XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

30 May 2019 - 16:27

2020-ci ilin ABŞ seçkiləri üçün Kremlin strategiyası:TRAMPA TƏRƏFDAR TOPLAMAQ, MÜXALİFƏTİ PARÇALAMAQ

Klint Uots

“The Daily Best”, 29.05.2019

 

Rusiya 2016-cı il seçkilərində Qərbi aldatdı, lakin onun oyun kitabı faş oldu və bu aldatma 2020-ci ildə baş tutmayacaq.

Vladimir Putinin təbliğatçıları ABŞ siyasətini yaxşı başa düşürlər və onların hədəfi Trampı tərəfdarlarla təmin etmək və müxalifəti bölməkdir.

Son dövrdə daha çox bölünmüş Amerikada 2020-ci ilin prezident seçkiləri, Rusiyanın nəzərincə, 2016-cı ildən daha yüngül müdaxilə tələb edəcək. Troll ferması və dövlət tərəfindən dəstəklənən informasiya mənbələri saxta xəbər istehsalını davam etdirəcək.

Prezident Trampın ikinci dövrü qazanması Putin üçün gözəl hədiyyə olardı. ABŞ prezidentlərindən heç biri xaricdə Birləşmiş Ştatlara olan etibarı zəiflətmək və evdə qarışıqlıq yaratmaq baxımından Trampdan daha çox iş görməyib.

Bu arada, Moskva Suriyada ciddi mənfəətlər qazanıb, Krım və Ukraynada çətinlikləri yoxdur, NATO zəifləyib, Aİ çökür və Amerika siyasi böhran yaşayır; sanksiyaların zəifləməsi ilə yanaşı, Putin son üç ildə istədiyini əldə edib.

Bu, Trampın Amerikadakı qəribə dövrü və Kreml üçün gözəl bir çağdır.

Kremlin müdaxiləsinə dair əksər müzakirələrdə Putinin mövqeyi Respublikaçı və anti-Demokrat kimi təsvir edilir, amma bu, doğru deyil. Formul – populist, anti-dövlətçidir.

Ümumiyyətlə, populist hərəkatlar demokratik ölkələr üçün sancma sayıla bilər və Amerika siyasətində bunun padzəhri var. Amma Kreml üçün onlar Putinin hakimiyyətini sınaqdan keçirən hökumətlərə qarşı dəlildir.

Populistlər çox vaxt xarici siyasət biliklərinə malik olmur və təcrübəsizliyi onların Putinin manevrlərinə təpki verməsinə imkan vermir.

2020-ci ildə Kremlin təşəbbüsü populist sağ və populist solçu auditoriyanı əlaqələndirməkdir.

Putin Tramp üçün ikinci müddəti ala bilməz. Amma 2020-ci ilin nəticəsindən asılı olmayaraq, Kreml siyasi spektrin hər iki tərəfində eyni mövzuların müzakirə edilməsini istəyir.

Rusiya Amerika auditoriyasını parçalamaq üçün saxta kontent yaratmağa vaxt sərf etməməlidir; mühafizəkar media onların yerinə bütün çətin işi görəcək. Rusiyanın mesajlarını və gündəlik yanlış, aldadıcı və ya manipulyasiya edilmiş kontenti sovuran çoxlu “ticarət köşkləri” var. Kreml sadəcə ABŞ seçicilərini bölmək üçün kifayət qədər hazır kontenti gücləndirəcək.

Putinin təbliğatçıları amerikalı mühafizəkarlara “Beş R” sırıyacaq: öz səhvlərini xatırlatma, Rusiya gündəmini dəstəklətmə, auditoriya ilə manipulyasiya etmək üçün trollar, Ağ Evə sui-qəsd nəzəriyyələri ilə “hücumlar” və populist informasiya mənbələri.

Amerikanın siyasi sağının Rusiya ilə yaxınlaşması demək olar ki, hər gün nümayiş etdirilir. Aprel ayında Putin Sankt-Peterburqda deyib: “Əvvəldən bəyan etdik ki, cənab Möllerin bu əfsanəvi komissiyası heç bir şey tapa bilməz, çünki bunu bizdən daha yaxşı heç kim bilmir. Rusiya Birləşmiş Ştatlarda heç bir seçkiyə müdaxilə etməyib. Cənab Möllerin dediyi kimi, Trampla Rusiya arasında heç bir sövdələşmə yoxdur”.

Trampla dost KİV-lər – “Breitbart News”, “Fox News” və s. oxşar şərhlər verib. “Daily Caller” hətta Rusiyanın sanksiyalı oliqarxı Oleq Deripaskanın eyni iddiaları təkrarlamasına icazə verib. Rusiya Federasiyasının dövlət dəstəyi ilə həyata keçirilmiş “Russia Today” (RT) Kremlin təbliğatını Amerika auditoriyasına ötürüb.

Ancaq son zamanlarda onlara ultra mühafizəkar “One America News Network” (OAN) da qoşulub. OAN prezident Trampa təriflər yağdırıb və bir sabiq OAN-çının sözlərinə görə, şəbəkənin sahibi Robert Herrinq Putinin ifrat pərəstişkarıdır.

Rusiyanın təbliğatı müntəzəm olaraq OAN kontentində saxlanılır.

Kremlin dezinformasiya maşını üçün daha heyrətamiz uğur Ağ Evin Kremlin nağıllarını təkrarlanmasıdır. Bu iddialar yalnız Kremlin tərəfindən hazırlanmış hekayətlər deyil, həm də ABŞ-ın müttəfiqlərinə və Amerikanın əvvəlki mövqelərinə qarşıdır…

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə