XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

28 May 2019 - 18:48

İŞİD-in BEŞ MİN DÖYÜŞÇÜSÜ MDB SƏRHƏDLƏRİNDƏDİR: əsas hədəf Rusiya, Mərkəzi Asiya ölkələri və Çindir – Araşdırma

Taha əbd-əl-Vahid

Asharq Al-Awsat (Səudiyyə Ərəbistanı), 26.05.2019

 

İŞİD terror təşkilatı son illərdə Suriya və İraqdan dünyanın başqa bölgələrinə, özəlliklə Əfqanıstana yerdəyişimi edib. Terrorçu qruplaşmaların Əfqanıstan və MDB sərhədlərinin yaxınlığında yerləşməsi Rusiyada və bölgə ölkələrində narahatlıq doğurur. FTX-nin başçısı Aleksandr Bortnikov dünən təsdiqləyib ki, İŞİD-in 5 min döyüşçüsü sərhədə toplanıb.

Bortnikov MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət qurumları başçılarının Şurasının (TXQŞ) açıq toplantısında çıxış edərək bildirib: “Terrorçu qrupların Əfqanıstanın Birlik dövlətlərilə həmsərhəd şimal əyalətlərinə göndərilməsi özəl narahatlıq doğurur. İŞİD-i filialı (Vilayət Xorasan) bu bölgələrə artıq beş min döyüşçü toplayıb. Bunun xeyli hissəsini Suriyada vuruşan MDB vətəndaşları təşkil edirlər”.

O, xəbərdarlıq edib ki, terrorçuların güc artırması Mərkəzi Asiya bölgəsində durumun önəmli dəyişikliyinə şərait yaradır. FTX başçısı qeyd edib: “Onların Birlik ölkələrinə fasiləsiz sızması, yerli mütəşəkkil cinayətkarlığa calaşması  gedir. Eyni zamanda tanssərhəd narkotik, silah və qanunsuz mühacirət  axınları çoxalır”. Onun sözlərinə görə, gəlirlər terrorçuların resurs bazasını doldurmaq və döyüş imkanlarını genişləndirmək üçün işlədilir.

Bortnikov deyib: “Beynəlxalq terror təşkilatlarının iştirakçıları döyüş əməliyyatları zonasından və həmsərəhəd ölkələrdən gizlicə yer dəyişməkdə qaçqın və əmək mühacirəti axınlarından yararlanırlar”. Onun sözlərinə görə, terrorçular milli diasporalara və həmyerlilər birliyinə yerləşərək gizli özəklər qurur, yeni tərəfdarları ideologiyaca hazırlayır və ələ alaraq terrorçuluq fəaliyyətinə öyrədirlər.

Aleksandr Bortnikov canilərin kimyəvi silah və biotoksin istehsalı üçün material, texnologiya və infrastruktura malik olduqları haqda məlumatı təsdiqləyib, zərbə elementlərini çatdırmaq üçün isə pilotsuz uçuş aparatları işlədilir. FTX başısı məlumat verib ki, terrorçular ümumdünya terror şəbəkəsini dəstəkləyən bəzi dövlət və təşkilatlardan alınan pul vəsaitlərinin yer dəyişməsi üçün elektron ödəniş və kriptovalyutadan getdikcə daha çox istifadə edirlər. O, terrorçuların Suriya və İraqdan dünyanın başqa qarışıq ölkələrinə hərəkətləndiyi haqda narahatlıq ifadə edib. Məsələn, hər iki ölkədə bölgələr üzərində nəzarəti itirmiş döyüşçülərin 2016-cı ilin sonundan gəlməyə başladıqları Əfqanıstana. FTX başçısı quldur birləşmələrinin keçmiş iştirakçılarının terrorçuluq fəaliyyətini sürdürmək üçün Suriyadan Rusiyaya və Mərkəzi Asiya respublikalarına qayıtdığı haqda əndişə ifadə edib. O, qeyd edib ki, terrorçu qurum Əfqanıstanı terrorçular üçün əməliyyat meydanına çevirməkdən ötrü bu ölkədəki durumdan yararlana bilər.

MDB Antiterror Mərkəzinin başçısı Andrey Novikov fevralda bildirib ki, döyüşçülərin münaqişə zonasından döndükdən sonra formalaşdırdıqları “yatmış” terrorçu özəkləri son illərdə bölgəyə potensial təhlükə siyahısına başçılıq edib. O, qeyd edib ki, İŞİD ideoloqları MDB ölkələri daxilində terrorizm formalaşdırmağa şərait yaradan “yeni hicrət” elan ediblər. Novikov məlumat verib: “Təəssüf ki, İŞİD-in və başqa terror təşkilatlarının sağ qalmış bölmələrinin Suriya və İraqdan Əfqanıstana yer dəyişməsinin bu bölgədə terror “qovşağı” formalaşması imkanını törədəcəyi haqda fərziyyə kimi proqnoz da təsdiqlənib ki, bu da MDB sərhədlərinə basqını gücləndirəcək”.

İŞİD terror təşkilatının xarakter və coğrafiyasının dəyişilməsi Aleksandr Bortnikovun FTX-nin xarici tərəfdaşlarının xüsusi xidmət, təhlükəsizlik qurumları və hüquq-mühafizə orqanları başçılarının 2017-ci ilin sonundakı XVI toplantısında baş mövzu olub. O bildirib: “İŞİD başçıları və ona birləşmiş beynəlxalq terror təşkilatları Suriya və İraq ərazilərində xilafət qurmaqda praktik məğlubiyyətə uğrayaraq yeni ümumdünya terror şəbəkəsi qurmağı kürəsəl strateji vəzifə kimi müəyyən ediblər”.

FTX başçısının sözlərinə görə, terrorçular məqsədyönlü şəkildə Yaxın Şərqdən qıraqlara “sürünür”, yeni gərginlik ocaqları və silahlı münaqişələr yaratmağa hədəflənməklə qarışıq bölgələrdə toplanırlar. Onlar Əfqanıstana fəal şəkildə keçir, oradan Mərkəzi Asiyanın başqa ölkələrinə, habelə Çin və Hindistana sıza bilərlər. Bundan başqa, Bortnikov bildirib ki, onlar Rusiyada teraktlar həyata keçirmək üçün “Asiya əməliyyat meydanından istifadə edə bilərlər”.

Tərcümə Strateq.az-ındır.  




Yuxarı Əvvələ Ana Səhifə