XƏBƏR LENTİ

22 İyul 2019
21 İyul 2019

Digər Xəbərlər

15 May 2019 - 12:22

İRANA QARŞI SAVAŞIN ÜÇ SSENARİSİ:əməliyyat planı ABŞ və  İsrailin baş qərargahının masası üzərindədir – Araşdırma

Andrey Rezçikov

warfiles.ru, 14.05.2019

 

Pentaqon İran nüvə silahını hazırlamağı  sürətləndirəcəyi halda Yaxın Şərqə 120 min hərbçi göndərmək planı işləyib. 2003-cü ildə İraqla savaşa başlamaq üçün, təxminən, bu sayda qoşun göndərilib. Bölgədə tammiqyaslı savaşın başlanması riski çoxalır. Bu güc uğurlu zərbə üçün amerikalılara bəs edəcəkmi və bu necə olacaq?

Amerikanın “The New York Times” qəzeti xəbər verib – Pentaqon başçısı vəzifəsini icra edən Patrik Şanaxan Yaxın Şərqə 120 minədək hərbçi göndərmək planını hələ mayın 9-da ABŞ prezidentinin əsas hərbi köməkçilərinə təqdim edib. Bu, İran nüvə silahını hazırlamağı  sürətləndirəcəyi və yaxud Fars körfəzində ABŞ güclərinə hücum edəcəyi halda baş verəcək.

NYT-nin məlumatına görə, planı Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton daxil olmaqla “qırğılar”ın basqısı altında işləyiblər. Göndərilən qoşunların təklif edilən sayı planla tanış olan çoxlarını “sarsıdıb”, çünki ABŞ 2003-cü ildə İraqa, təxminən, bu sayda hərbçi yollayıb, amma indi İrana qarşı quru əməliyyatı planlaşdırılmır. Vurğulanır ki, belə əməliyyat üçün daha çox qoşun tələb olunur.

Prezident Trampın özünün plandan xəbəri olub-olmadığı haqda məlumat verilmir. Amma Amerika lideri İranın nüvə proqramının inkiaşfı halında mənfi nəticələr barədə ona dəfələrlə xəbərdarlıq edib. Tramp hədə gəlib: “Onlar nəsə etsələr, güclü ziyan görəcəklər”.

İranla “nüvə sazişi”ni məhz Ağ Evin sahibi ləğv edib, Tehran bundan sonra ötən həftə iqtisadi zəmanət verilməzsə, sazişin başqa iştirakçılarını uranı yenidən zənginləşdirməyə başlamaqla hədələyib. İranlılar düşünməyə iki ay vaxt veriblər. Avropada belə şərtləri şantaj adlandırıb və Tehrandan öz üzərinə götürdüyü öhdəlikləri gözləməyi tələb ediblər.

Hər necə olsa da, amerikalılar Tehrana basqı göstərmək qəsdilə bölgədə iştirakı açıqca gücləndirirlər. ABŞ mayın əvvəlində “Avraam Linkoln” aviadaşıyıcısı başda olmaqla HDQ qrupunu və bombardmançıların taktiki qrupunu Yaxın Şərqə göndərib. ABŞ HHQ-nin B-52H strateji bombardmançıları isə Fars körfəzində İran sərhədinin yanında müntəzəm uçuşlara başlayıb.

Tehranın özündə basqının qabağından çəkilmir və Vaşinqton İrana qarşı güc addımları atarsa, ABŞ-ın “başına zərbə endirmək” hədəsi gəlirlər. Bu haqda bu günlərdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun briqada generalı Əmirəli Hacızadə bildirib. Hacızadə bəyan edib: “Əgər (amerikalılar) addım atsalar, kəllələrindən vurarıq”.

Amma Tehranda ABŞ-la savaşa girmək istəksizliyindən hər dəfə danışır, ancaq Vaşiqnton toqquşmaya birinci başlarsa, müdafiə olunmağa söz verirlər.

Xarici və müdafiə siyasəti üzrə Şuranın rəyasət heyətinin sədri Fyodor Lukyanov yada salır ki, İrana qarşı hərbi əməliyyatlar haqda söhbətlər xeyli ildir gedir. Savaşı planlaşdırmağa hamıdan yaxın hələ sıfırıncı illərin ortalarında ABŞ prezidenti Corc kiçik Buş olub. Lukyanov “Vzqlyad” qəzetinə deyib: “Amerikalılar bu savaşın necə ola biləcəyini incələməyə başlayarkən bütün mütəxəssislər və hamıdan qabaq kəşfiyyatçılar, MKİ bununla məşğul olmaqdan faktiki daşındırıblar. Bu münaqişənin miqyasına nəzarət etmək çox çətin olacaq və nəticələri praktik olaraq gözlənilməzdir”.

Federasiya Şurasının informasiya siyasəti üzrə komissiyasının sədri Aleksey Puşkov da İranın ABŞ üçün İraqdan daha bərk qoz olacağı haqda xəbərdarlıq edir. O, Twitter-də xatırladıb ki, “ABŞ vitse-prezidenti Dik Çeyni 2003-cü ildə bildirib: “İraqı götürməyin vaxtıdır”, amma o zaman elə “götürdülər” ki, sona necə atacaqlarını bilmədilər”. Senatorun fikrincə, indi isə Çeyninin rolunu İrana zərbə endirməyə çağıran Bolton ifa edir. Puşkov göstərib: “Pentaqon bir vaxt İraqa göndərdiyi kimi Orta Şərqə 120 min əsgər göndərməyə hazırdır. Savaş hazırlanır”.

Lukyanovun sözlərinə görə, Buşdan sonra İranla böyük savaşdan ciddi danışmayıblar. Təkcə əsasən İsrailin baisliyi ilə İranın nüvə obyektlərinə nöqtə zərbələri endirmək imkanları barədə sızmalar zaman-zaman üzə çıxıb, amma məsələ “sözdən o yana keçməyib”. Lukyanov əmindir: “İndi söhbət durumu  qızışdırmaq, İran qorxutmaq səyləri və Yaxın Şərq üzrə müttəfiqləri səfərbər etməkdən gedir. Ərəb ölkələrinin çoxu İranın gücləndiyindən bu və ya digər dərəcədə qayğılıdır və təşvişə düşüb. Buna görə də Vaşinqton tərəfdən bu sayaq ritorika İrandan qorxunu bölüşən ölkələri cəlb edir”.

Təl-Əviv universiteti Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun (INSS) işçsi Saymon Tsipis öz növbəsində qəti əmindir ki, təkcə İsrail və ya ABŞ-ın deyil, həm də Böyük Britaniya və Avropa Birliyinin başqa ölkələrinin belə gerçək planları var. Tsipis “Vzqlyad” qəzetinə deyib: “Bu plan həm ABŞ-ın, həm də İsrailin baş qərargahının masası üzərindədir. Amma hər dövlətin öz planı var. İranın nüvə proqramının hərbi həlli üzrə İsrail planı daha çox aviasiyadan istifadəyə söykənir. Halbuki daha çox hərbi resursu və imkanları olan ABŞ-ın planı hərbi-dəniz gücləri, aviasiya və ola bilsin, piyadadan istifadəni nəzərdə tutur”.

Rusiya raket və artilleriya Elmləri Akademiyasının vitse-prezidenti, hərb elmləri doktoru Konstantin Sivkov öz növbəsində əmindir ki, “İran məsələsinin həlli” üçün ABŞ-a 120 min hərbçi bəs etməyə bilər. O, üç ssenarini ağlabatan sayır. Sivkov “Vzqlyad” qəzetinə deyib: “Birinci variant – İranın nüvə kompleksi obyektlərini məhv etmək qəsdilə miqyasca məhdud aviasiya-raket zərbəsi endirməkdir”.

Sivkovun sözlərinə görə, ikinci variant Yuqoslaviya ssenarisi üzrə İran iqtisadiyyatını alt-üst etmək məqsədilə əhatəli hava kampaniyası keçirmək ola bilər. Amma bu halda 120 minlik qruplaşmanı artırmaq lazım gələcək. Həmsöhbətimiz hesab edir: “Əsas resurslar aviasiya qruplaşmasına qulluğa və qorumağa göndərilməlidir”.

Sivkov İrana qarşı sürəkli savaşın başlanması  və ərazisinin işğalını da çıxdaş etmir. Sivkov hesab edir: “Üçüncü variant quru qoşunlarını İran torpaqlarına yeritməklə tammiqyaslı savaş aparmaqdır – İraq savaşında olduğu kimi”.

Onun sözlərinə görə, belə əməliyyat üçün 120 min hərbçi “əsla bəs deyil” və “qruplaşmanı, haradasa, səkkiz dəfə artırmaq lazım gələcək”.

Lukyanov da 120 minlik qruplaşmanın “mənasız” olduğu ilə razıdır. Lukyanov qəti əmindir: “Bu, nöqtə əməliyyatları üçün çoxdur, işğaldan ötrü ciddi hərbi kampaniya üçün isə heç nədir. İran böyük, güclü ölkədir, hətta İraq da deyil. Hər şey hələlik psixoloji savaş çərçivəsində baş verir”.

Tsipisin fikrincə, İran ətrafında durumun gərginləşməyində İranın nüvə sazişindən çıxmaq imkanlarından danışan ölkə prezidenti Həsən Ruhani günahkardır. O da münaqişənin inkişafını bir neçə ssenari üzrə görür. İsrail nüvə obyektlərinə təkbaşına raket zərbələri endirə bilər. Tsipis hesab edir: “Bu ya təkcə ABŞ, ya da ABŞ, İsrail, Böyük Britaniya və Fransanın mümkün iştirakı ilə Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Oman tərkibli ərəb koalisiyası olacaq. Habelə istisna deyil ki, bu, Amerika-İsrail koalisiyası olacaq. Bu əməliyyatın olub-olmayacağı isə İran hökumətinin öz şanslarını nə qədər adekvat dəyərləndirdiyindən, nə qədər fitnəkar və hərbi həllə təşəbbüs edib-etmədiyindən asılı olacaq”.  

Lakin Surkov əmindir ki, planın ortalığa çıxması “İrana qarşı savaşın hazırlıq elementidir”. O, fərz edir ki, dörd tankerin partladılması üçün geniş bəlli olmayan aksiya “İrana qarşı hərbi əməliyyatlara başlamağa haqq qazandırmaq qəsdilə” Amerika, İsrail, ya da Səudiyyə Ərəbistanı xüsusi xidmətlərinin gücü ilə keçirilib. Konstantin Sivkov əmindir: “Fitnəkarlıq o qədər də alınmadı. Amma bu bəhanə bölgədə qruplaşmanı artırmağa başlamağa əsas verir”.

Amma Lukyanov qeyd edir ki, tankerlərin hərəkətinə mane olmaq səyində təqsirlilərin adlarını çəkmir,  “dumanlı şəkildə eyham vururlar ki, bunların hamısı İranın hiyləsidir”. Lakin Amerika KİV-ləri ABŞ ekspertlərinə istinadən partlayışlar silsiləsində iranlıların birbaşa əli olduğunu iddia edir.

Lukyanov vurğulayır: “Əgər bu, antiiran kartını oynamaq cəhdidirsə – ki, daha ağlabatandır – onda bu mövzu olduqca təhlükəlidir. Bu, bütünlükdə dünya iqitsadiyyatının işləmək məsələsidir. İranı dünya bazarına neft tədarükünü pozmaqda ittiham etsələr, onda Tehran ətrafında başqa siyasi atmosfer yaranacaq”.

Tsipis yada salır ki, çağdaş tarixdə nüvə silahı əldə etməkdə dövlətlərin iddiaları birinci dəfə kəsişmir. İsrail bir zamanlar Suriyanın nüvə reaktorunu bombalayıb ki, böyük Əsədin əlində kütləvi qırğın silahı olmasın. İsrail hərbçiləri Səddam Hüseynin idarəçiliyi dönəmində İraqın nüvə reaktoru ilə oxşar şəkildə davranıblar. Liviya lideri Muəmmar Qəddafi də nüvə silahına can atıb, güclü basqı və Liviyaya qarşı əhatəli hərbi əməliyyat təhdidi altında ideyadan çəkinib.

Tsipis yekunlaşdırıb: “Bu gün şahid oluruq ki, İran həmin yolla gedir: nüvə silahı əldə etməyə çalışır. Ölkə nisbətən irəliləmiş mərhələdədir və istənilən an irəli sıçrayş edə, yəni nüvə silahı əldə etmək üçün bir ildə uranı zənginləşdirməyə başlaya bilər”.

Tərcümə Strateq.az-ındır.