XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

04 May 2019 - 11:30

GÜRCÜSTAN PREZİDENTİNİ GÖZLƏYƏN İMPİÇMENT TƏHLÜKƏSİ:Zurabişvili Amerika hərbi bazasına “yox” deyir – TƏHLİL

Stanislav Tarasov

regnum.ru, 03.05.2019

 

Gürcüstan prezidenti Salome Zurabişvili önəmli açıqlama verib. O, “Amerikanın səsi” radiostansiyasının gürcü xidmətinə deyib ki, Amerika hərbi bazalarının ölkə ərazisində yerləşdirilməsinin məqsədəuyğunluğuna şübhə edir. “Düşünmürəm ki, buna zəmanət verilib. Bu ölkə təhlükəsizliyin gücləndirilməsi gərəkən bir yerdə yerləşib, – Zurabişvili qeyd edib. – Fitnəkarlıq kimi qavranıla bilən addımlar atmaq lazım deyil. Və bununla yanaşı düşünmürəm ki, Birləşmiş Ştatlar burada təkcə Rusiyanın deyil, həm də bölgəmizdə çox fəal olan terrorçu təşkilatların diqqətini çəkəcək hərbi bazaya malik olmağa hazırdır”.

Və iki önəmli çalar bir anda üzə çıxır. Tiflisdə siyasətçilər ABŞ-ı “əsas tərəfdaş” adlandıraraq. onunla hərbi işbirliyinin dərinləşməsi imkanları haqda çox düşünür, NATO-ya girmək planlarından danışır, hamını inandırırlar ki, amerikalılar “Gürcüstana öz milli maraqlarının bir hissəsi kimi baxırlar”. Tiflisdə müəyyən güclər ABŞ-la və onun tərəfdaşları ilə həm Qara dənizdə, həm də quruda birgə hərbi təlimlərin sayının artımını belə bir kontekstdə qavrayır. Amma təkcə bələd adamlar başa düşürlər ki, Gürcüstana “Ukrayna kimi başqa ölkələrlə birlikdə Avropa bölgəsəl təhlükəsizliyi kontekstində baxmaq bir məsələdir”, yalnız Vaşinqtonun maraqlarından çıxış etmək ayrı məsələdir.

Gürcü hərbi jurnalisti Tenqiz Qoqotişvili sual edir: Qərb 2008-ci il avqustunda Qafqaz savaşından sonra Gürcüstanın Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti itirməsinə niyə sakit reaksiya verib? Halbuki Ukrayna hadisələri başlayanda Avropa Birliyi və ABŞ-ın sanksiyaları yağdı, qabaqlar isə sanksiyaların heç birində “Gürcüstan” sözü keçməyib.

Bir də Zurabişvilinin özü NATO-nun himayəsi ilə Gürcüstanda keçirilən çoxmillətli “Layiqli tərəfdaş-2017” təlimlərini şərh edərək sıradakını açıq etiraf edib: “Qorxuram ki, Amerikanın yeni administrasiyasının bölgədə münaqişələrin tənzimlənməsi üçün nə təcrübəsi, nə də görüşü var”.

Gürcüstanın bəzi ekspertləri Zurabişvilinin belə yanaşmasını “Antiamerika əhvalının güclü olduğu Fransa diplomatik məktəbində tərbiyənin nəticəsi” kimi izah edirlər. Bizim konkret hala qayıdılsa, intriqa bundadır ki, gürcü politoloqu Vaxtanq Dzabiradzenin hesab etdiyi kimi, “Zurabişvilinin ABŞ hərbi bazasının yerləşdirilməsi haqda məsələyə niyə toxunduğunu kimsə bilmir, halbuki bazaların yerləşdirilməsilə bağlı heç bir danışıqlar aparılmır. O bu problemin müzakirəsindən aralana, ya da məlumatsız olduğunu bəyan edə bilərdi, amma öz baxış nöqtəsini tirajlamağa üstünlük verib”. Başqa sayaq deyilsə, müxalifətin iddia etdiyi kimi, prezident “Rusiya təbliğatının tirajladığı Gürcüstan obrazını təkrar edir”. Buna görə Zurabişvilini hətta impiçmentlə hədələyiblər.

Dövlət başçısı eyni zamanda təcrübəli diplomatdır və sözü elə-belə küləyə demir. Görünür, bunun üçün özünün car çəkilməyən səbəbləri var. İstisna deyil ki, ABŞ Zurabişvilinin Vaşinqtona səfərini Gürcüstanda öz bazasını yerləşdirmək məsələsinə bağlayır. “Rustavi 2” telekanalının məlumatına görə, Gürcüstan XİN hələ martdan bunu hazırlamaq üzərində işləyir. İndi səfərin tarixi sentyabrın sonu, oktyabrın başlanğıcına keçirilib. Gürcüstanda ABŞ səfiri vəzifəsini icra edən Ross Uilson bildirir ki, qərar hələlik qəbul edilməyib. Gürcüstan balaca ölkədir və bu səfərə zamanca bu qədər uzunmüddətli hazırlıq işi suallar doğurur.

Yada salaq ki, Tiflis və Vaşinqton 2016-cı ildə müdafiə və təhlükəsizlik sahəsində işbirliyini dərinləşdirmək haqda saziş imzalayıb. Amerikalılar Vazianidə Almaniyanın Hohenfels bazasına oxşar döyüş hazırlığı Mərkəzi tikiblər, lakin Tiflis bu Mərkəzə baza statusu vermək istəyi sərgiləmir.

Gürcüstan NATO ilə Rumıniya və Bolqarıstanda dəniz bölgəsinin qərb cinahında tərəfdaşlıqda olmaqla, – Zurabişvili qeyd edib, – şərq sahilində həyat önəmli strateji tərəfdaşdır və biz hazırıq ki, Qara dəniz Birləşmiş Ştatlarla daha əhəmiyyətlıi şəkildə əlaqələnəcək”.

Amma bu, heç də ABŞ-a gərək olan deyil.

Bəs Tiflisə nə gərəkdir? Gürcüstan prezidenti bu yaxında Avropaya səfər zamanı deyib ki, öz ölkəsinin gələcəyini Avropa ailəsində – AB və NATO-da görür. Onun sözlərinə görə, “AB-yə girmək üçün qarşıda iş durur, amma, bax, Gürcüstan NATO-ya girmək üçün yetişib və problemlər alyans üzvlərinin genişlənməyə hazır olmağında, Vaşinqton və Avropa liderləri arasındakı münasibətlərdə və Moskvanın mövqeyindədir”.

Rusiya ilə də “dialoqu avropalı və amerikalı tərəfdaşlarla birgə aparmaq gərəkdir”. Zuravbişvilinin sözlərinə görə, buna görə də “ABŞ-a səfər etmək lazımdır ki, Tramp və Putinin görüşündən qabaq bölgədəki duruma baxışımız Vaşinqtona təqdim olunsun”.

Amma gördüyümüz kimi, durum dəyişilir, Gürcüstan prezidenti amerikalı həmkarına Putinlə dialoq üzrə sparrinq-tərəfdaş kimi bel bağlamır. O, Gürcüstanda Amerika bazası haqda bəyanatla çıxış edərək müxalifətin etiraz qışqırıqlarını siyasi səs-küy fonu kimi diqqət çəkən kimi istifadə edərək, özünü intriqanın mərkəzinə çıxarmağa başlayıb. Və, budur, məşhur gürcü publisist Dmitri Moniava yazır: “Həddindən artıq uzun və dolğun tarix, ekstremal şəraitdə sağ qalmaq, imperiyalarla və elitalarıyla qarşılıqlı təsirin zəngin təcrübəsi gürcülərə “böyük oyun”a iştah aşılayıb. “Nəsə etmək” istəyi o cümlədən buna da bağlıdır, özəllikə resurs qıtlığı Gürcüstana başqalarının, daha qüdrətli dövlətlərin strategiyasını yamıslamaq imkanı vermir. İşlərin belə durumu kiməsə dəlilik görünür və bu, tez-tez ağır itkilərə aparır, amma istisna deyil ki, gürcülər məhz bunun sayəsində qarşıya sanki əlyetməz görünən məqsədlər qoya və bəzən istəyə qovuşa, son nəticədə isə inkişaf edə və özünə qiyməti yüksəldə bilərlər”.

Baxaq, bundan sonra nə olacaq.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə