XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

02 Mart 2016 - 13:07

Livan:Müasir məzhəb müharibələrinin ən qədim və yeni ocağı

 

Nasrallah'tan Suudi Arabistan'a sert eleştiriler

 

"Səudiyyə Ərəbistanının Hizbullahla problemi varsa, bunu bizimlə müzakirə etməli, Livanı, ordunu, livanlıları və digər müttəfiqlərimizi hədəf almamalıdır".

 

Strateq.az xəbər verir ki, bunu bir televiziya kanalına müsahibəsində Hizbullah lideri Həsən Nəsrullah Səudiyyə Ərəbistanının Livan ordusuna vermək istədiyi 4 milyard dollar yardımı dayandırmasına münasibət bildirərkən, deyib.

 

Onun fikrincə, Sədiyyə Ərəbistanının yeni kralı öz postunda əyləşdiyi gündən bəri, zatən, Livan ordusuna verilən yardımlar kəsilmişdi və bunun Hizbullahla heç bir əlaqəsi yoxdur.

 

Qeyd edək ki, Riyad bir müddət öncə Hizbullahın Səudiyyə maraqlarına zidd hərəkət etdiyini, xüsusilə Suriyada şiə cəbhəsində aktiv rol oynadığını önə sürərək, buna laqeyd qalan Livan ordusuna ayırdığı 4 milyard dollarlıq yardımı kəsdiyini açıqlamışdı. Ekspertlər bu hərəkətilə krallığın məzhəblərarası savaşı Livana daşımaq istədiyini irəli sürmüşdülər.

 

Həqiqətən də Livan bu cür məzhəbi parçalanmalarda İslam dünyasının ən həssas bölgələrindən biri hesab olunur. Ölkə, xüsusilə, ötən əsrin sonlarında – 1975-90-cı illər arasında vətəndaş müharibələrinə səhnə olmuşdu. 15 il davam edən amansız müharibədə dini mozaikaya bənzəyən Livanda, demək olar ki, bütün dini və digər sosial qruplar-sünnilər, şiələr, xristianlar, Fələstin qaçqınları və s. bir-birinin qanına susamışdılar. Nəticədə indi belə 5 milyondan az  əhalisi olan Livanda 230 min adam olmüş, 350 min livanlı yaralanmışdı. Vətəndaş müharibəsi ucbatından ölkəni tərk edib başqa ölkələrdə didərgin həyatı yaşamağa məhkum olanların sayı da xeyli qabarıq idi: 1 milyondan artıq qaçqın. Yəni ölkə əhalisinin, təxminən, 3/1-i qaçqın düşmüşdü. Məsələyə bu aspektdən baxanda Livan müasir məzhəb müharibələrinin ilk qaynar nöqtəsi olmuşdu.

Səudiyyə Ərəbistanının “Hizbullahı zərərsizləşdirməyi” Livan ordusunun boyun borcu elan etməsinə baxmayaraq bu ordunun Hizbullahla mübarizədə asan qələbə qazanmaq şansı yoxdur. Çünki ölkədə ordu indiyə qədər simvolik məna daşıyıb, demək olar ki, bütün xarici təhdidlərə qarşı Hizbullah sinəsini qabağa verib. O, hətta 2006-cı ildə İsrail kimi güclü hərbi qüvvəyə sahib ölkəylə girdiyi mübarizənin qalibi hesab olunur.

Bütün bu uğurlarını isə Hizbullah silah gücüylə deyil, hərbi manevr və taktiki qabiliyyətiylə əldə edib. Bu cür hərbi bacarığına sahib olan Hizbullahla Livan ordusunun qarşı-qarşıya qoyulması, doğrudan da ölkəni yenidən vətəndaş müharibəsinə sürükləməkdən başqa bir şey deyil.

Səudiyyə Ərəbistanının bu niyyəti başqa əməllərdə də özünü göstərir. Məsələn, bir neçə gün öncə Səudiyyə Ərəbistanının bir telekanalı kukla verilişində Nəsən Nəsrullahı təqlid etmiş, bu da Livanda çox ciddi gərginliyə səbəb olmuşdu. Həsən Nəsrullahın tərəfdarları Livanda Səudiyyə krallığına qarşı nümayişlərə çıxmış, küçələrdə rezin təkərlər yandırmış, vəhhabilik əleyhinə şüarlar səsləndirmişdilər. Livanda adətən, bütün qarşıdurmalar belə başladığından və əks-tərəfin reaksiyasıyla vəziyyət nəzarətdən çıxdığından keçirilən bu nümayişlər livanlılar arasında ciddi əndişə yaratmışdı.

Həsən Nəsrullah məlum tele-çıxışında bu məsələyə də münasibətini bildirib. O, tərəfdarlarını təxribatlara uymamağa çağıraraq, deyib:

 

"Bu reaksiya doğru deyil. Hər şey ölçülü olmalıdır. Nə olursa olsun, küçələrə çıxmağa ehtiyac yoxdur. Rəqiblərimizin və düşmənlərimizin hədəflərinə xidmət etməməliyik".

Hizbullah lideri “rəqiblərinin və düşmənlərinin” kimliyini də göstərib-Səudiyyə Ərəbistanı və İsrail. Çıxışında açıq şəkildə bu iki dövlətin adını çəkən Həsrullah deyib:

 

“Harada sünni və şiə varsa, Səudiyyə Ərəbistanı və İsrail bunlar arasında qarşıdurma çıxarmağa çalışır "

Qeyd edək ki, Həsən Nəsrullah həmişə islami vəhdət həssasiyyətiylə önə çıxmağa çalışan nadir səxsiyyətlərdən sayılır. Onun 2006-cı ildə sünnü fələstinliləri müdaifə məqsədilə başlatmış olduğu son İsrail-Livan müharibəsi zamanı tutduğu mövqe fərqli məzhəb məzhəblər tərəfindən alqışla qarşılanmış, Yaxın Şərqin bütün müsəlmanlarının bir hədəf arxasında birləşməsinə səbəb olmuşdu. O vaxt İsrailin Livana hücumlarını dayandırmağa vadar edən başlıca səbəblərdən biri də Nəsrullahın bu cəsarəti və qazandığı uğurlarla cücərtməyə başladığı islami vəhdət idealı idi. Bu vəhdətin öz başında bəlaya çevriləcəyini düşünən İsrail tarixində ilk dəfə ərəblər qarşısında geri çəkilmiş, hərbi qüdrətinə kölgə salan sülh şərtləriylə razılaşmalı olmuşdu.

Təsadüfu deyil ki, məhz bu tarixdən sonra Yaxın Şərqdə məzhəb müharibələrini körükləyən terror hadisələri artmış, əvvəl İraqda başlayan qarşıdurmalar 5 ildən sonra Suriyaya sıçramışdır və yüzminlərlə insanın ölümünə səbəb olan İŞİD kabusu doğmuşdu. Əvvəl islami vəhdət anlayışını özünün ən böyük hədəfinə çevirən Həsən Nəsrullah da bu savaşda şiəliyi ən böyük hədəf elan edən İŞİD-ə qarşı cəbhədə yer almışdı.

 Ötən  il verdiyi müsahibələrdə Suriyada gedən vətəndaş müharibəsində Hizbullahın yer almasının səbəbinə aydınlıq gətirən təşkilat liderinin bu sözləri gətirildiyi oyunda nə qədər çarəsiz qaldığını ifadə edir:

 

“Biz Suriyada İŞİD-ə qarşı vuruşmasaq, bir müddətdən sonra Livanda bu döyüşə girməli olarıq”.

 

Əslində Livanda məzhəb müharibəsini körükləmək istəyən Səudiyyə Ərəbistanını da başa düşmək çətin deyil. Rusiya çətiri altında birləşən Suriya, İran, İraq, Hizbullah şiə ittifaqının İŞİD-in irəliləməsinin qarşısını kəsdiyini görən Səudiyyə Ərəbistanı, yəqin ki, çarəni müttəfiqləri içəridən parçalamaqda görür. Ən zəif həlqələrdən biri də Livan olduğundan, görünür, orda da eynilə İraq və Suriyada olduğu kimi, məzhəb münaqişəsi çıxarmağa çalışır. Məqsəd həm Livanın sünnü əhalisini bu münaqişəyə cəlb etmək, həm də Hizbullahın başını öz ölkəsindəki münaqişələrə qatmaqla rəqiblərini müxtəlif coğrafiyalarda təkləməkdir. Son zamanlar İraqda vəhhabi terrorunun artması da bu mənada təsadüfi deyil: BMT-nin verdiyi məlumatlara görə, son 2 ayda terrora qurban gedən iraqlıların sayı 1519 nəfərdir.

 

Riyad şiə ittifaqından öz geopoitik məqsədləri üçün istifadə edən Rusiyanı da başqa üsullarla zərərsizləşdirməyə çalışır. Bir tərəfdən, o, ABŞ-la atəşkəs imzalayan Rusiya prezidentinə bu addımı dəstəklədiyini bildirir və Moskvanı atəşə kəsməyə təşviq edir, digər tərəfdən isə atəşkəs elan olunan gün İŞİD qüvvələri Suriyanın şimalındakı kürd bölgələrinə hücumlar həyata keçirir. İŞİD-in Səudiyyə Ərəbistanına bağlılığını nəzərə alsaq, məkrin əsl səbəbi üzə çıxır: Rusiyanın diqqətini Suriyanın şimalına çəkmək, onu bu coğrafiyada Türkiyəylə üz-üzə gətirmək. Beləcə, ölkənin cənubunda Bəşər Əsəd qüvvələriylə İran yalnız buraxılır…

 

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə