XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

16 Aprel 2019 - 16:43

ALMAN MƏTBUATI ƏRDOĞANIN KÜRƏKƏNİNİ “VURDU”: "Çox pis hazırlaşmışdı..."

Holger Çepitz

“Die Welt” (Almaniya), 16.04.2019

 

Ərdoğanın kürəkəni və Türkiyənin maliyyə naziri Berat Albayrak investorlardan yeni pul axını gözləyirdi. Amma onlar qeyri-peşəkar təqdimatdan şok keçiriblər. Albayrak maliyyə naziri vəzifəsi ilə vidalaşacaqmı?

Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Bahar Yığıncağı maliyyə nazirlərinin və dünyanın dörd bir yanından gələn aparıcı bankirlərin müntəzəm görüşüdür. Bir çox siyasətçilər, həmçinin böyük sərmayədarlarla görüşmək və ölkələrini fəal şəkildə tanıtmaq üçün bu tədbirdən faydalanırlar.

Türkiyənin maliyyə naziri Berat Albayrak da kəskin valyuta böhranından sonra dönüş yaratmaq istəyi ilə yüzlərlə investor qarşısında öz iqtisadi proqramını təqdim etmək üçün Vaşinqtona gəlib.

Təkcə maliyyə bazarlarında sərt təpkisi deyil, Albayrakın göstərdiyi performans proqramın qeyri-qənaətbəxş olduğunu göstərir.

Lirə, maliyyə nazirinin “Park Hyatt” otelinin təmtəraqlı salonunda görünməsinə qədər, dollarla müqayisədə dəyərinin 2 faizini itirib. İlin başından bəri zərər, demək olar ki, 9 faizə çatıb.

Tədbirdə iştirak edən investorlar Albayrakın fəaliyyətini yüksək səviyyəli dövlət rəsmilərindən aldıqları ən pis təqdimat kimi tənqid ediblər.

 

Dəyişən iqtisadi məlumatlar

“Bu, birmənalı şəkildə bərbad şou idi, – deyə bir bazar fondu meneceri “Axios” xəbər agentliyinə bildirib. – Mən heç vaxt hökumət rəsmisini belə pis hazırlıqlı görməmişəm”.

Albayrak beynəlxalq investorların narahatlıqlarını heç bir şəkildə aradan qaldıra bilməyib. Onun sözlərinə görə, inflyasiyanı sərbəst buraxmaq, bankları gücləndirmək və suveren borcların nəzarət altında saxlanması ilə bağlı vacib məlumatları təfərrüatını açıqlaya bilməz.

Türkiyə maliyyə nazirinin mübahisəli inkişaf proqramı ilə bazarların Türkiyəyə etimadını bərpa etməyə qabil deyil. Albayrak prezident Rəcəb Tayyib Ərdoğanın kürəkənidir və dönüşü məhz o yaratmalı idi. Bu zəruridir, çünki yalnız ölkə iqtisadiyyatı deyil, Ərdoğanın populyarlığı da zərbə altındadır.

Ərdoğanın partiyası bu yaxınlarda yerli seçkilərdə müxalifətlə yarışda böyük şəhərləri itirib. Son iqtisadi məlumatlar açıq-aydın tənəzzülü göstərir. İşsizlik səviyyəsi maliyyə böhranından bu yana ən yüksək səviyyəyə çatıb – 14,7%.

Xüsusilə gənclər iqtisadi böhrandan əziyyət çəkir. Gənclərin işsizliyi 26,7%-ə yüksəlib. “Bloomberg” agentliyinin məlumatına görə, bu, ən azı 1988-ci ildən bəri ən yüksək göstəricidir.

Türkiyə dördüncü rübdən bu yana resepsiya dövrünə girib. Bununla belə, hökumətin böyük dövlət xərcləri vasitəsilə iqtisadiyyatı bərpa etmək imkanları məhduddur. Banklar və əhəmiyyətli şirkətləri sistematik təzyiqdən çıxarmaq, lirənin məzənnəsini yüksək saxlamaq üçün çoxlu pul lazımdır.

Xarici investorlara əslində, həmişəkindən daha çox tələbat var, onlar həvəsləndirilməlidirlər. Ərdoğan yerli seçkilərdən əvvəl kapitala nəzarət tətbiqi ilə çox sayda sərmayəçini qorxudub. Seçki sonrası Türkiyə prezidenti Albayrakın təqdim edəcəyi iqtisadi siyasət paketini açıqlayıb.

 

Fərdi nəticələr təhdid edir

Ankarada təqdim edilən proqram, çox sayda mütəxəssisin gözləntilərini puç edib. “İqtisadi islahat proqramı çox yumşaqdır, struktur problemləri qalır”, – deyən “Moody’s” reytinq agentliyi xəbərdarlıq edib: “Kapital axını riski davam edir”.

Evdəki uğursuz başlanğıcdan sonra bir çox investor Albayrakın Vaşinqtonda keçirilən Bahar Görüşündə inandırıcı dəlillər gətirəcəyinə ümid edirdi. Amma bu, boş ümid idi.

Bu arada, Albayrakın uğursuz görünüşündən sonra kabinet dəyişikliyinə dair dedi-qodular peyda olub.

“Bluebay Asset Management”-in təmsilçisi Timoti Əş ən azı təsəlli verir: “JPMorgan”-ın araşdırması göstərir ki, təxminən 80 faizlik ehtimalla Türkiyə hökuməti iqtisadi dönüş edə bilməyəcək”.

“JPMorgan” sadəcə Ərdoğanın seçkidən əvvəl məzənnə manipulyasiyasında ittiham etdiyi qurum deyil. O həm də Albayrak və Vaşinqtondakı investorlar arasında görüşün təşkilatçısıdır.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə