XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

24 Aprel 2019 - 12:14

TRAMP “ERMƏNİ SOYQIRIMI”NI TANIYACAQMI? –Konqresin hər iki palatasında Türkiyə əleyhinə qətnamə hazırlanır

Brayant Harris

“Əl-Monitor”, 23.04.2019

 

Türkiyə Vaşinqtonla ikitərəfli əlaqələrini kəskinləşdirməyə davam edərkən, erməni-Amerika hüquq müdafiə təşkilatları ABŞ-ın, nəhayət, “Birinci Dünya müharibəsi dövründə 1 milyondan çox xristian-erməninin soyqırımı”nı qəbul edəcəyinə ümid edir.

Nümayəndələr Palatası və Senatda 100-dən çox qanunverici, keçmiş səylərə uyğun olaraq, aprel ayının başlanğıcından etibarən “soyqırımı”nı tanıyan qanun layihəsini imzalayıb. Yevangelist bazanın dəstəklədiyi prezident Donald Trampın 24 Aprel qırğınının ildönümü ilə bağlı bəyanat verəcəyi gözlənilir.

Amerika-Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparyan qanunvericilərin budəfəki səyləri ilə Ankaranın “erməni soyqırımı”nı inkar etməsinin çətin olacağı qənaətindədir.

Ən azı iki digər hüquq müdafiəçi qrup – Amerika Erməni Məclisi və “Xristianların Müdafiəsi” – Konqresin keçmişdə qətnamə qəbul etmə səyini lobbiləşdirib.

Vaşinqtondakı Türkiyəyönlü lobbistlər uzun müddətdir ki, belə bir addıma qarşı çıxır, ikitərəfli əlaqələrin zəhərlənəcəyini xəbərdar edirlər.

Amerika-Türk Koalisiyasının saytında deyilir: “Erməni diasporunun soyqırımı iddiası 1915-ci ildə Osmanlı erməniləri ilə Osmanlı müsəlmanları arasındakı icmalararası qarşıdurmanın birtərəfli qiymətləndirilməsidir; bu, Türkiyə və Ermənistanın yaxınlaşmasına zəmanət vermir”.

Türkiyə müharibə dövrünün ölümlərini soyqırımı kimi qəbul etmir və ABŞ-ın soyqırımı bəyanatı verdiyi təqdirdə, Birləşmiş Ştatlar-Türkiyə münasibətlərinin daha da pisləşəcəyini açıq şəkildə bildirir.

Fransa prezidenti Emmanuel Makron aprelin 24-nü “erməni soyqırımı” milli günü elan edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onu ittiham edərək Fransanın müstəmləkə dövründə baş verən zülmlərə görə məsuliyyət daşımalı olduğunu söyləyib.

Xarici Əlaqələr Komitəsinin demokrat senatoru Bob Menendes aprelin əvvəlində Senata qeyri-icbari qətnamə təqdim edib. Konqresin Kəşfiyyat Komitəsinin sədri Adam Şiff Nümayəndələr Palatasında oxşar təşəbbüs göstərib.

Senatın qanun layihəsi 15 ikipartiyalı dəstəkçi tapıb, digər 89 qanunverici Nümayəndələr Palatasının qətnaməsi altına imza atıb. 2020-ci ilin bəzi prezidentliyə namizədləri də, əvvəlki illərdə olduğu kimi, qanun layihələrini imzalayıblar.

Elizabet Uorren, Kamala Harris senator Menendesin qətnaməsinin həmmüəllifləridir. Tulsi Qabbard və Set Moulton – bu həftə prezidentlik kampaniyasına qoşulacaqlarını elan edən qanunvericilər Nümayəndələr Palatasının qətnaməsini imzalayıblar. Başqa bir namizəd – Erik Svauell 2017-ci ildə Nümayəndələr Palatasının qətnaməsinə imza atmışdı, lakin bu il hələ bunu etməyib.

Prezident Barak Obama senator olaraq seçki kampaniyasında erməni soyqırımını tanımağı vəd etmişdi, lakin vəzifədə olduğu müddətdə heç vaxt vədini yerinə yetirmədi.

100 qanunverici Trampı 2018-ci ildə soyqırımını tanımağı xahiş edən məktubu imzalasa da, Tramp bunun yerinə keçən il 24 Aprel bəyanatında “20-ci əsrin tarixində ən pis kütləvi qırğınlardan biri” ifadəsini işlədib.

Hamparyan Konqresin gələn həftə tətildən döndüyü zaman daha bir neçə qanunvericinin qətnaməni imzalayacağını gözləyir.

Onlardan biri – demokrat Aleksandriya Okasio-Kortesdir, onun sözçüsü bu gün “əl-Monitor”a bunu bildirib. Kortesin əsas rəqibi Co Krouli də “erməni soyqırımı”nı tanıma təşəbbüskarı idi.

Konqres sonuncu dəfə oxşar qanun layihəsini 2014-cü ildə irəli sürüb. Senatın Xarici Əlaqələr Komitəsi həmin il layihəni bəyənmişdi. Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi də 2010-cu ildə oxşar layihə irəli sürüb, lakin qərar qəbul edilməyib.

Hamparyan bunu son illər Türkiyənin lobbiçilik səylərinin irəliləməsi ilə əlaqələndirir.

“Əgər Türkiyənin intiqam təhdidi olmasa, nümayəndələr Palatası və Senatda layihə keçəcək, – Hamparyan “əl-Monitor”a bildirib. – Prezident özü də erməni soyqırımını tanıyacaq”.

Tramp administrasiyası bu yaxınlarda ABŞ-ın kürd müttəfiqləri üçün Suriyanın şimal-şərqində təklif olunan təhlükəsiz zona yaradılmasına türklərin güclü etirazlara baxmayaraq, ABŞ-Türkiyə münasibətini xilas etməyə çalışıb. Ancaq əlaqələrdəki bir sıra digər qıcıqlandırıcılar, xüsusilə də Ankaranın ABŞ-ın sanksiyalarına səbəb ola biləcək rus raket əleyhinə müdafiə sistemini satın alması niyyəti davam edir.

Hamparyan deyib: “Türkiyə “erməni soyqırımı”nı tanıyan Rusiyadan “S-400” raketlərinin alınması prosesindədir. Bu, yalnız qorxunc təhdidlərdir, ABŞ siyasətçiləri isə qorxaqlıqdan mühüm əks-addımı ata bilmir”.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə