XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

30 May 2019 - 20:25

Səudiyyə şahzadəsi “əl-Ərəbiyyə”də yazdı:"ƏRƏB MARAQLARINA HÜCUMLAR TEHRANIN SƏRSƏMLİYİNİ NÜMAYİŞ ETDİRİR"

Şahzadə Turki əl-Feysəl

“Əl-Ərəbiyyə”, 28.05.2019

 

Regional gərginliyin artması şəraitində kral Salman bin Əbdüləziz Ali-Səud son dövrdəki “təcavüz və onun nəticələrini” müzakirə etmək məqsədilə Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) və Ərəb Dövlətləri Liqası (ƏDL) liderlərini müqəddəs Məkkə şəhərinə,  fövqəladə zirvə toplantılarına dəvət edib.

Padşahlığın siyasətini ilk dəfə kral Əbdüləziz bin Əbdürrəhman hazırlayb, o, ərəb və müsəlman müttəfiqlərlə qarşılıqlı fəaliyyət planlarını koordinasiya etmək üçündür. Buna görə də, İki Müqəddəs Məscidin Xadimi rəsmi Riyadın İranın ərəb maraqlarına son hücumları ilə bağlı çağırışları necə həll etməyi planlaşdırdığını sərgiləyib. O, qətiyyətlə danışıb və baninin paradiqmasını həm Riyadın iradə təcəssümü, həm də potensial rəqiblərə müqavimət kimi təqlid edib.

Üstəlik, Səudiyyə neft boru xəttinə yəmənli husi üsyançıların və BƏƏ sahilindəki dörd gəmiyə dron hücumlarına qarşı yarımtədbirlər yerinə, padşah tərəfdaşları ilə regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə dair məsləhətəşmə aparmaq istəyir.

Sözügedən hücumlar hərbi potensiallar tələb edən mürəkkəb hazırlıqları gündəmə gətirib. İran məsuliyyəti inkar etsə də, həmin hücumlar Tehranın sərsəmliyini nümayiş etdirib, çünki o, neft obyektlərinə həmlələrin ümumi qınama, zərurət halında isə koordinasiyalı təpki yaradacağını çox yaxşı dərk edirdi.

Keçmişdə İran Hörmüz boğazında gəmiçiliyə maneə törətməklə təhdid edib, ancaq qlobal hərbi qarşıdurma qorxusu bu cür gərəksiz cəsarətin qarşısını alıb.

Səudiyyə nefti qurğularına hücumların ABŞ-ın Tehrana qarşı son iqtisadi sanksiyalarına təpki olduğuna şübhə edənlər azlıqdadır. Çünki bu sanksiyalar rejimin xirtdəyindən yapışıb və onu məsuliyyətsiz addımlar atmağa məcbur edib.

Belə hərəkətlər bölgəni yeni bir müharibəyə sürükləmə təhlükəsi yaradır. Mübarizə çağırışları çoxaldığından kral Salmanın Ərəb Dünyası işlərinə İranın müdaxilələrinin bərtərəf etmək üçün lazımlı təşəbbüsləri müzakirə etmə təklifləri var. Deməli, zirvə toplantılarında müttəfiqlər arasında açıq müzakirələrə, hətta bu müdaxilələrə uyğun şəkildə cavab verməyə səy göstəriləcək.

Padşahın yanaşması, həmçinin zirvənin yeri ilə də önə çıxır. Çünki Yer kürəsində müqəddəs Məkkə şəhərindən başqa, müsəlman dünyasında, 2019-cu ilin Fitr bayramı ərəfəsində müzakirələr üçün daha yaxşı yer yoxdur.

Əlbəttə, zirvə liderləri müharibənin qarşısını almanı müzakirə edərkən, kral Salman ABŞ və İran arasında gərginliyin artması ilə, Səudiyyə Ərəbistanı və ərəb maraqlarını müdafiə etmədə qərarlıdır. Əslində, ABŞ prezidenti Donald Tramp Tehranla müharibə aparmaq istəmədiyini təkrarlayıb və İran liderləri də müharibə ehtimalını aradan qaldırdırarkən, Riyad, Tehranın hərbi yol seçdiyi təqdirdə, özünü və maraqlarını müdafiə etməyə hazır olduğunu təsdiqləyib.

Mayın 30-da KƏŞ və ƏDL iclasları 31 Mayda İslam Əməkdaşlıq Təşkilatının (İKT) 14-cü növbəti sessiyasında, “Məkkətil-Mükərrəmə Zirvəsi: Gələcəyə doğru əl-ələ” mövzusu ilə, 57 dövlətin razılaşdıra biləcək şeylər təxmin edilir. İKT-nin Yekun Kommunikesi ilə birlikdə gözlənilən “Məkkə Bəyannaməsi”, ehtimal ki, müsəlman dünyasını maraqlandıran bir çox aktual problemi həll edəcək.

Bunlara Fələstində son inkişaflar, Myanmardaki Rohinya qaçqın böhranı, dünyada artan islamofobiya, terror və zorakı ekstremizmə qarşı mübarizə ehtiyacı və digər siyasi, iqtisadi, mədəni və sosial narahatlıqlar da daxildir. Bununla yanaşı, həmin məsələlərdə, təhlükəsizlik və sabitlik, o cümlədən ərəb və müsəlman dünyalarına təsir edən inkişaflara dair vahid mövqelərin hazırlanması vacibdir.

Beləliklə, kral Salmanın 30 May konklavı davam edən dəlillərlə praktiki həll tapmağı planlaşdırır və bu məqsədlə Körfəz, ərəb və müsəlman müttəfiqlərlə mühüm fərqləri həll etməyə çalışır. Belə zirvələr Ramazan ayının sonu ərəfəsində millətimizin rifahını qorumaq və səyləri birləşdirmək, sıralarımızı sıxlaşdırmaq imkanı yaradır.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə