XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

10 May 2019 - 15:14

BAŞ NAZİR PAŞİNYAN İNQİLABÇI PAŞİNYANI DƏFN EDİR:Serj Sərksyanın kabusu inqilabı "yeyir" – Təhlil

Sərkis Artsruni

yerkramas.org (Ermənistan), 09.05.2019

 

Nikol Paşinyan dünənki mətbuat konfransında super baş nazirlik sistemi ətrafında müzakirələrə toxunaraq hətta elementar siyasətlə heç bir ümumiliyi olmayan izahatlarla çıxış edib. Baş nazir Nikol Paşinyan hətta bütün enerjisi ilə müxalif Nikol Paşinyana qarşı qoyularaq sonuncunun sözlərinə ardıcıl şəkildə düzəliş edir, inqilabın gündəliyini faktiki şübhə altına alır.

Nikol Paşinyan bəyan edib – Ermənistanda super baş nazirlik sistemi artıq ləğv olunub, çünki demokratik ölkədə super baş nazirlik ola bilməz. Baş nazir özünün bu bəyanatı ilə Ermənistanda demokratiyanın varlığını şübhə altına qoyur, çünki baş nazirlik hökumətin parlamentdə ikinci oxunuşda tam qəbul edilmiş yeni strukturu ilə, belə deyək, institutlaşıb. Bu, parlamentli ölkədə yalnız baş nazirə tabe və ümumiyyətlə MM-in nəzarətindən qıraqda olan strukturların var olduğu super baş nazirliyin klassik örnəyidir. Bu gün MTX (Milli Təhlükəsizlik Xidməti-tərc.), polis, DGK-yə (Dövlət Gəlirlər Komitəsi-tərc.) məhz belə status verilib.

Nikol Paşinyanın cavabından hətta aydın olur ki, ölkədə demokratiyanın dönməzliyinin təminatı institutlar deyil, baş nazirin özünün obrazıdır, başqa sözlə, “yaxşı çar” haqda mifdir. Nikol Paşinyan öz dəyərini qeyd edərək institutlaşmış demokratiyanın yoxluğunu müsbət şəkildə faktiki ört-basdır edib. Ötən ilin hadisələrinin mənası “pis çar”ın “yaxşı çar”la əvəzlənməsindən ibarət idisə, onda ağrıyla etiraf edirik ki, baş verənlər inqilab deyildi, ya da inqilabın gündəliyi ləğv olunur, görünür, bunun sübutu Paşinyanın bu günki mətbuat konfransıdır. Paşinyan özünü bütləşdirəndə demokratik cəmiyyətin varlığını şübhə altına alır.

“Siz məhkəmədə şahid kimi çıxış edən super baş nazir görürsünüz. Bəziləri deyirlər ki, bu şoudur. Bu, şou deyil, siyasi iradə sərgisidir. Axı mən mətbuat konfransı keçirməyə də bilərəm, amma bu, mütləq şəffaflığın bəlirtisidir. Söhbət 1-2 idarənin statusundan gedirsə, onda burada da fakt və arqumentlər var. Məsələn, MTX-ni nazirliyə çevirməkdən ötrü sual edirəm: ölkədə yeni Serj Sərksyan istəyirsiniz? Serj Sərksyanın siyasi karyerası necə formalşıb, axı o, MTX dönəmindən bəri sakitcə hakimiyyətə gəlib? Sadəcə, indi adamlar var ki, deməyə sözü yoxdur, onların heç vaxt deməyə sözləri olmayıb da, onların işi, vur-tut, bizdən sitat gətirməkdir. Çox yaxşı, qoy bizim sözlərimizi diqqətlə yazsınlar, çünki bu, sonrakı siyasi karyerada onların işinə yarayar”, – deyə Paşinyan yekun vurub.

Faktiki olaraq nəticəyə gələ bilərik ki, parlament müzakirələri vaxtı “Mənim addımım” fraksiyası deputatlarının bəsit arqumentlərinin müəllifi Serj Sərksyanın kabusunun hətta rahat buraxmadığı məhz Nikol Paşinyandır, ya da fəaliyyətdəki baş nazir öz çevrəsində potensial “Serj Sərksyan” arayır.

Təəssüf ki, Paşinyan özünü “erməni Lenini”nə tay tutur və hesab edir ki, müxalifətin yeganə işi ondan sitat gətirməkdir, amma aşkarca unudur ki, üçüncü prezidentin söz və əməlində açıq ziddiyyət olduğunu göstərmək üçün Sej Sərksiyanın bəlli sözlərini elə hey sitat gətirərək inqilaba başçılıq edib. Əslində, indiki müxalifət də eyni şeyi edərək göstərir ki, baş nazir Nikol Paşinyan inqilab etmiş Nikol Paşinyana, ya da hətta baş nazirliyi təzəcə götürmüş Nikol Paşinyana qarşı çıxır.

Bütün bunlardan sonra təəccüblü deyil ki, Nikol Paşinyan “güclü əl” mövqeyindən çıxış edərək “qanadı doğramaq” hədəsi gəlir. Baş nazir bildirib: “Mən ER-in baş naziri ola bilən və bu hakimiyyətin içində müxtəlif qanadlar ola biləcək adama oxşayıram?… ER-in icra hakimiyyətində qanadlar ola bilməz və icra hakimiyyəti vahid qurumdur və bu quruma baş nazir başçılıq edir. Qanadlar çıxsa, mən bu qanadları doğrayaram”.

Dünya tarixində tamamilə demokratik inqilabın liderlərinin zaman keçdikcə diktartorluğa meyl göstərdiyi hallar az olmayıb.

Tərcümə Strateq.az-ındır.