XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

02 May 2019 - 14:52

VENESUELADA PUTİN-TRAMP TOQQUŞMASI:qlobal güc mübarizəsində kim qalib gələcək? - TƏHLİL

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 02 may 2019-cu il

 

ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton aylar öncə Venesuela məsələsini yaxından izləməyə girişən kimi, bu ölkədə hazırda baş verənlərin olacağı Vaşinqtonda danışılmağa başlandı.

Con Bolton, Maduronu ölkədən zorla çıxararaq, yerinə Quaydonu gətirmək istəyir. Hətta bir ara Kolumbiyada yerləşdirilən ABŞ hərbçilərinin oradan Venesuelaya göndərilməsinin planı belə hazırlanmışdı.

Plan tətbiq edilməyə başlandı

Quaydo, səhər erkən saatlarda özünə yaxın hərbi birliyə gedərək, qiyama çağırış etməklə bu planı həyata keçirməyə başladı.

O, çağırış edərkən Bolton Vaşinqtondan Venesuela Müdafiə naziri, Konstitusiya Məhkəməsinin sədri və Prezident Qvardiyasının komandirinə müraciət edərək, onların hərəkətə keçmələrini istədi. Venesuela Müdafiə nazirinin arvadı ilə birlikdə İspaniya səfirliyinə sığındığı söylənilir. Bu xəbər hələ təsdiq olunmayıb, lakin hazırda danışılan budur.

“Maduro qaçacaq” dedi-qodusu

ABŞ Xarici işlər naziri Mayk Pompeo, Venesuelada hadisələr başlarkən Maduronu ölkədən alıb Kubaya qaçıracaq təyyarənin hazır vəziyyətdə gözlədildiyini söylədi. Bu xəbər təsdiq olunmadı, ancaq daha sonra Vaşinqtonda Putinin Maduronu bu fikirdən vaz keçirdiyi söylənməyə başladı.

ABŞ rəhbərliyi Kubanın davamlı olaraq Maduroya yardım üçün Venesuelanın daxili işlərinə qarışdığını düşünür. Kubanın arxasında da Rusiyanın durduğu Vaşinqtonda açıq söylənilir. Rəhbərlik Kubaya qarşı yeni sanksiyaların tətbiq edilməsi ideyası üzərində də işləməyə başladı.

Putin-Tramp toqquşması

Respublikaçılar Partiyasına yaxın olan mənbələr bir müddətdir ki, Trampın necə Putinə qarşı duracağının, eyni zamanda Rusiya ilə əməkdaşlığı haqqında irəli sürülən iddiaların necə əsassız olduğunun Venesuelada bir daha görüləcəyini söyləməkdədirlər.

Anlayacağınız odur ki, qlobal güc mübarizəsi, tam mənası ilə, Venesuelada partlamış durumdadır və hazırda bu mübarizənin asanlıqla bitəcəyinin mümkün olmadığı söylənilir. Elə görünür ki, Tramp və Putin Venesuelada sanki birbaşa mübarizə meydanına giriblər.

Tərcümə Strateq.az-ındır