XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

03 Mart 2016 - 14:53

Bəşər Əsədə qarşı döyüşən Sovet İttifaqı Qəhrəmanı:“Ruslar qatildirlər”

faris02

 

Suriyanın ilk kosmonavtı, müxalifətin fəalı və Əsəd rejiminə qarşı fəal mübariz olmuş Muhəmməd Farisin tarixçəsindən danışan yazıda bildirilir: Faris Suriyada milli qəhrəmandır. Onun adına məktəblər, aeroport və küçələr verilib.

 

Suriya hökuməti 1985-ci ildə onu kosmonavtlığa dörd namizədin içindən seçib Ulduz şəhərciyinə göndərdi. Farisin xatırladığı kimi, namizədlərin ikisi o zamankı prezident Hafiz Əsəd kimi ələvi, biri druz, o biri isə sünni çoxluğun təmsilçisi kimi özü idi. Əlbəttə, siyasi baxımdan ələvilərin kosmonavtlar dəstəsinə daxil olmaq şansı daha çox idi. Lakin tezliklə aydınlaşdı ki, həm sağlamlığa, hə də ixtisasına görə Faris digərlərindən kosmosa uçuşa hazırlığa daha çox uyğun gəlir.

 

Muhəmməd Farisin sözlərinə görə, “Suriya rəhbərliyinə mənim ölkənin ilk kosmonavtı olmaqdansa baş nazir təyn edilməyim daha asan idi”. Lakin sovet hərbçiləri gözlənilmədən qətiyyət göstərdilər ki, kosmonavtlar dəstəsinə məhz Faris daxil olsun. Nəticədə o, Ulduz şəhərciyində hazırlıq keçməyə başladı, iki ildən sonra isə “Soyuz” kosmik gəmisinin heyətində “Mir” orbit stansiyasına yeddi gün 23 saat beş dəqiqə çəkən uçuş həyata keçirtdi.

 

2000-ci ildə hakimiyyət Hafiz Əsəddən oğlu Bəşərə keçərkən Faris hərbi-hava akademiyasının fəxri rəhbəri vəzifəsini tuturdu. Sonra perspektivdə elmi-pedaqoji fəaliyyət planlaşdıraraq hərbi müşavir oldu.

 

Hər şey 2011-ci ildə vətəndaş müharibəsinin başlanması ilə dəyişildi. Muhəmməd Faris bir ildən sonra ailəsi ilə Türkiyəyə qaçmağa nail oldu. O, Əsəd rejiminin silahlı qüvvələrindən qaçmış rütbəcə ən böyük fərari olaraq qalır. 64 yaşlı Faris sovet mükafatlarını – Sovet İttifaqı Qəhərəmanı ulduzunu və Lenin ordenini əvvəlki kimi özündə saxlayır. Onun Rusiyadakı keçmiş həmkarları və dostları kömək təklif ediblər. Lakin orada sığınacaq ala biləcəyini düşünən təki ikrahla tüpürür.

 

Muhəmməd Faris jurnalistlərə bildirib: “Putin Sovet İttifaqı deyil. Bunlar qatil və cinayətkarlardır, qatillərə dəstək verirlər. Onların əli 200 mindən çox dinc sakinin qanına bulaşıb”.

 

Faris İstanbulda yurd salandan bəri Rusiya onu müxtəlif konfranslara qatılmağa dəvət edir, lakin o, dəvəti qəbul etməkdən mütləq imtina edir.

 

Onlar zorakılığı dayandırmalıdır. Başa düşdüyüm qədər, təəssüf ki, problem onların düşüncə tərzindədir. Bax, buna görə onların dostu ola bilmərəm”.

 

Faris kosmosa uçuşundan 30 il keçdikdən sonra rus dilini xeyli unudub. Lakin söhbət zamanı əsasən salamlaşma və vidalaşma zamanı rusca bir neçə kəlmə işlədir. Oğlu kimi o da rus xalqına istiqanlı hisslərindən danışır, eyni zamanda Əsəd qüvvələrinə dəstək üzrə hərbi əməliyyatlara başlamış Rusiya rəhbərliyinin hərəkətləri haqqında kəskin rəylər söyləyir. Faris qeyd edir ki, Rusiya aviasiyasının zərbələrinin əksəriyyəti İŞİD-ə yox, antiəsəd müxalifətə endirilib.

 

faris

 

Kosmonavtın ortancıl oğlu Kutayba Faris həmin hadisələri belə xatırlayır:

– Suryada inqilab baş verəndə ailəmiz Dəməşqdə yaşayırdı, çünki atam HHQ idarə mərkəzində işləyirdi. Atam ailənin bütün üzvlərini haqlı olaraq azadlıq və ləyaqət tələb edən Suriya xalqının tərəfində durmağa çağırdı. Qardaşım Mir həyatını təhlükədə qoyaraq Dəməşqdə nümayişlərə çıxdı. Sonradan bizə dinc nümayişçilərə qarşı vəhşi davranışdan, təhükəsizlik xidməti agentlərinin onları necə döydüyü və həbs etdiyindən danışdı.

 

Mən o zaman Hələbdə Sosial məsələlər və əmək nazirliyinin departamentlərindən birində informasiya texnologiyaları sahəsində mühəndis işləyirdim. İş tapa bilmədiklərinə görə suriyalıların əzablarını hər gün görürdüm. Anladım ki, Suriya xalqının həyatı nə qədər çətin, dözülməz və alçaldıcıdır.

 

Suriyada işsizliyin səviyyəsi qalan ölkələrdəkindən yüksək idi, gerçək inkişaf yox idi, qanunlar isə təkcə korrupsiyalaşan deyil, həm də korrupsiyanı yayan rejimin əlaltılarının xeyrinə qəbul edilirdi.

 

İnqilab başlanarkən biz ziyalılar və savadlı adamlar dərk etdik ki, bu, qurtuluşa yeganə düzgün yoldur. Mən dostlarıma – akademik işçilərə, tələbələrə və fəallara qoşuldum, siyasi fəaliyyətlə məşğul oldum. Hələbdə universitet ərazisində dinc nümayişlər təşkil etdik. Təhlükəsizlik qüvvələri və muzdluların universitet binasına və tələbələrə necə hücum etdiyini öz gözlərimlə gördüm. Bəzilərini həbs etdilər, əksəriyyətini vəhşi bir  amansızlıqla öldürdülər. Bir tələbəni yaxalayıb dördüncü mərtəbənin pəncərəsindən necə atdıqlarını indiyədək unuda bilmirəm.

 

Bütün bunlar ancaq o səbəbə baş verdi ki, biz siyasi baxışlarımızı azad şəkildə ifadə etmək istəyirdik. Atam həmişə ədalətin tərəfində olub. Təhlükəyə baxmayaraq, bizi yeganə düzgün yola əməl etməyə çağırdı. Hökumət biləndəki inqilabı dəstəkləyirik, atamı təqib etməyə başladılar, qəflətən işdən uzaqlaşdırdılar və ailəmiz o zaman Hələbə köçdü. Xüsusi xidmətlər məni və digər fəalları izləməyə başladı, buna görə də Səudiyyə Ərəbistanına qaçmaq və orada telekommunikasiya şirkətlərinin birində işləmək qərarına gəldim.

 

Oradakı siyasi fəaliyyətim internet və sosial şəbəkələr vasitəsilə koordinasiya ilə məhdudlaşırdı. Öz ailəmə görə təşviş keçirir, bilirdim ki, atam Suriya xalqının inqilabına qoşulduğunu elan etməkdən ötrü Suriyanı tərk etmək qərarına gəlib. Buna görə də Hələbdən təhlükəsiz qaçış təşkil etmək üçün inqilabçı fəallarla və Azad Suriya ordusunun üzvləri ilə əlaqəyə girdik. Xüsusi xidmətləri çaşdırmağa bir neçə cəhddən sonra atam və ailəmiz qaçmağa və Türkiyənin Hələbə yaxın Kilis şəhərinə yetişməyə müvəffəq oldu.

 

Atam bundan sonra bildirdi ki, Suriya xalqının inqilabına və haqlı, qanuni tələblərinə qoşulur. Rejim atamın və mənim evimi müsadirə etdi. Qohumlarımız təqiblərə məruz qaldılar, bəzilərini atamın işlərinə görə qisas almaq üçün öldürdülər.

 

2012-ci ildə Səudiyyə Ərəbistanında kosmonavtların Ümumdünya qurultayı keçirildi. Səudiyyə kosmonavtı Sultan Əmir bin Salman məni atamla birgə konfransa dəvət etdi. Orada Leonov dayı (Sovet kosmonavtı Aleksey Leonov-red.) ilə yenidən görüşməyimə çox şad idim. Uzun müddət susduq. Onun necə göz yaşı axıtdığı yadımdadır… 

 

Эхо России,1 марта, 2016

 

Tərcümə Strateq.az-ındır