XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

17 May 2019 - 08:30

KONQRESMENLƏR TRAMPA ƏNGƏL YARATMAĞA ÇALIŞIR –İran dosyesinə qarşı yeni qanun layihəsi

Nik Robins-İrli

“Huffington Post”, 16.05.2019

 

Tramp administrasiyasının İranla silahlı münaqişəyə doğru yürüşü və on minlərlə ABŞ əsgərinin bir daha Yaxın Şərqdəki qanlı münaqişələrlə göndərilməsindən öncə bir sıra demokrat, hətta bəzi respublikaçılar prezidentin “quzğun” məmurlarını çəkindirməyə cəhd göstərirlər.

Senator Tom Udoll, Riçard DurbinRənd Pol Konqresin razılığı olmadan ABŞ-ın İrana qarşı müharibə üçün güc istifadəsini qadağan edən 2018-ci ilin qanun layihəsini yenidən gündəmə gətirib. Mayın 15-də senator Elizabet Uorren də onlara qoşulub.

“Biz Tramp administrasiyasının ölkəmizi Yaxın Şərqdəki daha bir müharibəyə sürükləməsinə imkan verə bilmərik”, – deyə Uorren “tweet” atıb.

Birləşmiş Ştatlar bütün qeyri-fövqəladə işçilərini Çərşənbə günü İraqı tərk etməyə çağırıb və ötən həftə Fars körfəzində ABŞ hərbi gəmisi və bombardmançıları yerləşdirilib. ABŞ İranı neft tankerlərinə hücumda günahlandırıb və “The New York Times” xəbər verib ki, müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan potensial olaraq bölgəyə 120 min Amerika qoşunu göndərməyi planlaşdırır. Eyni zamanda, Ağ Ev qanunvericilərdən xəbərsiz fəaliyyətini davam etdirib.

Bu hadisələr Avropa diplomatları və üst səviyyə hərbi səlahiyyətlilərini çaşdırıb. Hətta Konqresi də. Amma analitiklər deyir ki, Udollun qanun layihəsi əsas problemləri həll etmək üçün kifayət deyil: Konqres İrana dair qərar qəbulundan məhrumdur və 2001-ci ildən bəri hərbi gücdən istifadə edərkən, prezident ona verilən səlahiyyətdən yararlanır. Konqresin tərəfləri tam silahlı münaqişədən ayırmaqda acizdir.

 

Konqres dinləmələrə çağırır

 

Konqres və ictimaiyyətin İranla bağlı vəziyyəti qiymətləndirilməsində əsas problemlərindən biri də Ağ Evin mahiyyətcə İran təhdidləri barədə ehtimal olunan kəşfiyyat məlumatlarına arxalanmasıdır, halbuki Britaniya kimi müttəfiq bununla bağlı Ağ Evə açıq şəkildə etiraz edib.

Milli təhlükəsizlik müşaviri Con Bolton yanlış kəşfiyyat məlumatlarına istinadı ilə məşhurdur, belə olan halda, Konqres iddia edilən yeni İran təhdidlərinin qiymətləndirilməsi və 120 min əsgərin yerləşdirilməsi kimi hərbi planlara aydınlıq gətirmək üçün dinləmələr və brifinqlərin keçirilməsini tələb edə bilər. Bunu Müdafiə İnformasiya Mərkəzinin direktoru Mendi Smitberger deyib.

Smitberger bildirib ki, İrana qarşı təcavüzkar mövqe tutan və əvvəlki illərdə İranı bombalamağa çağırmış Bolton da bu dinləmələrdə iştirak etməlidir.

Senatın Xarici Əlaqələr Komitəsində demokrat senator Bob Menendes Dövlət Departamentinin İrana istiqamətli siyasəti ilə bağlı ictimai və xüsusi brifinqlər keçirilməsini tələb etmək üçün ikipartiyalı dəstəyə çağırıb. Amma bu, çətin iş ola bilər, çünki respublikaçı Tom Kotton kimi bəzi senatorlar deyir ki, “bir-iki zərbə ilə ABŞ münaqişənin qalibi olacaq”; Marko Rubio isə İranla müharibənin Tehrandan asılı olduğunu bildirib.

Respublikaçılar Con Kornin və Mitt Romni İranla müharibə ehtimalını inandırıcı saymır. Romni deyib: “Prezidentin və administrasiyanın İranla müharibəni nəzərdən keçirəcəyi inanılmazdır”. Romninin fikrincə, artan gərginliklər ilə əlaqədar narahatlıq “əsassız və məntiqsiz”dir.

Amma demokrat Stefani Mörfi və Barbara Li Boltonun Trampı münaqişəyə yönəltdiyini və Konqresin hərbi hərəkata nəzarət etməli olduğunu vurğulayıblar.

“Düşünürəm ki, bir yerdə müharibəyə gedəcəyiksə, Konqres bunu təsdiq etməlidir”, – Li bildirib.

 

AUMF

 

Konqres İranla bağlı ictimai dinləmələr keçirirsə, Ağ Evin 2001-ci ildə hərbi qüvvələrin istifadəsinə dair qanunvericiliyə (AUMF) istinadla bunu əsaslandıra bilməsi başlıca məsələdir.

Sentyabrın 11-də baş vermiş terror hücumlarından üç gün sonra qəbul edilən AUMF-a əsaslanmış bir çox administrasiyalar, 20-dən çox ölkədə gizli həbsxanalar yaradılması, bombalama və qoşun yerləşdirmə daxil olmaqla, Konqresin nəzarətindən kənar geniş hərbi əməliyyatlar həyata keçirib.

Donald Tramp keçən il prezident Bəşər Əsədin Duma şəhərinə kimyəvi hücumundan sonra Suriya qüvvələrə qarşı hava hücumlarını başladıqda, respublikaçılar bu hərəkətin AUMF-a əsaslandığını iddia ediblər.

ABŞ İrana hücum edərsə, buna bənzər bir dəlildən istifadə edəcək, çünki Tramp İnqilab Keşikçilərini xarici terror qrupu olaraq təsnif edib. Udoll və digər senatorların dəstəklədiyi qanun layihəsi AUMF-un İranla bağlı istifdəsində Tramp administrasiyası üçün boşluq yaratmır.

“Mən bu administrasiyanın AUMF-un İrana aid olmadığını söyləmək istədiyinə inanmıram”, – Karnegi Fondunun baş elmi işçisi və Obama administrasiyasının sabiq rəsmisi Carrett Blank deyib.

Konqres ABŞ-ın İrana istiqamətli əməliyyatlara nəzarətini artıra bilər. Amma Smitbergen deyir ki, təxminən 20 ildir millət vəkilləri AUMF-ın geniş istifadəsinə qarşı güclü müqavimət yarada bilmirlər.

Tramp xarici hərbi müdaxiləyə qoşulmaq üçün iştahalı görünməsə də, analitiklər deyirlər ki, o, uzun müddətdir  dünyanın bir sıra ölkələrində daha sərt və müdaxiləçi siyasət çağırışı edən məmurlarla əhatə olunub.

Blank deyib: “Con Bolton və Mayk Pompeo bütün karyeralarını İranla müharibə arzusuna həsr edib”.

Tərcümə: Strateq.az