XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

07 Aprel 2019 - 12:32

PAŞİNYAN DEMOKRAT LİBASINI SOYUNUR:sosial şəbəkələrə və mediaya nəzarət Milli Təhlükəsizlik Xidmətinə tapşırıldı – Təhlil

Qarnik Gevorqyan

ru.1-in.am (Ermənistan), 06.04.2019

 

Baş nazir Nikol Paşinyan hökumət toplantısında feyknyus, yalan məlumat və informasiya manipulyasiyaları deyilən məsələyə toxunaraq MTX direktoru Artur Vanetsyana bu məsələylə məşğul olmağı tapşırıb.

Nikol Paşinyan “Bəli, ölkəmizdə söz və informasiya azadlığına zəmanət verilib, amma bəzi kriminal çevrələr ictimai rəyi manipulyasiya etməyə milyonlar itirirsə, onda bu, milli təhlükəsizlik məsələsidir” deyib və Artur Vanetsyana üz tutaraq əlavə edib: “Bu barədə söhbətimiz olub. Ümid edirəm ki, sizin xidmət bu baxımdan  konkret nəticələr təmin edə bilər. Belə deyək, sosial şəbəkələrdə bunun guya bizim inqilabımızla bağlı olduğunu göstərmək üçün o cümlədən keçmiş hakimiyyət təmsilçilərinə münasibətdə zorakılığa çağıran inqilabi bayraq altında çıxış edən feyklərə qədər. Bu sayaq manipulyasiyalar çox sərt əks-zərbə almalıdır. Düşünürəm ki, Ermənistan qanunvericiliyi, əlbəttə, söz və fikir ifadə etmək azadlığı hüququnu heç cür şübhə altına almadan belə bir imkan verir. Bu, keçə bilməyəcəyimiz qırmızı xətdir”.

Nikol Paşinyanın bu açıqlaması artıq sosial şəbəkələrdə coşğun münasibət hasilə gətirib. Demək olar, hamı bu fikirlə həmrəydir ki, baş nazirin MTX başçısına tapşırığı, özəlliklə güc qurumlarını və MTX-i bu məsələyə qatmaq xüsusən yolverilməzdir.

Əslində, yalan xəbərlər, feyknyus və informasiya manipulyasiyaları problemi kürəsəl müşküldür. İnformasiya texnologiyalarının və özəlliklə sosial şəbəkələrin inkişafı buna gətirib ki, pul xərcləyərək ictimai rəyi azdırmaq və yalan məlumat verməklə cəmiyyəti çaşdırmaq olar. Bu problemin həlli hələlik tapılmayıb. Xüsusən söz azadlığının ən ali və danılmaz dəyər sayıldığı inkişaf etmiş demokratik ölkələrdə də tapılmayıb. Avtoritar dövlətlərdə, xüsusən də müxtəlif dövlət qurumlarının informasiya meydanına və sosial şəbəkələrə müdaxilə cəhdi nəzərə alınmaqla repressiv üsullarla yalan məlumata və manipulyasiyaya qarşı əks təsir göstərməyə cəhd edən Rusiyada durum nisbətən özgədir. Son illərdə Rusiyada bu problemi tənzimləyən bir sıra qanunlar qəbul edilib.

Bəli, yalan, manipulyativ məlumat problemi Ermənistanda da var. Bəllidir ki, hakimiyyət opponentləri, birinci növbədə keçmiş sistemin təmsilçiləri bu imkandan yararlanırlar. Habelə aydındır ki, onlar bu məqsədə böyük məbləğdə pul itirirlər. Yəni Nikol Paşinyan problemin qoyuluşu baxımından tam haqlıdır. Amma onun bu vəzifənin həllini MTX-ə vermək üsulu yerindədirmi? Qətiyyən yox. Çünki, bir yandan, Milli Təhlükəsizlik Xidmətini yalan məlumat və manipulyasiyalarla mübarizədə təsəvvür etmək çətindir, o biri yandan, aydındır ki, şərti deyilsə, MTX sosial şəbəkələrə girsə, bu, heç bir yaxşı nəticə verməyəcək. Bu məsələdə özbaşınalıq ehtimalı son dərəcə böyükdür və MTX, ya da istənilən başqa bir qurum hər şeyi asanlıqla necəgəldi bir-birnə qarışdıra bilər. Və Paşinyan bunun söz azadlığına təsir etməməli olduğu haqda nə qədər bəyan etsə də, aydındır ki, MTX-in bu sahəyə qatılması söz və ifadə azadlığını pozacaq, çünki MTX hansı məlumatın mötəbər, hansının şübhəli olduğunu qət etdiyi andan kütlıəvi informasiya vasitələri və sosial şəbəkələr senzura obyekti olacaq. Bu, məqsədin nə dərəcədə düzgün  və səmimiliyindən asılı olmayaraq  qaçılmazdır. Buna görə də Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinə belə göstəriş verməklə istər-istəməz öz çıxışında keçilməsindən imtina haqda danışdığı qırmızı xətti keçib. Ümid etmək lazımdır ki, ictimai rəy bu məsələdə həlledici önəm kəsb edəcək və hökumət son nəticədə güc qurumları vasitəsilə saxta informasiya və manipulyasiyalarla mübarizə aparmaqda son dərəcə təhlükəli niyyətindən imtina edəcək. Biz təkrar edirik ki, bu problem dünyanın, demək olar, bütün ölkələrində var və demokratik dövlət kimi bu problemin həllinin axtarışındadır, Ermənistan da beləcə daha effektli və ən önəmlisi, söz azadlığını zərrəcə təhdid etməyən həll axtarmalıdır.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə