XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

03 Mart 2016 - 14:20

İranda “hurriyyət”:İslahatçıların triumfu Xamneyinin gələcək varisinə mane olacaqmı? –Təhlil

 

irani02

 

Keçən həftə baş tutmuş seçkilər İranda iki önəmli institutun – parlament və ekspertlər Şurasının tərkibi və xarakteri ətrafında artıq illərlə sürən mübarizənin növbəti mərhələsi oldu.

 

İlk baxışdan Ekspertlər Şurası daha mühüm strukturdur. Orada ali lideri seçmək və əgər yolunu azarsa, vəzfəsindən götürmək səlahiyyəti olan ruhanilərin 88 ali təmsilçisi toplanıb. Parlamentdə – Məclisdə 290 deputat cəmlənib. Onların dövlət büdcəsini təsdiq etmək, beynəlxalq sazişləri təqdir etmək, nazirlərin təyinatını təsdiq etmək və onları işdən azad etmək, hökumətə sorğular göndərmək və vətəndaşların şikayətlərinə baxmaq səlahiyyəti var.

 

Lakin bu mühüm səlahiyyətlər ciddi şəkildə məhdudlaşdırılıb və real qüvvə parlamentə və Şuraya məxsus deyil. Namizədlərin, ən azı, yarısını özəl komissiya irəli sürür və rejimin xoşlamadığı ünsürlərin seçilməməsinə göz qoyur.

 

Ekspertlər Şurasının ali dini rəhbəri işdən götürmək hüququ olsa da, bu, heç vaxt baş vermir. Rəhbər seçimi cəmi bir dəfə baş tutub – İran respublikasının indiki lideri Əli Xameneyi İslam inqilabının vəfat etmiş lideri Ruhulla Xomeyninin yerinə seçilərkən.  Və bu, Şuradakı mübahisə və mübarizənin yox, ondan kənarda qəbul edilmiş qərarın nəticəsi idi.

 

Xameneyi öz əlinə böyük hakimiyyət toplayıb dini isteblişmenti və Şuranı son dərəcə zəiflətdi. Şura onun bütün qərarlarını avtomatik şəkildə dəstəkləyir. Bununla bərabər, ehtimal ki, yeni tərkibli Şura daha böyük önəm daşıyacaq, çünki Xameneyi yaşına və pis sağlamlığına görə səhnədən düşməli olarkən yeni ali rəhbəri seçməli olacaq.

 

Eyni zamanda ehtimal etmək olar ki, digər strukturlar, məsələn, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) gələcək liderin şəxsiyyətinin müəyyən edilməsində bu dəfə də mühüm rol oynayacaq.

 

Parlamentin də səlahiyyətləri əsaslı şəkildə məhdudlaşdırılıb. Məsələ burasındadır ki, parlament fəaliyyəti çox tez-tez ali rəhbərin razılığını tələb edir, qanunların qəbul edilməsi isə veto hüququna malik İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) razılığına bağlıdır. Bu məhdudiyyətlərə baxmayaraq, mötədil düşərgənin təmsilçisi sayılan və islahatçıların dəstəyinə söykənən prezident Həsən Ruhani sosial-iqtisadi sahədə təşəbbbüslər irəli sürmək üçün parlamentdə öz bazasını genişləndirməyə çalışır. Ruhani spikerlə yaxşı münasbəti sayəsində tez-tez parlamentin dəstəyini qazanır.

 

Digər tərəfdən SEPAH və radikal düşərgə bütövlükdə Ruhaninin zəiflətməyə cəhd edir, ABŞ-la dialoq və nüvə sövdələməsi daxil olmaqla onun təşəbbüslərini pozur. Çünki Ruhani onların iqtisadiyyata və ölkənin siyasi həyatına təsirini məhdudlaşdırmağa çalışır.

 

Səlahiyyət darlığına baxmayaraq, parlament islahatçılarla mühafizəkar radikallar düşərgəsi arasındakı mübarizədə səhnə rolunu oynayır. Keçən onilliyn başlanğıcında islahatçıların indiki liderlərindən biri, mötədil Hatəmi prezident olarkən tərəfdarları maksimum uğura çatdı və parlamentdə əksəriyyətə malik idilər, lakin mühafizkarlar və dini isteblişment tərəfdən basqı onları sındırdı. Onlar 2004-cü ildə məğlub oldular və o vaxtdan parlamentə və ekspertlər Şurasına mühafizəkarlar nəzarət edirlər. 

 

İslahatçılar 2009-cu ildə rejimin liderlərinə qarşı etiraz aksiyalarına çıxarkən ağır məğlubiyyətə düçar oldular. Rejim cavabında qüvvə işlətdi və islahatçı düşərgənin rəhbərliyini həbs etdi.  Onlar o vaxtdan bəri tənəzzül yaşayırlar.

 

Seçkilərin nəticləri islahatçıların həm parlamentdə, həm də ekspertlər Şurasında böyük uğurunu sərgilədi, lakin onların orada əkəsriyyət əldə edib-etməyəcəyi hələlik aydın deyil.

 

Şübhəsiz, 2013-cü il prezident  seçkilərində Ruhaninin qələbəsi ilə üzə çıxan ümidlər və nüvə sazişi çərçivəsində sanksiyalaırn ləğvi və ardınca iqtisadi durumun yaxşılaşacağı gözləntiləri müvəffəqiyyətə səbəb oldu.

 

Seçkilər göstərdi ki, vətəndaşların əksəriyyəti Ruhanini, o cümlədən nüvə sazişini dəstəkləyir. Lakin daxili mübarizənin bitməsinə çox var. Mühafizəkar düşərgənin böyük nüfuzu var, təmsilçiləri həlledici vəzifələrui tutur və Xameneyinin dəstəyinə güvənir. Onlar iqtisadi və siyasi çəkinin saxlanması uğrunda qətiyyətlə mübarizə aparacaqlar. Mənzərə Xameneyinin səhnədən gözlənilən gedişi ilə qəlizləşir və onun varisi postu uğrunda mübarizə çox kəskin ola bilər.

 

Efraim Kam

Israel Hayom (İsrail), 03.03.2016

Tərcümə Strateq.az-ındır

 




Yuxarı Əvvələ Ana Səhifə