XƏBƏR LENTİ

18 Yanvar 2021

Digər Xəbərlər

06 Aprel 2019 - 19:42

NATO TÜRKİYƏYƏ SAHİB ÇIXIR –ABŞ-la gərginliyin götürülməsi üçün Ankara son şərtlərini açıqlayıb - TƏHLİL

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 06 aprel 2019-cu il

 

Atlantik Şurası adlı düşüncə mərkəzi NATO-nun mövcud durumunun diskussiya edildiyi bir toplantı təşkil edib. Çavuşoğlu daxil olmaqla, alyans üzvü olan ölkələrin xarici işlər nazirləri şəhərdə görüşüblər. NATO Baş katibi Stoltenberq də bu toplantı ilə əlaqədar Vaşinqtona gəlib və Prezident Trampla Ağ Evdə görüşüb. Sonra da ABŞ Konqresinin birgə iclasında üzvlər qarşısında çıxış edib.

 

Yeganə mövzu Türkiyə idi

 

Baş verən bütün bu hadisələrin ən həyati mövzusunun Türkiyə olduğunu söyləmək şişirtmə olmazdı. Türkiyənin Rusiyadan S-400 raket sistemi almağa hazırlaşması və bunun dünyanın ən güclü hərbi əməkdaşlıq təşkilatının ən önəmli iki üzvü – Türkiyə ilə ABŞ arasında sərt diskussiyaya səbəb olması hazırda NATO-da ciddi narahatlığa yol açıb.

NATO Baş katibi Stoltenberq, iki müttəfiq arasında gedən bu diskussiyanın daha da sərtləşmədən başa çatdırılmasını istəyir və bu düşüncəsini Prezident Trampa da çatdırıb.

Türkiyə də bu məsələyə bir həll yolu tapılmasına açıqdır və bu yöndə bir formul da təklif edib. Əslində, Pentaqon da bir həll yolu tapılmasını istəyir. Tramp da müsbət təkliflərə açıqdır, lakin Vaşinqtonda Türkiyəni mütləq qarşısına almaq istəyən güclər var. Onlar Konqresdə özlərinə yaxın olan üzvlərlə işləyərək, yaranmış problemə həll yolu tapılmasının önünə əngəllər çıxarırlar.

 

Badalaq yevangelistlərdən gəlir

 

Vitse-prezident Mayk Pens hazırda Türkiyəyə qarşı sərtlik tərəfdarı olan qrupun sözçüsü kimi çıxış edir. Bu üzdən, o, həmin toplantıda etdiyi çıxışda Türkiyəyə yönəlik təhdidkar üslubdan istifadə edib.

 

Türkiyənin təklifi

 

Son olaraq Türkiyə ABŞ-a məqbul davranıldığı təqdirdə, problemin həllinə yol aça biləcək bir formul təklif edib.

Bu formula əsasən:

– Türkiyənin Rusiya ilə bağladığı S-400 razılaşması artıq bitmiş bir razılaşmadır, ondan geri dönüş ola bilməz;

– Türkiyə S-400 raket sistemini NATO sistemləri ilə əlaqəli şəkildə istifadə etməyəcək;

– əgər ABŞ Türkiyənin istədiyi şərtlərlə “Patriot” sistemi satarsa, yalnız bu sistemlər NATO sistemləri ilə əlaqəli şəkildə istifadə ediləcək, S-400-lər isə başqa yerlərdə, NATO sistemlərindən tamamilə kənarda və bizim nəzarətimizdə istifadə ediləcək, beləliklə, S-400 sistemlərinin F-35-lərin təhlükəsizlik sistemini ələ keçirməsi və ondan informasiyalar alması imkansız olacaq;

– bu sistemə nəzarət ABŞ-la birgə qurulacaq ortaq işçi qrupu tərəfindən həyata keçiriləcək.

Göründüyü kimi, Türkiyə təklif etdiyi formulla ABŞ-ın bütün etirazlarına cavab verən bir sistem irəli sürüb.

Pentaqondakı bəzi qruplar da bu sistemin belə işləyə biləcəyini və Türkiyənin F-35-lərin istehsal prosesində qalmalı olduğunu düşünürlər. Ancaq Türkiyəyə düşmən olan yevangelist dairələrə yaxın şəxslər bu məqbul təklifə belə müsbət cavab vermirlər və yenə Türkiyə ilə ABŞ-ın arasını pozmağa çalışırlar.

 

NATO Türkiyəyə sahib çıxır

 

NATO toplantısında iştirak edən üzv dövlətlər isə Türkiyə ilə alyans arasındakı əlaqələrin pozulmasının hazırda düşünülməməli olduğunu bildirirlər.

NATO-ya Rusiyadan ciddi təhdidlərin gəldiyini və xüsusilə bu mərhələdə, Qara dənizin hərbi önəminin artdığı bu günlərdə Türkiyə ilə münasibətləri korlayaraq ittifaqın təhlükəsizlik sistemlərinin pozulmasına yol açılamayacağını söyləyirlər.

Ancaq görünən odur ki, ABŞ hazırda bu məsələ ilə bağlı heç bir şeydən çəkinmir. “Qarşıdakı günlərdə bu durumun dəyişməsi imkanı varmı?” deyərək soruşsanız, cavabım “Təbii ki, var” olar. Ancaq bunun necə olacağı da hələ ki, məlum deyil. Çünki Vaşinqtonda məqbul düşüncə ilə hərəkət edilmir.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə