XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 May 2015 - 10:48

Yeni qanun hazırlanır: Dərman qiymətlərini dövlət müəyyən edəcək – AÇIQLAMA

derman.jpg

Azərbaycanda dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı işlər həyata keçirilməkdədir”.

Strateq.az “report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi Əli Əhmədov deyib.

Baş nazirin müavini xatırladıb ki, artıq bununla bağlı qanunvericilikdə müvafiq dəyişiklik edilib və Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin fərmanı ilə bu dəyişiklik təsdiq olunub: “Növbəti mərhələdə dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi qaydaları təsdiq olunacaq. Bu qaydalar hazırdır və yaxın zamanlarda təsdiq olunacaq. Ondan sonra isə ölkədə dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi prosesi həyata keçiriləcək”.

Ə.Əhmədov vurğulayıb ki, bu, texniki baxımdan xeyli vaxt tələb edən bir prosesdir: “Amma məqsədimiz ondan ibarətdir ki, Azərbaycanda dərmanların qiyməti süni şəkildə şişirdilməsin. Təəssüf ki, indiki halda belə hallara rast gəlmək mümkündür. Bundan başqa, dərmanların keyfiyyətinin daha da artırılması əsas məqsədlərimizdən biridir. çünki insanlarımız nə dərmanların keyfiyyətinin aşağı olmasından, nə də qiymətinin yüksək olmasından əziyyət çəkməsinlər. Güman edirəm ki, qaydalar hazırlanıb həyata keçirildikdən sonra əsas məqsədlərə çatmaq mümkün olacaq”.