XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Aprel 2019 - 21:30

QAZAXISTANDA PREZİDENTLİK QOVĞASI…-”Hər şey nəzarətdədir, “Ukrayna sirki” olmayacaq" – TƏHLİL

İrina Corbenadze

rosbalt.ru, 29.04.2019

 

Respublikada prezident qovğası start götürüb – Nazarbayev dövlətin indiki başçısına lobbilik edir. Və hakimiyyətdə hər şey nəzarətdə olduğundan, burada “Ukrayna sirki” olmayacaq.

Elbaşı isə bu arada başqa dövlətlərdən ən yüksək mükafatlar almaqdadır – məsələn, Çindən.

Qazaxıstan prezidentinin erkən seçkiləri cari il iyunun 9-da olacaq. Nursultan Nazarbayev könüllü istefadan sonra riskə getməmək və 2020-ci ilədək – seçkilərin qərarlaşdırılmış vaxtda keçirilməsini –  gözləməməyi qət edib. Keçmiş prezident Nazarbayevin başçılıq etdiyi hakim “Nur Otan” partiyasının namizədi artıq bəllidir – Elbaşı partiya qurultayında dövlətin fəaliyyətdəki başçısını şəxsən irəli sürüb. Bu, Qazaxıstan elektoratının bir qismi üçün “sürpriz” olub – o gözləyirdi ki, ata – Nursultan Abişeviç öz böyük qızı Dariqanı prezidentliyə keçirəcək. Hər halda, o, dəfələrlə deyib ki, respublikanın növbəti prezidenti qadın ola bilər. Amma “millət atası” yenə də başqa sayaq ayırd edib və ola bilsin, uzaqgörən davranıb, bu haqda aşağıda danışılacaq.

Tokayevə gəlincə. Nazarbayev məlumatlandırıb ki, birgə iş zamanı onu uzun illərdir tanıyır və “bu gün onu bu yüksək vəzifəyə ən layiqli namizəd sayır”. Tokayev “Xarici İşlər Nazirliyinə uzun illər başçılıq edərək xarici siyasəti mənimlə birgə qurmağa başlayanlardan biridir. Onun diplomatik səviyyəsi xaricdə yüksk dəyərləndirilir… BMT baş katibinin müavini olub… ən çətin zamanlarda QR hökumətinə başçılıq edib və 1988-ci ildə Asiyada böhran vaxtı iqtisadiyyatımızın bərpasına qatılıb”.  

Sanki bundan artıq nə olmalıymış? Amma Nazarbayev susub ki, Tokayev həm gözlənilənliyinə, həm də hakimiyyətin ölkənin faktiki birinci siması olmaqda qalan Elbaşı ilə bölüşdürülməsi haqda anlaşmanı gözləmək bacarığı prinsipi üzrə onun tərəfindən seçilib.

Bununla yanaşı, güman etmirəm ki, Tokayevi “boz” siyasətçi adlandırmaq olar: o, prezidentliyinin artıq ilk ayında döyüşçü keyfiyyəti göstərib.  Qeyd  edək ki, onun adı heç bir oliqarx qrupu və qalmaqallı əhvalatlarla səsləşmir, buna görə də Qazaxıstan hakimiyyətinin yuxarılarında bəzi “təmizləmələr” aparmaq ona asan olacaq – özü də sakit və səssiz.

O, ölkəni də erkən keçirilməsi, birinci növbədə, qalmaqal xatirinə namizədliyini irəli sürəcək mümkün rəqiblərdən qurtulmaq təsəvvürüylə izah edilən prezident seçkilərinə beləcə sakit hazırlamağa başlayıb – uyğun fəaliyyət hazırlamağa onların, sadəcə, vaxtı qalmayacaq.

İkincisi, durum prezidentin legitimləşməsinin lap tez sürətləndirilməsini tələb edirdi, çünki seçkiləri gözləmək xarici gücləri hakimiyyətdəki yarıvakuum duruma müdaxiləyə şirnikləndirə bilərdi. Ümumiyyətlə, Tokayevin birsaatlıq xəlifə rolunda çıxış edib-etməyəcəyi haqda uzun falabaxmalardan imtina haqlı görünür.

Onun seçkiləri udacağı heç bir şübhə doğurmur. Eynən seçkiləri “demokratik” təşkil edəcəyi kimi. Əlbəttə, Tokayev yüz faizdən bir qədər az səs “yığmamalıdır” – belə bir şey yanlız Nazrabayevə caiz idi və bu, arşına yaxınlaşmaq ağılsızlıqdır. Amma onun üçün seçicilərin səsinin, haradasa, 70-75%-i civarında “əksər çoxluq”, yəni Nazarbayevin sabit elektoratı təmin olunub. Eynilə parlamentdə Dariqa Nursultanovnanın göz qoyacağı yeni prezidentin Nazarbayevə qarşı üzüyolalığı təmin edildiyi kimi. Nazarbayevin özü isə bunu ömürlük rəhbərliyinə zəmanət verilmiş Təhlükəsizlik Şurasından edəcək. Bu şura isə sadə deyil – hakimiyyətdə, demək olar,  bütün təyinatlar ora ilə razılaşdırılır.

