görmədi. İnqilab Keşikçiləri Suriyanı qorumağı buraxdı və yalnız şiə azlığın maraqlarını qorumaq gərəkəndə Dəməşqə yardım etdilər.  Dəməşqdə, demək olar, iki il İran səfiri olmayıb. Yalnız 2018-də İran hökumətinin məsul işçiləri Suriyaya göndərilib. O zaman beş illiyə kredit verilməsi haqda saziş imzalanıb, amma bu, suriyalıların indiki ehtiyaclarına əsla uyğun gəlmir. Prezident Həsən Ruhani ayətullah Əli Xamnəini İnqilab Keşikçilərini Suriyadan çıxarmağa vadar etmək üçün (müttəfiqlərinin çox gözəl münasibət saxladıqları) Türkiyə və Rusiya ilə münasibətləri yoluna qoydu. Şeyx Ruhani isə Rusiya karbohidrogenlərinin əvəzinə Avropaya İran neftinin tədarükü haqda Birləşmiş Ştatlar və Avstriya ilə danışıqlar apardı. Hər necə olsa da, hər üç ölkə öz baxış nöqtələrini yaxınlaşdırdı. Lakin Tehranda prezidentlər Vladimir Putin və Rəcəb Tayib Ərdoğanla son görüş uğursuz bitdi. Bunun ardınca bütün fikir ayrılıqlarının İransız həll edildiyi Rusiya-Türkiyə görüşü oldu.

İranın iqtisadi və maliyyə çətinlikləri İnqilab keşikçilərinə İraq və “Hizbullah”ın silahlı birləşmələrinə əl tutmaq imkanı vermir. Sonuncu öz kombatantlarının (döyüşənlərin-red.) pulunu vermək iqtidarında deyil. Yanvarda onlara nəzərdə tutulan məbləğin yalnız 60%-i ödənilib. Budur, İsrail Suriyada İran hədəflərinə artıq bir neçə aydır hava zərbələri endirir, bu zaman Rusiya HHM onlara yardıma gəlmir. Moskva son bir neçə həftədə Dəməşqə S-300 ZRK tədarük edib və ölkənin hava hücumundan müdafiəsini təmin etməyə söz verib. Bununla yanaşı, İsrailin İran birləşmələrinin bombardman etməsi sürür. Türkiyənin “Anadolu” agentliyinə əsasən, yanvarda Suriya ərəb ordusunun iki bölməsi bir-biriylə döyüşə girib. Birinci bölmədə Rusiya, ikincidə isə İran müşavirləri olublar.

Varşava konfransı ABŞ-da demokratların Nümayəndələr Palatasında çoxluğu tutduğu bir vaxtda baş tutub. Amma onlar şeyx Ruhanini xilas etməyəcəklər. İstisna deyil ki, onun ölkəsi siyasətdə buraxdığı səhvlərə görə baha bədəl ödəyəcək.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə