XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

02 Mart 2016 - 14:15

Türkiyə və Qarabağı hədəfdə saxlayan rus silahı:Yerevana satılan S- 300-lər kimə tuşlanıb? – TƏHLİL

 

silah esas

 

 

Azərbaycan Rusiya silahını alsa da, onun Ermənistana satışına etiraz edir. Lakin ola bilsin, bu fakt Bakıdan daha çox Ankaranı təşvişə salıb. Azərbaycan XİN Ermənistana RF tərəfdən 200 milyon dollarlıq kreditin ayrılması haqda sazişin qüvvəyə minməsilə bağlı Rusiyaya etiraz notası göndərib. Bu pullar Ermənistanın Rusiya silahı və hərbi texnikası əldə etməyi üçün nəzərdə tutulub.

 

 

Azərbaycan xarici syasət idarəsinin təmsilçisi Hikmət Hacıyevin Bakıda mətbuat konfransında məlumat verdiyi kimi, Ermənistana hücum silahlarının verilməsi münaqişənin nizamlanmasna şərait yaratmır.

 

Notada isə qeyd olunur ki, Azərbaycan Ermənistanın əldə etdiyi silahların ermənilərin işğal etdiyi Azərbaycan ərazilərində – Dağlıq Qarabağda dislokasiya olunması haqda dünya ictimaiyyətinə dəfələrlə təkzibedilməz faktlar təqdim edib.

 

Notada deyilir: “Ermənistan ixracatçı ölkənin razılığı olmadan bu silahları işğal edilmiş ərazilərdə yeləşdirməklə üzərinə götürdüyü beynəlxalq hüquqi  öhdəlikləri kobud şəkildə pozur. Ermənistana silah tədarükü bu problemin həllinə əngəldir və gərginliyin artmasına aparır. İrəvana bu cür hücum silahları və texnikanın verilməsi Azərbaycan cəmiyyətində mənfi reaksiyalar doğurur”.

 

Azərbaycan XİN həmçinin silah ixracatçısından – Rusiyadan zəmanət gözləyir ki, silahlar işğal edilmiş ərazilərdə və birbaşa Azərbaycan sərhədlərinin yaxınlığında yerləşdirilməyəcək.

 

Rusiya XİN, təbii ki, Azərbaycanın notasına reaksiya verdi. RİA Novostinin məlumatına görə, nazirliyin təmsilçisi Mariya Zaxarova bildirib ki, Rusiya Ermənistanla hərbi-texniki əməkdaşlığı şəffaf şəkildə və bütün beynəlxalq öhdəlikləri gözləməklə həyata keçirdir.

 

Zaxarova izah edib: “Biz diplomatik kanallar üzrə uyğun informasiyanı artıq Azərbaycan tərəfinə çatdırmışıq. Rusiya Ermənistana müttəfiqlik münasibətləri ilə bağlıdır, o cümlədən onunla hərbi-texniki əməkdaşlığı inkişaf etdirir. Bu, hamının bildiyi faktdır… Eyni zamanda həm Ermənistana, həm də Azərbaycana istənilən silah tədarükü bölgədə qüvvələr balansının saxlanması zərurətinin əsaslı şəkildə nəzərə alınmasilə həyata keçirilir”.

 

“Dost Azərbaycan”a tədarükə gəlincə, qeyd edək ki, bununla belə, 4 milyard dollar məbləğində (Ermənistanınkından 20 dəfə çox) Rusiya silahının alqı-satqı müqaviləsinin gerçəkləşdirilməsi faktı qətiyyən gizlədilmir.

 

Söhbət uzaqmənzilli HHM S-300 sistemləri, 200-ə yaxın yeni T-90S tankları, tam 100 ədəd PZM-3, “Qasırğa” və “Günvuran” tipli “dağıdıcı” silahlar daxil olmaqla müxtəlif növ artilleriya sistemlərindən, 18 vahid uzaqmənzilli özüyeriyən “Msta-S” artilleriya qurğuları, tam 100 ədəd nəqliyyat və döyüş Mi-8 və Mi-35 helikopterləri və s.-dən gedir.

 

Bir sözlə, Azərbaycanın idxal etdiyi Rusiya hərbi texnikasının önəmli siyahısı dəfələrlə KİV-ə çıxıb, dəfələrlə geniş şəkildə tirajlanıb və Ermənistan üçün güzəştli kredit üzrə nəzərdə tutulan texnikanın siyahısı da müntəzəm şəkildə mətbuata çıxır.

 

Bununla bağlı xeyli suallar yaranır. Birincisi: Rusiyanın Ermənistan və Azərbaycana tədarük etdiyi silahların siyahısı niyə mətbuatda sakitcə tirajlanır?

 

İkincisi: Rusiya niyə həm “bizimkilər”ə, yəni onunla birlikdə KTMT-də duran strateji tərəfdaşına və həm də“sizinkilər”ə – Rusiya ilə heç bir hərbi blokda durmayan və faktiki olaraq bu blokun üzvü və həm də ərazisində Rusiya hərbi bazası dislokasiya olunan ölkəsilə vuruşan “dost Azərbaycan”a silah satır? Doğrudanmı, istisnasız olaraq “qüvvələr balansını saxlamaq” üçün? Və ümumiyyətlə, silah varsa, atəş açmaq təmayülünə malikdir. Həm də bu halda bu silah hansı yöndə atəş aça bilər?

 

Burada variantlar müxtəlifdir. Ermənistan üçün “qorxunc” silah haqda mətbuata “sızıntı” Azərbaycan və Türkiyəni qorxutmağa xidmət edə bilər. Çünki bəzi ekspertlərin hesab etdiyi kimi, Ermənistan silahı güc və say üzrə hərbi texnika baxımından Azərbaycanından güclü şəkildə geridə qalır. Bu ölkə həm Rusiya, həm İsrail, həm də Türkiyə silahı almaq üçün kifayət qədər neft puluna malik idi.

 

Başqaları hesab edirlər ki, Rusiya Ermənistana köhnəlmiş və artıq paslanmış hərbi texnika satır və bundan, sadəcə, “yüngül pullar” qazanır. Lakin Ermənistan üçün nəzərədə tutulmuş silahların siyahısına inansaq,  heç də tam bu cür deyil. Həm də o istənilən anda Gümrüdə yerləşən Rusiya hərbi bazasının işinə yaraya bilər.

 

Silahın Dağlıq Qarabağın əlinə düşməməyinə “zəmanət”ə gəlincə isə, müəyyənlik üzrə bu məsələdə tam zaminlik ola bilməz – yəni hər şey durumdan asılı olacaq.

 

Azərbaycan indiki mərhələdə yalnız bundan təskinlik ala bilər ki, rəsmi Dağlıq Qarabağ silah alıcısı deyil. Və bölgədə hərbi xaos dönəmi olmasa, onda Rusiya ideya üzrə silahın Stepanakertə (Xankəndinə -red) sarı “mühacirət”ində maraqlı olmamalıdır.

 

Ciddi şəkildə deyilsə, nə Bakı, nə də İrəvan Rusiyanın hər iki tərəfə silah satmasından mərəkə qoparmalıdır. Bütün dünyada silah alveri məsələsində “dostluq amili” yoxdur. Məsələn, ABŞ həm İsrailə, həm də ərəb ölkəlrinə silah tədarük edir və bu isə böyük qalmaqal doğurmur. Eynilə beynəlxalq ictimayyətin həm Ermənistanın, həm də Azərbaycanın Rusiya silahının idxalatçsı olduğuna heç cür reaksiya vermədiyi kimi – “yalnız biznes, artıq heç nə”.

 

Deyək ki, Rusiya Azərbaycana silah satmasa, o, silahı İsraildən, Türkiyədən və yaxud başqa ölkələrdən əldə edəcək. Yəni Azərbaycana satışdan imtina bölgənin silahsızlaşdırılmasına dönməyəcək – ancaq Rusiya hərbi-sənaye kompleksinin itkisi çoxalacaq .

 

Ermənistana gəlincə, ona silah tədarükünün “mənəvi” yönü, birincisi, bu ölkənin KTMT-a üzvlüyü, ikincisi Gümrüdə Rusiya həbi bazasının dislokasiyası, üçüncüsü, iki ölkənin strateji tərəfdaşlığı ilə bəraət alır.

 

Və daha bir önəmli yön: Rusiya həm Ermənistana, həm də Azərbaycana silah tədarük etməklə bu dövlətlərin silahlı qüvvələrinin NATO standartlarına keçidinə yol verməmək məqsədini güdür. Bu isə Rusiyanın Cənubi Qafqazda hərbi-siyasi təsirinin güclənməsinə də addir.

 

Lakin yuxarıda deyildiyi kimi, silahın atəş açmaq şakəri var və Dağlıq Qarabağ və Ermənistan-Azərbaycan münaqişə zonasında bunu da edir, lakin məsələ irimiqyaslı müharibəyədək gedib çıxmır. Ola bilsin ki, hərbi qüvvələrin nisbi balansı və Ermənistan təhlükəsizliyinin zamini kimi Rusiya çıxış etdiyinə görə.

 

“Maraqlar üzrə klub”un göz qabağında olduğu və Ermənistanın böyük rol oynamadığı KTMT yox, məhz Rusiyadır. Daha dəqiqi, yalnız o halda rol oynayır ki, bu, Rusiyanın maraqları və Ermənistanın təhlükəsizliyi ilə bağlıdırsa. Beləliklə, Qarabağ münaqişəsi kəskinləşərsə, KTMT Nizamnaməsinə baxmayaraq, Ermənistan çətin ki Mərkəz Asiya dövlətlərinin dəstəyinə bel bağlaya bilsin.

 

Onlar, çox güman ki, özlərini problemin həllindən uzaqlaşdıracaq. Həm də bu halda güman etmirəm ki, Rusiya təşkilatda böhranlı proseslər doğurmamaq üçün KTMT üzrə müttəfiqlərinə təzyiqi məqsədəuyğun sayar.

 

Rusiya silahı kimə atəş açacaq? Düşünmək lazımdır ki, Moskva həm Ermənistanı, həm Azərbaycanı silahlandırmaqla bu iki ölkə arsındakı münasibətlərdə “toplar”ın susmağında maraqlıdır və münaqişə tərəflərindən heç birini müdafiə etməli olmayacaq. Çünki hər ikisi Rusiyanın ən müxtəlif maraqları üçün həyati önəm daşıyır. Yəni bölgədə qüvvələr balansını saxlamaq nəzəriyyəsi göydən düşməyib – ən azı, bölgədə fəal hərbi əməliyyatarın qabağını alır.

 

Azərbaycanın Rusiyaya göndərdiyi notanın isə tamam başqa – Türkiyə “astar”ı ola bilər. Nəzərdə tutulur ki, Ankara uzaqvuran Rusiya hərbi texnikasının Ermənistandan Türkiyəyə tuşlanmasından ehtiyatlanır və Qarabağ məsələsinin buna ümumən heç bir dəxli yoxdur. Rusiya “sadəcə” öz hərbi texnikasını Türkiyə ilə sərhədə atır – necə deyərlər, hər cür yanğın halı üçün.

 

Lakin “yanğın hadisəsi” hər halda baş versə, bu, artıq Suriya kontekstində Türkiyəyə qarşı ikinci cəbhə açmağa oxşayacaq ki, həm Azərbaycan, həm də Ermənistan üçün eyni dərəcədə pisdir. Bu, Ermənistan üçün respublikaya tamamilə gərəksiz olan və təkcə “Suriya cəbhəsi” ilə məhdudlaşmayan Rusiya-Türkiyə müharibəsinə cəlb edilmək, Azərbaycan üçün isə Moskva ilə Ankara arasında son dərəcə ağrılı seçim demək olacaq.

 

İrina Corbenadze

Rosbalt.ru, 01.03.2016

 




Yuxarı Əvvələ Ana Səhifə