Ehtimal ki, Nazarbayev Tokayevi seçərək prezident hakimiyyətini ona verməklə təkcə Ukrayna seçkiləri ssenarisindən deyil, həm də Özbəkistan və Qırğızıstan ssenarilərindən yayınmaq istəyib. Onun sözlərinə görə, bir neçə il boyu istefaya təsadüfən hazırlıq görməyib: “Hamı yan-yörəyə baxırdı, … silahdaşlara, bütün bu illər boyu kadr tərbiyə etmişəm”.

Budur, vətəndaşları sakitləşdirən əminlik səslənib ki, məhz Tokayev “bütün qazaxıstanlıların ruifahı adına dostluq siyasətinə əməl edəcək adamdır”.

Düşünmək lazımdır ki, Nazarbayev, doğrudan da, hər şeyi yaxşı düşünüb, Özbəkistanın mərhum prezidenti İslam Kərimov bunu etməyib. O, varis buraxmayıb, nəticədə respublikanın indiki başçısı Şövkət Mirziyoyev əsla Kərimovun yoluyla getməyib. Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev isə, görünür, öz silahdaşlarını yaxşı bələdləməyib – seçdiyi varis Sooronbay Jeenbekov heç də Atambayevin “çöllüyünə qovalamır”. Amma deyilməlidir ki, onun parlamentdə inanılmış şəxsi yox idi – Qazaxıstanda Dariqa Nazarbayeva olduğu kimi. Axı respublikada bəzi dövlət postlarının təsdiqi yalnız yuxarı palatanın – Senatın təqdirindən sonra keçir.

Təhlükəsizlik Şurasıyla bağlı oyun isə Atambayevin ağlına gəlməyib – Qırğızıstan ki inqilabi ehtirasların sürətlə qaynadığı, yəni Qazaxıstandan daha “demokratik” ölkədir. Həm də hətta o qədər ki, Qırğızıstanın keçmiş prezidenti “demokratiya” sayəsində  həbsə düşə bilər.

Amma Tokayevin respublika üzrə səfərinin gedişində aydınlaşdığı kimi, öz təsviri olan bilbordlardan çox qəzəblənib – o, 14 beləsini sayıb və bildirib ki, belə bir təbliğata ehtiyacı yoxdur. Təvazökarlıqdır. Və uzaqgörənlikdir: ilk rəsmi səfərini Rusiyaya, dövlət səfərini isə Özbəkistana edib. Həm də “müasirdir” – Twitter-də yazır və Instagram-da özünün rəsmi səhifəsini açıb.

Lakin “təvazökar” və “müasir” indiki prezident (o ki həm də gələcək prezidentdir) manevr üçün olduqca məhdud imkanlara malik olacaq, çünki Nazarbayevlər ailəsi respublikanın hakimiyyət olimpində qalır. Və ola bilsin, indiki daxili-siyasi və geopolitik şəraitdə ölkəni yönəltməyə ən yaxşı variantdır. Ümumiyyətlə, Nazarbayev və Tokayev prezidentliyə başqa namizədlərə hazırlaşmaq üçün vaxt verməyib və sabitliyə zəmanət verən qabaqlama üçün oynayıblar – hər halda, indiki mərhələdə.

Tokayevin prezident seçkilərindəki “rəqibləri” artıq bəllidir – onlar Mərkəzi Seçki Komissiyasına uyğun ərizə veriblər. Onların taxta “ümidi” rəqabətli siyasi mühit illüziyası yaradır. Bunlar Qazaxıstan Həmkarlar Federasiyasının prezidentliyə namizədliyə irəli sürdüyü Amangəldi Taspihov, Demokratik Partiyadan seçkiqabağı proqramında qadınların (onlar ölkə əhalisinin 52%-i təşkil edirlər) hüquqlarını qorumaq və onun fikrincə, əsasən, kişilərin bulaşdıqları korrupsiyanın kökünü kəsmək vədlərinə vurğu edən parlement deputatı Daniya Espayevadır. Habelə “Ulı dala kırandarı” respublika hərəkatının irəli sürdüyü jurnalist və yazıçı Sadıqbek Tuqeldir: o, siyasi sistem, iqtisadiyyat, təhsil və mədəniyyət sahəsinin islahatını vəd edir. Qazaxıstan Xalq Kommunist partiyası da namizədini irəli sürüb – parlamentin deputatı Jambıl Əhmədbekovu. O, 2011-də prezidentlıiyə namizəd olub, amma cəmi 2% səs yığıb. “Xalq içində” deyildiyi kimi, bu dəfə onun öz elektoratını çoxaltmaq şansı var – 8-10%-ədək. “Auıl” Xalq-Demokratik partiyasının da namizədi var – Toleutay Rahimbekov. Siyahıda 8, 9-cu say altında Qazaxıstan İnşaatçılar Birliyindən Talqat Yerqaliyev və “Xalık demoqrafiyası” ictimai birliyinin irəli sürdüyü Jumatay Əliyev keçir.

Prezidentliyə bütün namizədlər dövlət dilini sərbsət yiyələnməkdə uğurlu imtahan verməlidirlər. Tokayev daxil olmaqla onlardan bəziləri bu “sınağın” öhdəsindən artıq gəliblər. Onların əsas sınağı – seçkilər qabaqdadır. Amma yalnız görüntü rəsmiyyəti üçün: Nazarbayev kimi “arxası” olan Tokayevi heş kim aşırmaz.

Tərcümə Strateq.az-ındır.