XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Aprel 2019 - 10:25

Netanyahu Moskvaya niyə getmişdi? –KREML İSRAİLLƏ SURİYAYA DAİR SÖVDƏLƏŞMƏNİN RƏSMİLƏŞDİRİLMƏSİNİ İSTƏYİR

Maksim Suçkov

“Əl-Monitor”, 04.04.2019

 

İsrailin baş naziri Binyamin Netanyahu son üç ayda Rusiya paytaxtına ikinci səfərini gerçəkləşdirib. Fevral ayının sonunada həyata keçən səfərdə Netanyahu və prezident Vladimir Putin Rusiya-İsrail münasibətlərindəki “təyyarə böhranı”nı kənar qoyaraq, iki liderin arzu etdiyi səviyyədə ikitərəfli koordinasiyaya doğru ilk addımı atıblar.

Həmin görüşdə Netanyahu İkinci Dünya müharibəsi dövründə Leninqrad (müasir Sankt-Peterburq) müdafiəçilərinin abidəsinin açılışı üçün Putini İsrailə dəvət edib.

Bu dəfə, parlament seçkilərindən beş gün əvvəl Netanyahunun Rusiyaya səyahəti təkcə Putinlə danışıqlara müsbət yanaşmasından irəli gəlmir: seçki gərginliyi yüksəlir və Suriyada İranın varlığı İsrail üçün daha çox narahatlıq doğurur, Netanyahu İsrailin seçicilərinin bir milyonunu təşkil edən rus-yəhudi köçkünlərinin qəlbini ovsunlamaq istəyir, çünki onlar sabiq müdafiə naziri Aviqdor Libermanı, Yisrael Beytenunu dəstəkləyirlər. Bundan başqa, məqsəd İsrailin Suriyadakı mövqeləri üçün əlverişli şərtləri müzakirə etmək, o cümlədən orada İranın qüvvələrinə qarşı mübarizə aparmaq, Tramp və Putinlə yaxşı əlaqələr quran bir sıra həssas beynəlxalq liderlərdən biri imicini gücləndirməkdir. Axı İsrail həm Rusiya, həm də ABŞ-ın milli təhlükəsizlik marağı ilə manipulyasiya edən yeganə ölkədir.

Vaşinqtona etdiyi son səfərindən bu yana Netanyahunun Moskvaya səfəri onun ikinci böyük kampaniyası sayıla bilər. Üstəlik, Trampın Colan Təpələri ilə bağlı son qərarı da Putin-Netanyahu danışıqlarını aktuallaşdırıb.

Putin üçün 2015-ci ilin dekabrından etibarən israilli səlahiyyətli ilə keçirilən 13-cü görüşün öz əhəmiyyəti var idi. Suriya yavaş-yavaş müharibədən sonrakı mərhələyə keçir, o, siyasi həll prosesindən, qaçqınların geri qaytarılmasından siyasi cəhətdən daha təhlükəli aktivlərə yönəlib: İsraillə İran arasında vasitəçilik və Türkiyə-Suriya böhranı. Həm də aprelin 8-də prezident Rəcəb Tayyib Ərdoğanın da Mokvaya səfəri gözlənilir.

Putin və Netanyahu yaxşı əlaqələrə malikdir və bir-birlərinin maraqlarını bilirlər. Netanyahu ilə söhbətində Putin deyib: “Nazizmə qarşı mübarizə aparmış və Avropa xalqlarını, o cümlədən yəhudi xalqını əsarətdən xilas edən Qırmızı Ordu əsgərlərinin xatirəsini əziz tutma siyasətinizi yüksək qiymətləndiririk”. O əlavə edib: “1982-ci ildə öldürülən və itkin düşmüş sayılan İsrail zabiti Zaxari Baumelin eyni taleyi yaşadığına inanıram. Bildiyiniz kimi, hərbi personalımız və onların Suriya tərəfdaşları Baumelin qalıqlarını tapıblar. Artıq onun ailəsi məzarına çiçək qoya biləcək”.

İki il bundan əvvəl Netanyahu Putinə 37 il əvvəl Livanda itkin düşmüş Baumelin cəsədini tapmaqda kömək istəyib. İndi cəsəd Rusiya Müdafiə Nazirliyindəki təntənəli mərasimlə Netanyahuya təqdim olunub.

Putinin sözləri Netanyahunun da Rusiya rəhbərliyi ilə əlaqələrin inkişaf etdirilməsi üçün suriyalılarla əməkdaşlıq təklifidir.

Baş nazir deyib: “Cənab prezident, bu dəyərləri İsrailə bölüşən mövqeyiniz və Rusiyanın mövqeyinə görə, şəxsi dostluğunuz üçün sizə səmimi-qəlbdən minnətdarıq. Rusiya Müdafiə Nazirliyinə və Rus Ordusuna minnətdarlığımızı bildiririk. Tarixə yazılacaq bu xidməti heç vaxt unutmayacağıq”.

Bununla belə, Müdafiə Nazirliyi ötən ilin sentyabr ayında casus təyyarəsinin vurulmasını hələ də İsrailin təxribatı hesab edir. Putinin Netanyahu ilə söhbəti gündəlik ikitərəfli koordinasiyanın yeni mərhələyə keçirilməsi istəyini əks etdirir.

Rusiya və İsrail Suriyada 2015-ci ildən etibarən mövcud şifahi müqaviləni gündəmə gətirmək üçün danışıqlar aparır. Rus təyyarəsinin vurulmasından sonra Moskva Suriyada şübhəli İran hədəfləri ilə bağlı İsrailin hücumları barədə becid xəbərdarlıq tələb edir. Ruslar həm də müqavilənin qarşılıqlı güvən əvəzinə, yazılı və imzalanmış olmasını istəyirlər.

İsraillilər, öz növbəsində, “qanadlarının qırılması”ndan narahatdırlar. Təl-Əvivdəki qaynaqları deyir ki, əslində, İsrail müqavilənin rəsmiləşdirilməsinə qarşı deyil, amma Rusiyanın İrana dair mövqeyi dumanlıdır, bu, həll olunmayan konkret şərtlərin müzakirəsini çətinləşdirir.

Fevral ayında Putin və Netanyahu Suriya ərazisindən xarici qüvvələrin tədricən çıxarılmasına dair işçi qrupu yaratmağı qərara alıb. Ancaq hər bir tərəf üçün nəticə bir qədər fərqli ola bilər: İsrail üçün, eynilə ABŞ üçün olduğu kimi, Suriyadakı əsas problem İrandır, amma Rusiya Amerikanın varlığını qeyri-sabitlik mənbəyi kimi görünür. Yəni bu, Moskva İranın Suriyadakı varlığının, xüsusilə də Rusiyanın öz maraqlarına zidd ola biləcəyi və ya geosiyasi gərginlik qaynağı ola biləcəyindən nəzərdə tutulan təşəbbüslərə müqavimət göstərəcəyi mənası vermir. Ancaq Moskva ABŞ-ın nəfinə siyasi və təhlükəsizlik balansı yaratmaq və ya Rusiyanın Suriyada gördüyü işi təhdid edəcəyini üçün İsrailin tələblərini səmimi qarşılamır.

Rusiya, İsrail, Suriya və bəlkə də amerikalılar, iranlılar və türkləri bir araya gətirən hərtərəfli işgüzar qrup fikri, Putinin sözlərinə görə, “Suriyada bütün terror ocaqlarının söndürülməsi, bütün xarici qoşunların Suriyadan çıxarılması, dövlətin suverenliyinin tam şəkildə bərpa edilməsinə” yönəlməlidir.

2017-ci ilin yanvarında Moskva və Şam arasında imzalanmış müqaviləyə əsasən, Rusiyaya 49 illiyə Tartus dəniz bazasını istifadə edəcək, yəni xarici qoşunların ölkədən çıxarılması ona şamil olunmur.

Astana formatı hətta ən qeyri-adi aktyor kompozisiyalarını göstərməsə də, müasir həqiqətlər bu mərhələdə bütün xarici aktyorların gəmidə olma ehtimalı və nəticədə qeyri-məhsuldar olduğunu sərgiləyir. Moskva, güman ki, İsrail, Suriya və İran üçün ayrı-ayrı işçi qrup yaradacaq və ikitərəfli əlaqələr vasitəsilə stimullar yaratmağa davam edəcək.

Tərcümə: Strateq.az