XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

09 Aprel 2019 - 17:45

Sabah rəsmi Ankara islahatlar planını açıqlayacaq –ƏRDOĞAN BEYNƏLXALQ VALYUTA FONDUNUN AYAĞINA GEDƏCƏKMİ?

Əli Küçükgöçmen, Conatan Spayser

Reuters”, 08.04.2019

 

Yerli seçkilərdə prezident Tayyib Ərdoğanın məğlubiyyəti Türkiyə iqtisadiyyatını sabitləşdirmək üçün lazımi ağrılı islahatların həyata keçiriləcəyinə dair investorların ümidlərini qırıb. Bunun əvəzinə o, siyasi bazası ilə qayğılanır.

İlkin nəticələrə görə, Ərdoğanın islamçı, 2002-ci ildən etibarən hakimiyyətdə olan AK Partiyası (AKP) paytaxt Ankara və işgüzar mərkəz olan İstanbulu 31 Mart seçkilərində itirib. AKP hər iki şəhərdə bülletenlərin təkrarən sayılmasını tələb edib.

Ərdoğanın kürəkəni, maliyyə naziri Berat Albayrakın bu həftə yüksək inflyasiya və kövrək valyutadan əziyyət çəkən iqtisadiyyatın canlandıracağına dair xarici investorları ümidləndirəcəyi gözlənir. Dövlətə məxsus Anadolu Xəbər Agentliyi açıqlamanın Çərşənbə günü ediləcəyini bildirib.

Ötənilki valyuta böhranından – lirənin dəyərinin təxminən 30 faizini itirməsindən sonra iqtisadçılar deyir ki, ixracı artırmaq, şirkətlərin borc yükünü azaltmaq və Mərkəzi Banka sərbəstik vermək üçün Türkiyənin üzərinə uzunmüddətli öhdəliklər götürməlidir.

Seçki kampaniyası zamanı Ərdoğan bildirib ki, AKP artıq iqtisadiyyatda islahatlara başlayacaq.

Ancaq bir çox analitik, xüsusilə seçkilərdən sonra geniş islahat planının şansına şübhə ilə yanaşır və ehtiyatlanır ki, AKP qısa müddətli təşviq tədbirlərinə gedəcək və bu, zəiflikləri daha da dərinləşdirə bilər.

“Credit Agricole”-də başlıca inkişaf etməkdə olan bazarlar üzrə strateq Giyom Treska bildirib: “AKP bazası daha çox böyümə, daha çox maliyyə tədbirləri, daha aşağı inflyasiya istəyir. Seçkilərdən əvvəl AKP məhz buna bənzər tədbirlər görüb və əgər Ərdoğan hələ də populyar olmaq istəyirsə, buna davam etməli olacaq. Konkret islahatlar gözləmirəm, bu, yalnız boş sözlər olacaq”.

 

Bum və iflas

Türkiyənin iqtisadi böhranının kökündə inşaatla bağlı bumu yaradan ucuz xarici maliyyələşmə illəri idi. Lirənin çökdüyü zaman firmalar borclarını ödəyə bilməyib və bu, borc verənləri və işçiləri iflasa məruz qoyub.

İqtisadiyyat keçən il tənəzzül halına gəldikdə, lirə sabitləşib və inflyasiya 25 faiz səviyyəsində 15 illik maksimuma çatıb.

Ancaq bir sıra xüsusi tədbirlər sərmayəçilərin narahatlığını yaradıb. Türkiyə öz valyutasını üzən kursa keçirib və ya Mərkəzi Banka faizlərin yüksək səviyyədə (sentyabrdan etibarən 24 faiz səviyyəsində) saxlanmasına imkan verib.

Çətin durumda olan türklərə bu il kömək etmək üçün hökumət ucuz meyvə-tərəvəz satışı pavilyonları qurub və bəzi mallar üzrə endirimlər tətbiq edib. Ötən ay lirənin çökməsi ilə mübarizə aparmaq üçün London valyuta bazarında lirəni maliyyələşdirmək naminə Mərkəzi Bankın ehtiyatlarından istifadə olunub.

“Bu, Ərdoğanın instinkti sağ qalmaqdır, –Türkiyə Mərkəzi Bankının sabiq icraçısı və hazırda Pensilvaniya Universitetinin professoru Nihat Bülent Gültekin bildirib. – Onların uzunmüddətli hədəflərinin olduğunu düşünmürəm. Bu, iqtisadiyyata uzunmüddətli diqqət tələb edir”.

 

Səhv

Albayrak gələcək islahatların təfərrüatını açıqlamayıb və yalnız onun geniş məsələlər dairəsini həll edəcəyini söyləyib.

Seçki öncəsi dəyişkənliyindən sonra, son günlərdə lirə sabitləşib və analitiklər Albayrakın islahatları sayəsində məzənnə dəyişkənliyinin olub-olmayacağı barədə mübahisə edirlər.

“Rabobank”daki inkişaf etməkdə olan bazarlar strateq Peter Matis deyib: “Bazar müəyyən bir zaman müşayiət olunan iqtisadi inqilabları həll etmək üçün konkret tədbirlər gözləyir”.

“Moody’s”-in rəyinə görə, islahatların etibarlılığı və effektivliyi Türkiyənin kredit anlayışının açarı olacaq.

Bu reytinq agentliyi avqust ayında Türkiyəni geriyə atıb.

“Hökumət iqtisadi böhranın dərəcəsini tanımağa başlayanda, daha bahalı stimullaşdırma proqramlarına başlaması risk var”.

İnvestorlar və iqtisadçılar deyirlər ki, Ankaraya korporativ strukturlaşma və qeyri-təminatlı kreditlərlə məşğul olan bankları yenidən kapitallaşdırma planı gərəkdir.

Bundan başqa, o, iqtisadiyyatı spekulyativ xarici srmyəyə söykənən cari hesab açığını azaltmaq üçün avtomobil və tekstil istehsalı kimi rəqabət qabiliyyətli ixrac sahələrini də artırmalıdır.

İstanbulun Koç Universitetinin professoru Selva Demiralp deyib: “Düzgün təhsil və faydalı sektorları subsidiyalarla təmin etməliyik. İslahatlar zaman istehsalın strukturu dəyişdirilərkən, bəzi insanlar işsiz olacaqlar”.

Ərdoğan və türklər ümumiyyətlə, 2019-cu ilin ikinci yarısından etibarən davam edən tənəzzüllə barışmır, amma iqtisadçılar hazırda böyümə gözləmir. İşsizlik artıq 13 faizdən çoxdur.

Ərdoğan Türkiyənin Beynəlxalq Valyuta Fonduna ehtiyac olmadığını söyləsə də, “Rabobank”ın təmsilçisi Matisin fikrincə, investorların güvənini bərpa etmək üçün ideal variantda BVF islahatlara nəzarət etməlidir.

“İqtisadiyyatın sürətli şəkildə balanslaşdırıldığını iddia edənlərin, o cümlədən Albayrakın “PowerPoint” təqdimatı sərmayəçilərə güvən təmin etmək üçün kifayət deyil.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə