XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

01 Mart 2016 - 12:22

Stratfor:“ABŞ Yaxın Şərq ölkələrinə “cəhənnəm olun!” komandası verib - “Böyük iflas” başlanıb

 

serq

 

Business Insider” nəşri politoloq və Strategic Forecasting Inc. (həm də Stratfor kimi tanınıb) analitik şirkətinin banisi Corc Fridmanla müsahibəni dərc edib.

Strateq.az Rusiya nəşrinə istinadən indiki geopolitik duruma qiymət verilən və gələcəkdə nələrin gözlənildiyindən danışılan bu söhbətin əsas məqamlarını oxuculara təqdim edir.

 

Yaxın Şərqdə dəyişikliklər haqda

 

“Bu bölgədəki duruma Amerika marağının zəifləməsi ilə onu bütöv saxlaya biləsi heç bir qüvvə qalmır. Buradakı ölkələrin hamısı süni şəkildə yaradılıb. Sərhədlərin son qarantı ABŞ idi və o da sonda bildirdi “vəssalam, cəhənnəm olsunlar”. Nəticədə bölgədəki dövlətlər iflasa uğrayacaq, çünki buradakılar millətlər deyil, sadəcə, dövlətlərdir”.

 

ABŞ strategiyası haqda

 

“Bizim əsas gücümüz – dəniz məkanına nəzarətdədir. Ərazimizə heç kim soxula bilməz, amma biz özgə əraziyə girə bilərik. Amerikanın ən böyük vahiməsi hansıdır? Bizə hücum etməkdən ötrü Şərqdə donanma quran ölkələr. Bunun qabağını necə almalı? Onların bir-birinin xirtdəyini gəmirmək istəklərini müdafiə etməliyik ki, ABŞ-ı fəth etməyə pulları qalmasın. Biz I, II dünya savaşlarına və “soyuq müharibə”yə məhz buna görə qatılmışdıq. Hazırda yeni hegemonun meydana çıxmasına imkan verməyin mümkün olmadığı durumdayıq. Biz qələbəyə can atmırıq. Uduzmaq bizə lazım deyil”.

 

ABŞ-ın geopolitik hədəfləri

 

“Vaşinqtonun məqsədi, birinci növbədə, ABŞ başda olmaqla Şimali Amerikanın sülh və tərəqqi içində yaşamağıdır. İkincisi, heç bir millətin hərbi gücdə bizə tay olmamasıdır. Hədəflər bu cürdür. Çox asandır. Biz sadəcə əmin olmalıyıq ki, bütün münaqişələr Şərq yarımkürəsində qalıb və ərazimizə toxunmur”.

 

Dövlət borcu ABŞ üçün niyə problem deyil?

 

“Çünki biz varlıyıq, bunu özümüzə rəva bilirik… Çünki ABŞ dəniz məkanına nəzarət edir. Çünki ABŞ sərvət toplayıb. Çünki ABŞ dünyada yeganə ölkədir ki, vətəndaş müharibəsindən bəri öz ərazisində döyüşməli olmayıb. Buna görə də biz başqa ölkələr üçün ölümcül olan səhvlərə yol verə bilərik. Buna görə də başqalarının gedə bilmədiyi risklərə gedə bilərik”.

 

Avropadakı iqtisadi böhran haqqında

 

“Az qala, depressiya və yaxud geriləmə yaşayan Avropa, həqiqətən də, İtaliya sarıdan dağılacaq. İtaliyanın 17% vaxtı keçmiş krediti var (2015-ci ilin noyabrına olan məlumata görə, İtaliyanın pis borcları 10,4%-dir). Bu haqda ciddi şəkildə düşünün. Borcların 17%-i ödənməsə, nə olacaq? Almaniya onu xilas edəcəkmi? Bunu bacaracaqmı? İtaliya bank sisteminin on yeddi faizi – bu olduqca çoxdur. Almaniya tənəzzülə uğrayanda – bu isə mütləq baş verəcək – bax, çaxnaşma onda başlanacaq”.

 

Yaxn gələcəkdə nüvə müharibəsinin mümkünlüyü haqda

 

“Şanslar çox azdır. Səbəbi çox sadədir. Bunu başlayan ölkə yer üzündən silinəcək. Və bu qərarın arxasında duran adam hətta lap koreyalı da olsa, bunun baş verməyini istəmir”.

 

Dövlətlərarası müharibələr nə vaxt başlana bilər?

 

“Almaniya, Çin və Rusiya kimi ölkələr tənəzzül edərkən və başqaları tərəfindən kənarlaşdırılanda sistemli müharibələr başlanacaq… Hamımız sistemli dəbərmələr müşahidə edirik. Müharibərlərə hazır olun”.

 

Anastasiya Zıryanova

Slon.ru (Rusiya) 29.02.2016

 

fridman

Corc Fridman 

 




Yuxarı Əvvələ Ana Səhifə